bütün əməllərdən xəbərdardır.» Bu ayə açıq-aşkar dağların hərəkətindən söhbət edir.
Halbuki, biz onları hərəkətsiz zənn edirik. Dağların hərəkətinin buludların hərəkətinə
bənzədilməsində məqsəd isə onların həm sürətlə həm də incəliklə hərəkət etdiyini
bildirməkdir. «Yerin hərəkəti» əvəzinə «dağların hərəkəti» ifadəsi də bu məsələnin
əzəmətini çatdırır. Məlumdur ki, dağlar ətraflarındakı torpaq və yerin öz hərəkəti olmadan
hərəkət edə bilməzlər. Dağların hərəkəti elə yerin öz hərəkəti deməkdir. İstər öz oxu
ətrafında olsun, istər gunəşin ətrafına da, istərsə də hər ikisinin.
İndi təsəvvür edin ki, dünyada olan bütün elmi məclislər, akademiyalar, məktəblər
hamısı Ptolemey və geosentrik sistemini, yəni yerin sabit qalması və günəş, ulduzlar və
digər kəhkəşanların onun ətrafına dövr etməsi nəzəriyyəsini qəbul etsəydilər, belə bir
mövqedə Quranın açıq-aşkar «Kopernik sistem və nəzəriyyəsi»ni, yəni yerin öz oxu
50
ətrafında dövretmə nəzəriyyəsini irəli sürməsi möcüzə hesab olmazdımı? Özü də heç bir
məktəb görməmiş və dərs oxumamış bir şəxsin (peyğəmbərin) tərəfindən bu cür bir
nəzəriyyə irəli sürülür. Bunun özü bu səmavi kitabın (Quranın) haqq olduğuna sübut və
şahid deyilmi?
Dostları ilə paylaş: |