82
2.Nəyə görə Allah insanı azad buraxmışdır?
3.Əgər Allah azadlıqlarından pis yollarda istifadə edən insanları acınacaqlı əzablara
düçar etsəydi, nə olardı?
4.Nə üçün vicdan məhkəməsi və əməllərin cəzasına çatması insanın qiyamət
məhkəməsinə olan ehtiyacını ödəyə bilmir?
5. Allahın ədaləti ilə məad arasında nə əlaqə var?
VI dərs
Qiyaməti bu dünyada dəfələrlə görmüşük
Quran ayələrindən asanlıqla məlum olur ki, bütpərəstlər və digər kafirlər təkcə
peyğəmbərin dövründə yox, eləcə də başqa zamanlarda məad- öldükdən sonra dirilmə
məsələsinə təəccüblə yanaşırdılar. Hətta bu məsələni onu irəli sürən şəxsin dəliliyinə sübut
gətirərək bir-birlərinə nə deyirdilər: «Sizə siz parça-parça olub dağılandan (çürüyüb
torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (diriləcəyinizi) xəbər verən bir
Dostları ilə paylaş: