Tarix göstərir ki, keçmiş nəsillərin hamısının özünəməxsus məzhəbi olmuşdur. Eləcə
də sübutlar göstərir ki, insanlar arasında məad və qiyamətə etiqad lap qədim zamanlardan
olmuşdur. Keçmiş nəsillərdən qalan əsərlər, xüsusən, onların ölüləri dəfn etməsi, qəbirləri
düzəltməsi və bu kimi işləri onların ölümdən sonrakı həyata olan etiqadlarından xəbər verir.
Bəşər arasında ilk günlərdən meydana çıxmış bu əqidəni sadə, adi və fanatik bir şey hesab
Bunlar islami terminlərdir.
80
Əgər bir əqidə bütün insanlar arasında vardırsa, onun fitri olduğunu qəbul etməliyik.
Çünki təkcə fitrət zaman və ictimai dəyişikliklərə sinə gərib olduğu kimi qala bilər. Adət,
ənənə və fanatikalar zaman keçdikcə qüvvədən düşür, mahiyyətini itirirlər. Məsələn, bir cür
paltar geyinmək bir zaman adət və dəbdirsə, bir müddət keçdikdən sonra qüvvədən düşür.
Lakin ananın balasına olan məhəbbəti fitri bir işdir. Nə qədər zaman keçsə də, yenə bu
məhəbbət olduğu kimi qalacaq və heç bir ana öz balasına qarşı laqeydlik etməyəcək. Bu cür
olan hər bir əlaqə özünün fitri olduğunu göstərir.
«Alimlərin dəqiq araşdırmalarından məlum olur ki, bəşəriyyətin ilkin tayfalarının da
məzhəbi olmuşdur. Çünki onlar ölülərini məxsus şəkildə dəfn edir, ölünün iş alətlərini onun
yanında qoymaqla ölümdən sonrakı aləmə olan əqidələrini ifadə edirlər.» ifadəsi bizə
bildirir ki, keçmiş nəsillər arasında da ölümdən sonrakı həyata inam olmuşdur. Düzdür,
onların sonrakı aləmi elə bu aləm kimi təsəvvür etmələri səhvdir, lakin yenə də, onlar
ölümdən sonrakı həyata inanırdılar.
Dostları ilə paylaş: