İradənin azadlıq və ixtiyarı
İnsan bir şeydə başqa məxluqlardan fərqlənir. O da onun iradə və istəyinin azad və
ixtiyar sahibi olmasıdır. Nəyə görə Allah insanı azad buraxmış və ürəyi istəyən hər şeyi
etməyə icazə vermişdir? Cavabında deyirik ki, əgər insan azad olmasaydı, təkamülə yetişə
bilməzdi. Bu xüsusiyyət (insanın azadlığı) onun mənəvi və əxlaqi təkamül rəmzidir.
Məsələn, varlıları güclə imkansızlara yardım etməyə məcbur etsələr, bu iş həyata keçəcək və
imkansızlara kömək olunacaq, lakin bu varlılar üçün təkamülə səbəb olmayacaq. Ancaq
həmin yardımın bir zərrəsi varlıların öz istək və iradəsi ilə edilsə, bu onların mənəvi
təkamülünə səbəb olacaq. Deməli, əxlaqi və mənəvi təkamülün birinci şərti azadlıqdır. Yəni,
bəşəriyyət bu mərhələyə məcburiyyətlə yox, öz iradə və istəyi ilə yüksəlməlidir. Allahın
insanları azad buraxmasının səbəbi də məhz budur.
Böyük azadlıq neməti bir gülə bənzəyir. Bu gülün yan-yörəsində bəzi tikanlar bitir. O
tikanlar da bəzi insanların bu azadlıqdan pis niyyətlə istifadə edib günah, zülm, fəsada düçar
olmalarıdır.
Allah azadlıqlardan fəsad, zülm və günahlar yolunda istifadə edən şəxsləri elə bəlalara
düçar edərdi ki, onlar bir daha gördükləri işləri təkrar etməzdilər. Belə olan halda daha heç
kim azadlıqdan pis niyyətlə istifadə etməzdi. Lakin bu təqdirdə insan məcbur olub
pisliklərdən əl çəkər və bunun insan üçün heç bir dəyəri olmazdı. İnsan gərək, azad olsun və
Allahın imtahanları qarşısında sınaqlardan keçsin. Bu yolla insan öz dəyərlərini nümayiş
etdirə bilər.
Burada daha bir məsələ var. O da budur ki, əgər vəziyyət beləcə davam edərsə- hər kəs
istədiyi yolla gedib ürəyi istəyəni edərsə, bu təqdirdə Allahın dünyada qoyduğu ədalət
qanunu öz səlahiyyətini itirər və qüvvədən düşər. Buraya çatdıqda məlum olur ki, insanlar
üçün bir məhkəmə təyin olunmuşdur. İnsanlar istisnasız olaraq bir nəfər kimi bu
məhkəmədə hazır olmalı, öz əmələrinin cəza və ya mükafatını almalıdırlar. Nəmrud, Firon,
Yezid kimi şəxsiyyətlərin dünyada törətmədikləri cinayət qalmamışdır. Heç mümkündürmü
ki, günahkarlarla olan haqq-hesab çəkilməsin? Allahın ədalət tərəzisində möminlərlə
kafirlər, günahkarlarla günah etməyənlər bərabər ola bilərmi? Quranın dili ilə desək:
Dostları ilə paylaş: |