5.Nəyə görə Quran (Yasin surəsinin 80-cı ayəsində) «yaşıl ağac» ifadəsindən istifadə
İnsanların bir çoxu sual edirlər: Allah bizi nəyə görə yaratmışdır? Bəziləri bir addım da
irəli atıb deyirlər ki, ümumiyyətlə, bu böyüklükdə dünyanın yaranışının fəlsəfəsi nədir?
Bəlkə, Allahın bəzi çatışmazlıqları var və dünyanı yaratmaqla o çatışmazlıqları aradan
qaldırmaq istəyir? Belə olan təqdirdə Allahın ehtiyac məsələsi irəli çıxır. Ehtiyac isə Allahın
məqamı ilə uyğun gəlmir. Bu sualın cavabı barədə çox danışmaq olar. Lakin biz bir neçə
Bizim (insanların) bu barədə bir səhvimiz var. O da budur ki, biz Allahın sifət və
xüsusiyyətlərini özümüzlə müqayisə edirik. İnsan çox məhdud bir varlıqdır. Hər nə iş
görürsə, ehtiyaclarını ödəmək və çatışmazlıqlarını aradan qaldırmaq üçün görür. Məsələn,
savadsızlığını aradan qaldırmaq üçün dərs oxuyur, maddi imkanını düzəltməkdən ötrü
işləyib maaş alır və s. Ancaq heç bir çatışmazlığı olmayan və hər cəhətdən kamil olan Allah
barədə belə mühakimə etmək düzgün deyil. O, dünyanı özü faydalansın deyə yaratmayıb.
Əksinə, onun dünyanı yaratmaqda məqsədi yaradılmışlara fayda verməkdir. Allah həddən
artıq parlaq və sonu olmayan bir günəşdir. O, öz nuruna heç bir ehtiyacı olmadan nur saçır
və o nurdan bütün varlıqlar bəhrələnir. Ümumiyyətlə, Allah məxluqatı təkamülə yetirmək
üçün onlara kömək etməyi lazım bilir. İnsanların yoxdan yaranmasının özü bir növ təkamülə
tərəf atılmış addımdır. Bundan əlavə, bəşər üçün peyğəmbərlər, səmavi kitablar göndərmək
də təkamülə yetişməkdə böyük rol oynayır. Həzrət Əli(ə)-ın dili ilə desək, dünya bir məktəb,
insanlar isə bu məktəbin şagirdləridir. Bu dünya bir əkin sahəsi, insanlar isə bu sahədə
məşğul olan əkinçilərdir. Bu dünya böyük bir ticarət mərkəzi, insanlar isə orada alver edən
tacirlərdir. Bir halda ki, ətrafımıza diqqətlə nəzər salarkən hər şeyin bir məqsəd üçün
Bu barədə ətraflı məlumatı «Yasin surəsinin tərcümə və təfsiri kitabından oxuya bilərsiniz.
84
yaradıldığını görə bilirik, o halda bu dünyanın yaranışını necə qayəsiz hesab edə bilərik?
Məsələn, insanın bədənində hər nə varsa, hamısı bir məqsəd əsasındadır. Hətta ayağın
altındakı çökəklik və kipriklər də. Necə ola bilər, bədən üzvlərinin ayrı-ayrılıqda hər birinin
bir məqsədi olsun, lakin insanın bütövlükdə bir məqsədi olmasın?
Bədənimizdən xaricdə da vəziyyət eyni ilə bu cürdür. Təbiətdəki quruluşların hər
birinin öz qayəsi vardır. Günəşin saçmasının, yağışın yağmasının, havanın müəyyən bir
şəkildə keçməsinin hərəsinin özünə məxsus bir məqsədi yoxdurmu?
Həqiqət budur ki, bu dünyanın batinində böyük bir tablo asılmışdır. Bəzən həqiqət o
qədər aydın olur ki, insan ilk baxışda onu görə bilmir. Ancaq bir az diqqət yetirdikdən sonra
hər şey öz qaydasına düşür. Bu tablonun üzərində dünyanın, bəşəriyyətin yaranmasının
əsas hədəfi, «tərbiyə» və «təkamül» yazılmışdır.
7
İndi ki yaradılışımızın bir məqsədi olduğunu bildik, görək, bu məqsəd nədən ibarətdir?
Bu dünya onda olan saysız-hesabsız müşkülləri ilə birgə insan yaranışı üçün məqsəd ola
bilərmi? Məsələn, bir nəfər altmış il yaşayır. Hər gün səhər işə gedir, axşam olduqda yorğun
halda evinə qayıdır. İşinin müqabilində müəyyən miqdarda maaş alır, həmin maaşla da
ailəsinin təlabatını ödəyir. Bu proqram ömrünün axırınadək davam edir. Ömrü sona
çatdıqda dünya ilə vidalaşıb axirət mənzilinə yollanır. Fikirləşin, görün, bu yaşayış insan
yaranışı üçün hədəf ola bilərmi? Yəni, insanın yaranışında məqsəd yalnız yuxarıda deyilən
proqramları təkrarlamaqdırmı?
Əgər bir mühəndis açıq səhrada böyük bir bina tikib onun inşasına illərlə vaxt sərf
etsə də və binanı tikib qurtardıqdan sonra ondan soruşsalar ki, bu binanı nə üçün tikmisən,
o da cavab versə ki, binanı tikməkdə məqsədim buradan keçənlərin onun kölgəsində bir az
dincəlməsidir, bu cavabdan təəccüblənmərikmi? Yoldan keçən bir şəxsin bir saat dincəlməsi
üçün bu qədər əzab-əziyyətə dəyməz.
Məad və ölümdən sonrakı həyatı qəbul etməyənlərin, bu dünyanı puç və mənasız
bilmələrinin səbəbi də məhz budur. «Bu dünyanın yaşayışı məqsədsizdir» kimi ifadələr
materialistlərin sözlərində tez-tez gözə çarpır. Hətta onların bəziləri bu həyatdan və eyni
proqramın illərlə təkrar olmasından yaxa qurtarmaq üçün intihara əl atırlar. Lakin bu
dünyaya məna verən onu başqa bir dünya üçün müqqədimə və hazırlıq bilməkdir. Bu
dünyadan sonra əbədi həyat sürmək üçün buradakı çətinliklərlə mübarizə aparırıq. Yaxşı
olardı ki, ötən dərslərdə çəkdiyimiz misalı bir daha xatırladaq: əgər ana bətnində olan
körpənin tam ağlı, düşüncəsi olsaydı və ona desəydilər, buradan (ana bətnindən) başqa bir
yoxdur, körpə dərhal etiraz edib deyəcəkdi: «Onda mənim bu zindanda qalmağımın nə
mənası var? Nəyə görə burada qanın, suyun içərisində qalıb həlak olmayıb? Allah məni buna
görəmi yaratmışdır? Bunun nə mənası var?». Ancaq əgər körpəyə desələr ki, bura geniş bir
dünyaya qədəm basmaq üçün keçid mərhələsidir və burada bir müddət qaldıqdan sonra
açıq həyata qayıdacaqsan, onda körpə razı qalıb deyəcək: «Bu təqdirdə burada qalmağıma
dəyər. Çünki bura hazırlıqdır və bir neçə aydan sonra buradan xilas olacağam.» Qurani-
Kərim bu barədə belə buyurur: «And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi)
Dostları ilə paylaş: