adam göstərəkmi?» (Səba, 7). (Məlumdur ki, bu söz istehza mənasında deyilmişdir).
Həqiqətən, o zaman elmin olmaması və düşüncələrin aşağı səviyyədə olması nəticəsində
ölümdən sonrakı həyata inam bəsləmək bir növ dəlilik və Allaha töhmət kimi hesab
olunurdu. Ölmüş şəxsin yenidən diriləcəyini iddia edən şəxs dəli kimi qələmə verilirdi.
Maraqlı burasıdır ki, Quran bu fikirlərə qarşı müxtəlif cavablar vermiş, sübutlar irəli
sürmüşdür. Bu sübutlardan hər kəs öz düşüncəsi qədər istifadə edə bilər. Quranın bu
cavablarını açıqlamaq üçün geniş bir kitab yazılmalıdır. Lakin bunların bir hissəsini
oxucuların nəzərinə çatdırırıq:
1.Quran bəzən onların qiyaməti, öldükdən sonra dirilməni bu dünyada dəfələrlə
müşahidə etdiklərini bildirərək onlara cavab verir:
«Buludları hərəkətə gətirən, küləkləri göndərən Allahdır. Biz o buludları quru
(ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra torpağı dirildirik. Ölüləri
Dostları ilə paylaş: |