1.Böyük bir dünyanı kiçik bir mühitdə
yerləşdirmək olmaz
Təsəvvür edin, böyük bir dənizin kənarında əyləşmisiniz. Dənizin kənarında başı
göylərə ucalmış dağlar da vardır. Ləpələ gəlib sahildəki qayalara çırpılıb qəzəbli halda geri
qayıdırlar. Dağın üstündəki səma gecə olduqda örtüyünü dağ və dənizin üstünə salıb öz
əzəmətini göstərir. Bu səhnəni müşahidə etdikdən sonra bir anlığa gözümüzü bağlayırıq.
Müşahidə etdiyimiz mənzərə bütün əzəməti ilə birgə zehnimizdə canlanır. Sanki, gözümüz
açıqdır deyə, göyə baxırıq. Zehnimizdə canlanmış bu səhnə şübhəsiz ki, beynimizə sığışa
bilməz və onun üçün böyük bir yer lazımdır. Əks təqdirdə, böyük bir səhnə kiçik bir nöqtə
kimi zehnimizdə canlanmalıdır. Buradan məlum olur ki, insanda maddi beyindən başqa bir
cövhər də vardır və bu cövhər hər hansı bir mənzərəni olduğu kimi, eyni həcmdə özündə
cilvələndirir. Şübhəsiz ki, bu cövhər maddi deyil. Çünki maddi aləmdə bu vaxta qədər belə
bir şey görülməmişdir.
Dostları ilə paylaş: |