«Məgər biz, müsəlmanları kafirlərlə eynimi tutacağıq? (Ey kafirlər! Siz dünyada yoxsul
möminlərdən mal-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün
olacağınızı iddia edirsiniz?) Sizə nə olub, necə mühakimə yürüdürsünüz?» «(Nun,
35,36). Yaxud başqa bir ayədə oxuyuruq: «Yoxsa, biz Allahdan qorxub pis əməllərdən
çəkinənləri günahkarlara tay edəcəyik?» (Sad, 28).
Düzdür, bəzən zalım və günahkarlar öz əməllərinin cəzasını çəkir, vicdan məhkəməsi
öz mühakiməsini yürüdür, başqalarına quyu qazanlar özləri quyuya düşürlər. Lakin bunlar
ümumi deyil. Yəni, bütün zalımlar elə bu dünyadaca öz cəzalarını çəkmirlər, yaxud
başqalarına quyu qazanların hamısı özləri quyuya düşmürlər. Çox zalım, günahkar və pis
insanlar var ki, bu dünyada heç bir dəfə də əziyyət çəkmirlər. Bu cür insanları
cəzalandırmaq və bütün insanların əməllərinə baxmaq üçün ədalətli bir məhkəmə lazımdır.
O məhkəmədə iynə ucu qədər əməl də yoxlanılmalı, cəza və ya mükafatını almalıdır. Əks
təqdirdə, ədalət tam şəkildə təmin olunmaz. Buna əsasən Allahın varlığını və onun ədalətini
qəbul etməklə ölümdən sonrakı həyatı, məadı qəbul etmək bərabərdir. (Yəni, bir nəfər
Allahı, onun ədalətini qəbul edirsə, qiyaməti də qəbul etməlidir. Əgər qiyamət və məadı
qəbul etmirsə, Allah və onun ədalətini də qəbul etmir.) Bu iki şey heç vaxt bir-birindən
ayrılmaz.
Dostları ilə paylaş: |