Щязряти Айятуллащцл-Цзма


Məada inam tərbiyənin əsas amilidir



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə147/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Məada inam tərbiyənin əsas amilidir

Məada,  axirət  gününün  böyük  məhkəməsinə  etiqad  bəsləməyin  insanların  həyatında 

böyük təsiri var.

Təsəvvür edin, bir ölkədə elan olunub ki, filan tarixdə, filan gündə kim hansı cinayəti 

istəsə, törədə bilər. O gün törədilən cinayətlərə görə heç kim yaxalanmayacaq. İndi fikirləşin, 

görün, o gün cəmiyyət də nələr baş verəcək? (Cürətlə demək olar ki, o gün ölkədə tərbiyə 

son həddə enəcəklər.)

Qiyamətə, məada inanmaq axirətin məhkəməsinə inanmaq deməkdir. Axirət aləminin 

məhkəməsi  bu  dünyanın  məhkəmələrindən  tamamilə  fərqlənir.  Qiyamət  məhkəməsi 

aşağıdakı xüsusiyyətlərə malikdir:




77

1)O  məhkəmədə  nə  bir  xahiş  qəbul  edilir,  nə  dostluq  keçir,  nə  də  yalançı  sənədlərlə 

hakimlərin fikrini dəyişmək olur.

2)O  məhkəmənin  bu  məhkəmələr  kimi  hazırlığa  ehtiyacı  yoxdur.  Buna  görə  də,  çox 

uzun çəkməz. Tez bir zamanda sənədlər araşdırılaraq hökm veriləcək.

3)O  məhkəmədə  müttəhim  haqqında  sənədlər  müttəhimin  öz  əməlləri  olacaq.  Yəni, 

insanın bu dünyada gördüyü əməllər orada hazır olaraq öz sahiblərini tapacaqlar. Daha heç 

bir inkar yeri qalmayacaq.

4)O  məhkəmədəki  şahidlər  müttəhimin  öz  bədən  üzvləri  olacaqdır.  Hətta  yer,  daş, 

divar,  qapı,  pəncərə  də  görülən  günahlar  haqqında  şəhadət  verəcəkdir.  Bu  şəhadətlərdən 

sonra inkar yeri qalmayacaq.

5)O məhkəmənin hakimi Allahdır- hər şeyi görən, hər şeydən xəbədar olan Allah.

6)Bunlardan əlavə, o məhkəmənin mükafat və ya cəzaları müqavilə əsasında deyildir. 

İnsanları mükafatlandıran, yaxud cəzalandıran onların öz əməlləri olacaqdır.

Bu  cür  məhkəməyə  inam  insanı  tərbiyələndirir,   onu  yüksək  və  mənəvi  məqamlara 

çatdırır.  Əli(ə)  bu  məhkəmə  barədə  buyurur:  «And  olsun  Allaha  ki,  gecələri  yumşaq  yataq 

əvəzinə  tikanlar  üzərində  keçirmək,  gündüzləri  əl-qolu  zəncirli  küçə-bazarda  gəzdirilmək 

Allah  bəndələrinin  birinə  zülm  etmiş,  yaxud  birinin  haqqını  qəsb  etmiş  halda  Allah 

məhkəməsində  hazır  olmaqdan  daha  asandır.»  (Nəhcül-bəlağə.  224-cü  xütbə.)  Bu 

məhkəməyə inam insanı məcbur edir ki, beytül-maldan haqqından əlavə istəyən qardaşının 

əlinə qızdırılmış dəmir parçası bassın, qardaşı «bu nə işdir görürsən?» dedikdə ona nəsihət 

edərək desin: «Sən kiçik bir oddan bu cür qorxduğun haldaqardaşını Cəhənnəm oduna dəvət 

edirsən?»  Belə  imanı  olan  şəxsi  aldatmaq  olarmı?  Rüşvətlə  onu  dilə  gətirib  vicdanını  ələ 

almaq mümkündürmü? Onu şirnikləndirmək və ya təhdid etməklə haqq yoldan döndərmək 

olarmı?

Quran  qiyamət  məhkəməsi  barədə  buyurur:  «(Günahkarlar  deyəcəklər:  Vay 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin