Fikirləşin və cavab verin
1.Nəyə görə Allahın sifət və xüsusiyyətlərini insanların xüsusiyyətləri ilə müqayisə
etmək olmaz?
2.Bizim yaranışımızda məqsəd nədir?
3.Bu dünyanın yaşayışı insan yaranışının hədəfi ola bilərmi?
4.Ana bətnindəki dövr ilə bu dünyanı müqayisə etdikdə nə öyrənirik?
5.Quran bu dünyanın yaranışından axirətin mövcudluğuna necə sübut gətirir?
VIII dərs
Ruhun qalması qiyamət nişanəsidir
İnsanın nə vaxtdan ruh haqqında maraqlandığını hələ heç kim bilmir. Onu demək olar
ki, insan yaranışının ilk günlərindən özü ilə digər varlıqlar arasında fərq hiss edir. O bilir ki,
onunla daşın, taxtanın, hətta heyvanın fərqi var. İnsan yuxu və ölüm vəziyətini görmüşdür.
O, hiss edir ki, yuxu və ölüm zamanı cisim və maddəsində heç bir dəyişiklik olmadan bəzi
dəyişikliklər əmələ gəlir. Buradan başa düşmüşdür ki, onun ixtiyarında bu cisimdən başqa
bir gövhər də vardır. (Bu gövhər də yalnız onun ruhudur).
İnsan heyvanlarla özü arasında fərq hiss edir və görür ki, o, heyvanlardan fərqli olaraq
öz iradəsində azadır. Heyvanlar isə iradələrində məcburdurlar.
İnsanın ruha qarşı marağının artmasında yuxu səhnələrinin böyük rolu var. Bədənin
bir tərəfdə düşüb qaldığı halda başqa bir qüvvənin yuxu görməsi insanı belə bir nəticəyə
gətirib çıxarır ki, onun bədənində «ruh» adlı bir qüvvə vardır.
Filosoflar fəlsəfə elmini ortaya çıxardığı zaman «ruh» özünə digər fəlsəfi məsələlərin
yanında yer eləmiş və fəlsəfənin mühüm bəhslərindən birinə çevrilmişdir. Sonralar bütün
filosoflar ruh haqqında nəzəriyyələr irəli sürmüşlər. Bu barədə söz həddən artıq çoxdur,
lakin ən əsası aşağıdakı sualın cavabını bilməkdir: ruh maddidir, yoxsa qeyri-maddi? Başqa
sözlə, ruh müstəqildir, yoxsa beyin və sinir sistemlərinin fiziki və kimyəvi
xüsusiyyətlərindəndir? Materialist filosofların bəziləri israr edirlər ki, ruh maddidir və beyin
sisteminin xüsusiyyətlərindəndir. İnsan öldükdə ruh da sıradan çıxır. Necə ki, işləyən bir
saatı sındırsaq onun işləməyi də dayanacaq. Bu firqəyə qarşılıq olaraq isə İslam filosofları və
bir sıra materialist filosoflar deyirlər ki, insan öldükdə ruh ölmür və öz həyatını davam
etdirir. Bunu sübut etmək üçün bir sıra dəlillər gətirmişlər. İndi biz həmin dəlillərin bir
neçəsini sadə ifadələrlə əziz oxucuların nəzərinə çatdırırıq.
Dostları ilə paylaş: |