Fikirləşin və cavab verin
1.İnsan (həqiqətdə) neçə məhkəmə ilə qarşılaşır?
2.Birinci məhkəmə hansıdır və bu məhkəmə hansı xüsusiyyətlərə malikdir?
3.İkinci məhkəmənin xüsusiyyətləri nədir?
4.Üçüncü məhkəmə hansı xüsusiyyətlərə malikdir?
5.Vicdan məhkəməsinin üstünlük və nöqsanlarını sayın.
IV dərs
Məad fitrət təcəllisində
Deyirlər, Allahı tanıma insanın fitrətindədir. Əgər insanın batininə nəzər yetirsək, onda
təbiətin fövqündə olan bir varlığa (Allaha) iman əqidəsini görə bilərik. Bu əqidə dünyanın
elm, hədəf və proqramı əsasında əmələ gəlmişdir. Lakin bu məsələ, təkcə tövhid və Allahı
tanıma bəhsinə aid deyil. Dinin bütün üsul və füruatı fitrət əsasında olmalıdır. Əks təqdirdə,
təşri aləmi ilə təkvin aləmi arasında uyğunluq olmaz (Diqqət edin). Əgər qəlb və ruhumuzun
dərinliklərindən gələn səsə qulaq assaq, «həyat ölümlə sona yetmir, əksinə, ölüm əbədi
dünya və həyata açılmış bir pəncərədir» ifadəsini eşidərik. Bunu anlamaq üçün aşağıdakı
məsələlərə diqqət etməliyik.
Dostları ilə paylaş: |