Vicdan məhkəməsinin bir neçə xüsusiyyəti vardır
1)Bu məhkəmənin hakimi, şahidi, tamaşaçısı-hamısı birdir. Vicdan həm hökm verib
qərar çıxarır, həm şəhadət verir, həm də nəzarət edir, nəhayət, hökmünü icra edir.
2)Adi məhkəmələrdən fərqli olraq, bu məhkəmə tez bir zamanda qurulur və öz
hökmünü verir. Adi məhkəmələr bir caninin işinə baxmaq üçün, ola bilər ki, bir neçə il vaxt
sərf etsin. Lakin bu məhkəmədə vaxta ehtiyac yoxdur. Ola bilsin, həqiqətin üstü açılanədək
bu məhkəmə bir az təxirə salınsın. Lakin həqiqətin üstü açıldıqdan sonra o, dərhal öz
hökmünü verir.
3)Bu məhkəmə təkcə bir mərhələdən təşkil olunmuşdur. Burada istintaqa, ali
məhkəməyə və sairəyə ehtiyac yoxdur.
4)Bu məhkəmənin işi adi məhkəmələr kimi təkcə cəzalandırmaq deyil. Yəni, bu
məhkəmədə pislər cəzalarını alır, yaxşılar da mükafatlandırılırlar.
5)Bu məhkəmənin cəzası adi məhkəmə cəzaları kimi deyil. Burada nə zindana, nə də
edama məhkum olunma yoxdur. Lakin onun cəzası bəzən elə şiddətli olur ki, geniş dünya
insana dar olur. Bir sözlə, bu məhkəmə dünya məhkəmələri kimi deyil. Vicdan məhkəməsi
qiyamət məhkəməsinin bir nümunəsidir. Bu məhkəmənin əzəməti o qədər böyükdür ki,
Allah onu qiyamət məhkəməsi ilə birgə qeyd edib, ona and içərək deyir: «And içirəm
qiyamət gününə! And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlin azdır deyə) özünü
qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz.) Məgər insan elə güman edir ki,
79
(qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Bəli, biz onun
Dostları ilə paylaş: |