3.Ruhun müstəqilliyinin praktiki sübutları
Xoşbəxtlikdən, bu gün alimlər ruhun müstəqil və maddi aləmindən kənar olduğunu
müxtəlif elmi yollarla sübut etmiş və ruhun maddi aləmindən kənar olmadığını iddia
edənlərə qəti cavab vermişlər. Bu sübutları aşağıdakı tərtibdə qeyd edirik.
A)Bu sübutlardan biri insanı gipnoz vasitəsilə yatırtmaqdır. Bunu bir çoxları
görmüşdür. Ancaq bu işdən xəbərdar olmayanları bu barədə qısaca məlumatla tanış edirik.
Bəzi insanlar müxtəlif elmi yollarla başqalarını yatırda bilirlər. Təlqin və diqqətin cəlb
edilməsi yolu ilə insan yuxuya qərq edilir. Lakin bu yuxu başqa yuxulardan fərqlənir. Bu
yuxuda yatırdan şəxs yatan şəxslə söhbət edə bilir. Gipnoz edən yatmış şəxsin ruhunu həmin
vaxt müxtəlif yerlərə göndərə bilir və bəzən ruh yeni məsələlərlə tanışlıq tapır, adi vaxtlar
bilmədiyini yatmış halda öyrənə bilir. Hətta həmin halda bilmədiyi və ömründə danışmadığı
bir dildə söhbət edir, həddən artıq çətin olan riyazi məsələləri həll etməyə çalışır.
B).Ruhun müstəqil və maddi aləmdən kənar olduğuna dair gətirilmiş sübutlardan biri
də «spiritizm» və ya sahibi ölmüş ruhlarla əlaqədə olmadır. Hal-hazırda dünyanın bütün
məntəqələrində ruhlarla əlaqədə olan çoxlu insanlar var. Görkəmli Misir alimi Frid Vecdinin
dediyinə görə, hal-hazırda üç yüzə yaxın qəzet və jurnal ruhlarla əlaqədə olanlar tərəfindən
nəşr olunur. Məşhur şəxsiyyətlər onların iclas və yüığıncaqlarında iştirak edir, onların
qarşısında ruhlarla əlaqə yaranır və gözlənilməz işlər baş verir.
Bir sıra yalançı və ruhlarla əlaqədən heç bir xəbəri olmayan, lakin camaatı aldadaraq
ruhlarla əlaqədə olduqlarını bildirən insanların bu yoldan mənfi istifadə etmələrinə
baxmayaraq, bu həqiqəti danmaq olmaz. Yalançı şəxslərin bu yoldan pis niyyətlə istifadə
etmələri, bizi bu həqiqəti danmağa məcbur etməməlidir. Təhqiqatçılar belə bir işin baş
verdiyini etiraf edirlər. Deməli, ruhlarla əlaqədə olmaq mümkün bir işdir.
Bunlar göstərir ki, ruh müstəqildir və insan öldükdən sonra o, itib batmır. Əksinə, ruh
məad və ölümdən sonrakı həyata tərəf atılmış bir addımdır.
V).Ruhun müstəqil olması haqqındakı praktiki və təcrübi sübutlardan biri də yatan
zaman gördüyümüz yuxulardır. Yatdığımız zaman gördüyümüz yuxular, bəzi gizli və agah
olmadığımız işlərin yuxuda üstünün açılması, gələcək hadisələri yuxuda görmə (yuxunun çin
çıxması) və bu kimi işlər sübut edir ki, ruh müstəqildir.
Şübhəsiz ki, yuxunun çin çıxdığını siz də təcrübə görmüsünüz. Yuxuda gördüyünüz bir
iş müəyyən müddət sonra (tez və ya gec) eynilə gördüyünüz kimi həyata keçir. Buradan
məlum olur ki, ruh maddi deyil və insan beyninin fiziki və kimyəvi xüsusiyyətlərindən
87
kənardadır. Ruh təbiətin fövqündə olan və öldükdən sonra itib batmayan bir varlıqdır. Bu
mövzu məad və ölümdən sonrakı aləmi isbat etmək üçün bir yoldur.
Dostları ilə paylaş: |