Cismani məad haqqında suallar
Alimlər cismani məad haqqında bir sıra suallar irəli sürmüşlər. (Əlbəttə, bu suallar heç
də cavabsız qalmamışdır.) İndi isə biz mövzumuzu təkmilləşdirmək üçün həmin sualların
əsaslarını oxucuların nəzərinə çatdırırıq.
1).Təbiətşünasların tədqiqat və araşdırmaları nəticəsində məlum olub ki, insanın
bədəni ömründə bir neçə dəfə dəyişir. (Məsələn, əlli yaşındakı insanın bədəni onun otuz
yaşındakı bədəni deyildir. Zaman ötdükcə onun bədəni dəyişmiş, əlli yaşına çatdıqda otuz
yaşındakı bədənindən artıq heç bir şey qalmamışdır.) Bu, (bədənin dəyişməsi) təxminən,
yeddi ildən artıq bir baş verir. Burada yaranan sual bu bədənlərdən qiyamətdə hansı
bədənin qayıdacağı sualıdır. Cavabında isə deyirik: Qiyamətdə qayıdan sonuncu bədən
olacaqdır. Yuxarıda qeyd olunmuş ayələrdə də oxuduq ki, Allah insanların çürümüş
sümüklərinə yeni həyat libası geyindirəcək. Buradan da anlaşılır ki, qiyamətdə sonuncu
bədən qayıdacaq. Həmçinin, bir çox ayələrdə gəlmiş «qəbirlərinizdən qalxacaqsınız» kimi
ifadələrdən də sonuncu bədənin qayıdacağı başa düşülür.
Maraqlı budur ki, sonuncu bədən ömür boyu dəyişilən bədənlərin bütün
xüsusiyyətlərini əhatə edəcəkdir. Başqa sözlə, bədənlərin hamısı dəyişilən zaman bütün
xüsusiyyətlərini sonrakı bədənə təhvil verirlər. Buna görə, sonuncu bədən bütün bədənlərin
varisi olur və onların xüsusiyyətlərini əldə edir. Deməli, ədalət qanuna əsasən, sonuncu
bədən günahların cəzasını çəkə, eləcə də savabların əcrinə yetişə bilər.
2).Bəziləri deyirlər ki, biz ölüb torpağa qarışdıqdan sonra bədənimizin hissəcikləri ot
və ya meyvələrin tərkibinə daxil olur. (Yəni, dəfn olunduğumuz yerdə ağac əkilir, həmin
ağac isə bizim dəfn olunduğumuz torpaqdan qidalanır, nəticədə meyvə əmələ gəlir. Bu
meyvənin tərkibində bizim bədənimizin hissəciklərindən də ola bilər.) Həmin meyvəni
başqa bir şəxs yeyərsə, onda necə olacaq? Qiyamətdə meyvənin tərkibindəki bədən
hissəcikləri kiminlə olacaqdır? Birinci şəxslə, yoxsa meyvəni yeyən ikinci şəxslə? Cavabda
deyirik: Ölüb torpağa qarışmış və sonradan ot, ağac və ya meyvənin tərkibinə daxil olmuş
bədən hissəcikləri şübhəsiz ki, öz sahibinə qayıdacaq. (Ötən ayələrdən də bunu istifadə
etmək olar.) Yeganə çətinlik odur ki, onda, həmin meyvədən yemiş ikinci şəxsin bədəni
naqis olacaq. Bunun da cavabında deyirik ki, xeyr, ikinci şəxsin bədəni heç də naqis
olmayacaq və yalnız bir az kiçiləcəkdir. Çünki birinci şəxsin bədəninin tərkibindəki hissəciyi
89
ikinci şəxsin bütün bədəninə yayılmışdır və həmin hissəcik ondan ayrılanda ikinci şəxsin
bədəni o hissəciyin ölçüsü qədər kiçiləcək. Deməli, nə birinci bədən, nə də ikinci bədən
sıradan çıxmır. Sadəcə olaraq, ikinci bədən bir az kiçiləcəkdir. Bu da heç bir çətinlik
doğurmur. Çünki bildiyimiz kimi, Allah qiyamətdə insanların bədənlərini təkmilləşdirib
onlarda olan bütün çatışmazlıqları aradan qaldıracaq. Deməli, ikinci şəxsin bədəninin
naqisliyi də həll olunur. Beləliklə də, heç bir müşkül qalmır və hər şey qaydasına düşür.
Dostları ilə paylaş: |