Щязряти Айятуллащцл-Цзма


İradənin azadlıq və ixtiyarı



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə157/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

İradənin azadlıq və ixtiyarı

İnsan  bir  şeydə  başqa  məxluqlardan  fərqlənir.  O  da  onun  iradə  və  istəyinin  azad  və 

ixtiyar  sahibi  olmasıdır.  Nəyə  görə  Allah  insanı  azad  buraxmış  və  ürəyi  istəyən  hər  şeyi 

etməyə icazə vermişdir?  Cavabında deyirik  ki, əgər insan azad olmasaydı,  təkamülə yetişə 

bilməzdi.  Bu  xüsusiyyət  (insanın  azadlığı)  onun  mənəvi  və  əxlaqi  təkamül  rəmzidir. 

Məsələn, varlıları güclə imkansızlara yardım etməyə məcbur etsələr, bu iş həyata keçəcək və 

imkansızlara  kömək  olunacaq,  lakin  bu  varlılar  üçün  təkamülə  səbəb  olmayacaq.  Ancaq 

həmin  yardımın  bir  zərrəsi  varlıların  öz  istək  və  iradəsi  ilə  edilsə,  bu  onların  mənəvi 

təkamülünə səbəb olacaq.  Deməli, əxlaqi və mənəvi təkamülün birinci şərti azadlıqdır. Yəni, 

bəşəriyyət  bu  mərhələyə  məcburiyyətlə  yox,  öz  iradə  və  istəyi  ilə  yüksəlməlidir.  Allahın 

insanları azad buraxmasının səbəbi də məhz budur.

Böyük azadlıq neməti bir gülə bənzəyir. Bu gülün yan-yörəsində bəzi tikanlar bitir. O 

tikanlar da bəzi insanların bu azadlıqdan pis niyyətlə istifadə edib günah, zülm, fəsada düçar 

olmalarıdır.

Allah azadlıqlardan fəsad, zülm və günahlar yolunda istifadə edən şəxsləri elə bəlalara 

düçar edərdi ki, onlar bir daha gördükləri işləri təkrar etməzdilər. Belə olan halda daha heç 

kim  azadlıqdan  pis  niyyətlə  istifadə  etməzdi.  Lakin  bu  təqdirdə  insan  məcbur  olub 

pisliklərdən əl çəkər və bunun insan üçün heç bir dəyəri olmazdı. İnsan gərək, azad olsun və 

Allahın  imtahanları  qarşısında  sınaqlardan  keçsin.  Bu  yolla  insan  öz  dəyərlərini  nümayiş 

etdirə bilər.

Burada daha bir məsələ var. O da budur ki, əgər vəziyyət beləcə davam edərsə- hər kəs 

istədiyi  yolla  gedib  ürəyi  istəyəni  edərsə,  bu  təqdirdə  Allahın  dünyada  qoyduğu  ədalət 

qanunu öz səlahiyyətini itirər və qüvvədən düşər. Buraya çatdıqda məlum olur ki, insanlar 

üçün  bir  məhkəmə  təyin  olunmuşdur.  İnsanlar  istisnasız  olaraq  bir  nəfər  kimi  bu 

məhkəmədə hazır olmalı, öz əmələrinin cəza və ya mükafatını almalıdırlar. Nəmrud, Firon, 

Yezid kimi şəxsiyyətlərin dünyada törətmədikləri cinayət qalmamışdır. Heç mümkündürmü 

ki,  günahkarlarla  olan  haqq-hesab  çəkilməsin?  Allahın  ədalət  tərəzisində  möminlərlə 

kafirlər,  günahkarlarla  günah  etməyənlər  bərabər  ola  bilərmi?  Quranın  dili  ilə  desək: 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin