Щязряти Айятуллащцл-Цзма


III dərs İnsanların batini Qiyamət



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə149/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

III dərs

İnsanların batini Qiyamət

məhkəməsindən bir nümunədir

Ölümdən sonrakı həyat və qiyamət gününün məhkəməsi bu məhdud dünyada yaşayan 

insan üçün yeni bir məsələdir. Allah qiyamət gününün kiçik bir nümunəsini elə bu dünyada, 

insanların  içində  yaratmışdır.  Bu  məhkəmə  «vicdan  məhkəməsi»  adlanır.  Bir  daha 

xatırladırıq ki, bu məhkəmə qiyamət məhkəməsinin çox kiçik bir nümunəsidir.

Gəlin, bu barədə bir az ətraflı danışaq

İnsan gördüyü əməllər haqqında (istər pis əməl olsun, istər yaxşı) bir neçə məhkəmədə 

sorğu-suala çəkilir.

4

 Nəhcül-bəlağə. 224-cü xütbə. Bu hadisə Həzrət Əli(ə)-ın qardaşı Əqilə göstərdiyi münasibətdir.




78

1)Birincisi, bu dünyada olan məhkəmələr. Bu məhkəmələrin bəzi çatışmaz nöqsanları 

olur.  Belə  məhkəmələr  cinayətlərin  qarşısını  almaqda  böyük  rol  oynayır.  Lakin  bu 

məhkəmələrdə  bəzi  çətinliklərə  görə  ədalətə  tam  riayət  olunmur.  Səbəbi  də  budur  ki,  ya 

hakimlər düzgün hökm vermirlər, məsələn, rüşvət vasitəsilə müttəhimin lehinə, iddiaçının 

əleyhinə  hökm  çıxarırlar,  ya  da  cani  və  müttəhimlər  bəzi  yollarla  hakimləri  aldadırlar.  Bu 

təqdirdə  hakimin  heç  bir  günahı  olmur,  lakin  buna  baxmayaraq,  həqiqi  ədalətə  riayət 

olunmur.  2)İkinci  məhkəmə  birincidən  bir  pillə  yüksəkdə  durur.  Bu  məhkəmə  «görülən 

əməllərin cəzası» məhkəməsidir.

 Bəzən insanın gördüyü əməllər o yerə çatır ki, onların cəzasını gec, ya tez insan özü 

çəkməli olur. Bu məhkəmə bütün insanlara aid olmasa da, çoxuna aiddir. Bəzi insanlar olub 

ki, camaata zülm, haqsızlıq və pisliklər etmiş, nəhayət qazdıqları quyuya özləri düşmüş və 

əməllərinin  cəzasını  çəkməli  olmuşlar.  Ölüb  getdikdən  sonra  da  camaat  tərəfindən  onlara 

yalnız  lənət  yağdırılmışdır.  Bu  məhkəmədən  çox  az  insanlar  yaxa  qurtara  bilmişlər. 

(Şübhəsiz  ki,  onlar  da  qiyamətdə  əməllərinin  cəzasını  çəkəcəklər.)  Bu  məhkəmənin  tək 

çatışmazlığı odur ki, bütün insanları yox, bəzi insanları cəzalandırır.

3)Üçüncü  məhkəmə  ikincidən  də  üstündür.  O  da  «vicdan»  məhkəməsidir.  Qətiyyətlə 

demək olar ki, qiyamət məhkəməsinin kiçik bir nümunə bizim öz batinimizdədir.

İnsanın  batinində  bir  qüvvə  vardır.  Filosoflar  (İslam  fəlsəfəsində)  bu  qüvvəni  «əməli 

əql»  (icraedici  ağıl)  adlandırmışlar.  Quran  bu  qüvvəni  «nəfsi  ləvvamə»  (yəni,  insanı 

danlayan nəfs) adlandırmışdır, indi isə bu qüvvəyə «vicdan» deyirlər. İnsan bir iş görən kimi 

(pis,  ya  yaxşı),  dərhal  bu  məhkəmə  qurulur.  Bu  məhkəmədə  heç  bir  səs-küy  olmur,  lakin 

həddən  artıq  diqqətli  və  ciddi  keçirilir.  Məhkəmənin  nəticəsi  isə  psixoloji  cəzalandırma, 

əzab-əziyyət,  ya  da  psixoloji  təşviq  olur.  Bəzən  bu  məhkəmə  caniləri  elə  cəzalandırır  ki, 

ruhən  əziyyət  çəkməli  olurlar,  nəticədə  ölməyi  qalmaqdan  üstün  tutub  intihara  əl  atırlar. 

Onlar  vəsiyyətnamələrində  qeyd  edirlər  ki,  mən  narahatçılıq  və  vicdan  əzabından  yaxa 

qurtarmaq üçün özümə qəsd edirəm.

Bəzən  də  vicdan  insanı  yaxşı  əməllərinə  görə  elə  təşviq  edir  ki,  insanın  sevincinin 

həddi-hüdudu  olmur.  Bu  təqdirdə  insan  içində  rahat,  xoş  bir  hiss  keçirir  ki,  o  hissi  dil  ilə 

ifadə etmək mümkün deyil.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin