Щязряти Айятуллащцл-Цзма


günü  insanları)  ilk  dəfə  (yoxdan)  yaratdığımız  kimi  dirildib  əvvəlki  halına  salarıq.»



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə162/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

günü  insanları)  ilk  dəfə  (yoxdan)  yaratdığımız  kimi  dirildib  əvvəlki  halına  salarıq.» 

(Ənbiya, 104).

3.Bəzən  Allahın  yer  və  göyün  yaradılışındakı  böyük  əzəmətini  yada  salaraq  buyurur: 

«Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə 

qadirdir.  (Hərşeyi)yaradan  və  (hər  şeyi)  bilən  odur!  Bir  şeyi  (yaratmaq)  istədiyi  zaman 



83

Allahın  buyruğu  ona  ancaq:  «Ol!»deməkdir.  O  da  dərhal  olar.»  (Yasin,  81,  82).  Buna  şəkk-

şübhə edənlər fikir və düşüncələri aşağı səviyyədə olan insanlar olmuşlar.

4.Bəzən da enerjilərin qiyamət və qayıdışını insanların yadına salaraq məad məsələsini 

onlara xatırladır: «O yaradan ki, sizin üçün yaşıl ağacdan od gətirdi və siz indi həmin oddan 

istifadə  edirsiniz,  o,  ölüləri  diriltməyə  qadirdir.»  (Yasin,  80).  Quranın  bu  ifadəsinə  bir  az 

diqqət yetirdikdə və müasir elmlərdən kömək istədikdə elm bizə anladır ki, ağac parçasını 

yandırdıqda  və  həmin  budaqdan  od  əmələ  gəldikdə  istiliyi  də  olacaqdır.  Bu  istilik  ağacın 

neçə illərlə yığıb saxladığı günəşin istilik və enerjisidir. (Bunu da xatırladaq ki,

6

 yalnız yaşıl 



ağaclar  günəş  hərarətini  özündə  saxlayıb  bir  müddətdən  sonra  xaric  edə  bilir).  Biz  belə 

güman edirdik ki, günəşin enerjisi itib aradan gedir, lakin indi məlum olur ki, həmin enerji 

yenidən canlanır və yeni libas geyir.

Günəşin istilik və enerjisini ağacın tərkibində neçə illərlə saxlamağa, sonra onu birdən-

birə xaricə çıxarmağa qadir olan Allahın ölüləri diriltməyə qüdrəti çatmazdı?

Görün, Quran məad məsələsinə şəkk-şübhə edənlərə necə qəti cavablar vermişdir. Biz 

bu cavab və sübutların yalnız bir hissəsini qələmə aldıq. Beləliklə də, Quran məadın mütləq 

baş verəcəyini bildirir.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin