1.İnsanın bəqaya olan eşqi
Əgər insan fani və heç olub getmək üçün yaranmışdırsa, onda gərək, fənanın aşiqi
olsun, ömrünün sonunda onu yaxalayan ölümdən ləzzət alsın. Lakin görürük ki, (heç olmaq
mənasına olan) ölümdən insanın nəinki xoşu gəlmir, hətta bacardığı qədər ondan qaçır.
Onun dirilik suyu və ömrü uzadan digər şeylərin ardınca getməsi buna bir sübutdur. İnsanın
bəqaya olan eşqindən məlum olur ki, biz bəqa üçün yaranmışıq. Əgər fəna üçün
yaradılsaydıq, onda bəqaya olan bu eşq mənasız olardı.
5
İnsanda olan eşqlər onun vücudunu
tamamlayır. Bəqaya olan eşq də vücudu tamamlayan eşqlərdən biridir.
Bunu da bilməlisiniz ki, biz məad bəhsini Allahın varlığını qəbul etdikdən sonra
izləyirik. Biz bu əqidədəyik ki, Allah insanda hər nə xəlq etmişdirsə, hamısı hikmət
üzündəndir. Hamısının ayrıca hesabı vardır. Bu səbəbdən, bəqaya olan eşq də hikmət və
hesab üzündəndir. Bu hikmət də bu dünyadan sonrakı bir dünyanın olacağından başqa heç
bir şey ola bilməz.
Dostları ilə paylaş: |