Щязряти Айятуллащцл-Цзма


Ruhun xarici özündə əks etdirmə xasiyyəti



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə167/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

2.Ruhun xarici özündə əks etdirmə xasiyyəti

İnsan  bədənində  bir  sıra  fiziki  və  kimyəvi  xüsusiyyətlər  vardır.  Məsələn,  ürək  və 

mədənin  hərəkətləri  fiziki,  yemək  tikələrinin  üzərinə  daman  öd  damcıları  isə  kimyəvi 

xüsusiyyətlərə malikdirlər. Bu cür xüsusiyyətlər insan bədənində çoxdur. Əgər ruh, fikir və 




86

düşüncə  və  maddidirsə,  bəs,  onda  nə  üçün  onlarla  başqa  cismani  xüsusiyyətlər  arasında 

böyük  fərq  var?  Ruh,  düşüncə  və  fikir  insanı  xarici  mühitlə  əlaqədə  saxlayır  və  bizdən 

kənarda  baş  verən  hadisələrdən  bizi  xəbərdar  edir.  Lakin  bədənin  fiziki  və  kimyəvi 

xüsusiyyətləri  belə  deyildir.  Başqa  sözlə,  biz  asanlıqla  hiss  edirik  ki,  vücudumuzdan 

kənardakı  aləmlə  əlaqədəyik.  Onda  baş  verən  hadisələrdən  xəbərdarıq.  Məgər  bizdən 

kənardakı  aləm  bizim  içimizəmi  girir  və  biz  bu  yollamı  ondan  xəbərdar  oluruq?  Yəqin  ki, 

«xeyr»  cavab  verəcəksiniz.  Bəs,  bunun  sirri  nədir?  Bizdən  xaricdəki  aləmin  surəti  bizim  

zehnimizdə  canlanır  və  biz  də  ruhun  «xarici  özündə  əks  etdirmə»  xüsusiyyəti  vasitəsi  ilə 

xariclə əlaqədə oluruq. Bu xüsusiyyətə bədənin kimyəvi və fiziki xüsusiyyət və qüvvələrinin 

heç  biri  malik  deyil  (Diqqət  edin.)  Yenə  başqa  sözlə  desək,  xarici  varlıqlardan  xəbərdar 

olmaq üçün onları əhatə etmək lazımdır. Bu əhatə üçün beyin sistemi   digər bədən üzvləri 

kimi xaricdən yalnız təsir ala bilər.

İnsanın  bədənindəki  xüsusiyyətlərin  bu  fərqindən  məlum  olur  ki,  bədənin  fiziki  və 

kimyəvi xüsusiyyətlərdən əlavə başqa bir xüsusiyyəti də vardır. Bu xüsusiyyət insanı xariclə 

əlaqədə  saxlayır.  Bu  xüsusiyyət  ruhdan  başqa  heç  bir  şey  deyildir.  Elə  bir  ruh  ki,  maddi 

aləmdən kənardır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin