Fikirləşin və cavab verin
1.Fitri olan və fitri olmayan işləri bir-birindən necə ayırmaq olar?
2.Hansı sübuta əsasən insanın bəqaya eşqi var və bəqaya olan eşq məadın fitri
olduğuna necə sübut ola bilər?
3.Keçmiş nəsillərin məada inamları olubmu?
4.Vicdan məhkəməsi insanı cəzalandırıb təşviqləndirirmi? Bunun səbəbi nədir? Bir
neçə misal gətirin.
5.Vicdan məhkəməsi ilə qiyamət məhkəməsi arasında nə kimi əlaqə var?
V dərs
Qiyamət ədalət tərəzisində
Bu dünyaya bir az diqqət yetirdikdə görürük ki, hər tərəfdə qanun hakimlik edir və hər
şey öz işini qanuna əsasən görür. Ədalət əsasında tənzimlənmiş bu proqram insan
bədənində o qədər incəliklə icra olunur ki, onda bir az dəyişikliklərin olması insanın ölümü,
ən azı xəstələnməsi ilə nəticələnir. Göz, qəlb, beyin və digər bədən üzvlərinin quruluşu buna
açıq-aşkar bir sübutdur. Bu proqram təkcə insan bədənində yox, bütün aləmdə icra olunur.
Hədisdə deyilmişdir: «Yer və göylər ədalət əsasında qurulmuşdur.» Bir atom zərrəciyi o
qədər kiçikdir ki, milyonlala atomu iynə ucu qədər yerdə yerləşdirmək olar. Fikirləşin,
görün, onun quruluşu necə dəqiq olmalıdır. Bununla belə, milyon illərdir ki, atom öz
mövcudluğunu qoruyub saxlamışdır. Bunların hamısı elektron və protonların quruluşundakı
fövqəladə proqramın sayəsində əmələ gəlmişdir. Dünyada olan bütün şeylər bu elektron və
protonlardan təşkil olunmuşdur. Məgər insan istisna olunmuş bir varlıqdır? Bu dünyada
81
azad olmalı və hansı ədalətsizliyi, zülmü istəsə, etməlidir? Yoxsa, burada bir incəlik
gizlənmişdir?
Dostları ilə paylaş: |