Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə91/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1.Quranın elmi möcüzələrində məqsəd nədir?

2.Cazibə qanununu ilk dəfə olaraq kim kəşf etmiş və o şəxs hansı əsrdə yaşamışdır?

3.Quran hansı ayəsində və hansı ifadə ilə cazibə qanununu bəyan etmişdir?

4.Geosentrik nəzəriyyə kimlər tərəfindən irəli sürülmüş və insanların əqidəsinə neçə il 

hakim olmuşdur?

5.Quran hansı ayəsində və hansı ifadə ilə yerin hərəkətindən söhbət edir?

IX dərs.

İslam peyğəmbərinin haqq olduğuna aid

daha bir dəlil

Peyğəmbərlik  iddiası  edən  şəxsin  doğru,  yaxud  yalan  deyib-demədiyini  bilmək  üçün 

ondan  möcüzə  tələb  etməkdən  başqa,  bir  yol  da  vardır.  Bu  yolun  özü  onun  doğru  deyib-

demədiyinə  canlı  bir  sübutdur.  O  yol  budur  ki,  onun  aşağıda  deyilən  xüsusiyyətlərini 

diqqətlə araşdırıb nəzərdən keçirək:

1.Onun əxlaqi xüsusiyyətləri və ictimai keçmişi. 

2.Peyğəmbərlik iddiası olan mühitin şəraiti.

3.Zaman şəraiti.

4.İddianın əhatə etdiyi dairə.

5.İcra olunacaq proqramlar və hədəfə yetişmək üçün lazımi vasitələr.

6.İddianın mühitə etdiyi təsirlər.

7.İddiaçının hədəfə yetişməsində göstərdiyi çalışqanlıq, fədakarlıq və iman.

8.Azğın təkliflərlə uyğun olmaması.

9.Ümumi təfəkkürdə dəvətin təsirinin sürəti.

10.İddianı qəbul edənləri araşdırıb hansı dəstə və siniflərdən olduqlarını öyrənmək.

Əgər  peyğəmbərlik  iddiası  edən  hər  hansı  bir  şəxs  barədə  bu  on  bəndi  diqqətlə 

araşdırsaq, rahatlıqla onun yalan və ya doğru olub-olmadığını aydınlaşdıra bilərik.

Yuxarıda deyilənləri nəzərə alaraq peyğəmbər cənabları haqqında bu on bəndi çox qısa 

şəkildə nəzərdən keçirəcəyik. Baxmayaraq ki, bu on bəndin hər birinə aid müxtəlif və geniş 

kitablar yazmaq olar.

1.İslam peyğəmbərinin əxlaqi xüsusiyyətləri, eləcə də onun ictimai keçmişi barədə həm 

dostlar,  həm  də  düşmənlərin  dediyinə  və  tarixin  göstərdiklərinə  əsasən,  elə  bunu  demək 

kifayətdir ki, o Həzrət o qədər pak və düzgün şəxs olmuşdur ki, hətta «Cahiliyyət dövrü»ndə 

də  onu  «Əmin»  (düzgün  və  əmanətdar)  adlandırmışlar.  Tarix  göstərir  ki,  o  Məkkədən 

Mədinəyə hicrət etmək istədikdə Həzrət Əli(ə)-ı onun əmanətlərini camaata çatdırmaq üçün 

vəkil etdi.

Onun şücaət, səbr, dözm, ürəyiaçıqlıq, xoşxasiyyətlik və güzəştə getmə xüsusiyyətlərini 

həyatda  baş  verən  cihad  və  sülhlərdən  axtarıb  tapmaq  olar.  Məkkənin  fəthindən  sonra 

Məkkə əhalisini bağışlayıb İslam düşmənlərini əfv etməsi bu məsələyə canlı şahiddir.

2.Hamımız  bilirik  ki,  adi  insanlar  necə  olur-olsun,  yaşadıqları  mühitlə  ayaqlaşıb 

hərəkət  və  rəftarını  mühitlə  uyğunlaşdırırlar.  Ola  bilər  ki,  biri  az,  digəri  çox  uyğunlaşsın. 

Fikirləşin,  görün  necə  ola  bilər  ki,  40  il  cəhl,  nadanlıq,  bütpərəstlik  mühitində  böyümüş, 

mühitin  başdan-ayağa  mövhumatla  dolu  olduğu  yerdə  bir  şəxs  çıxıb  xalis  və  həqiqi 

tövhiddən  danışır  və  bütpərəstliklə  mübarizə  aparır?  Necə  ola  bilər,  nadanlıq  və  cəhl 

mühitindən ən yüksək elmi nailiyyətlər parlasın?



51

Bunların  təbiətin  fövqündə  olan  İlahi  bir  qüvvəninin  təsdiqindən  başqa  bir  yolla 

zühura çıxdığınainanmaq olarmı?

3.Görək, bu peyğəmbər hansı əsr və zamanda yaşamışdır?

O, dünyanın orta əsrləri keçirdiyi dövrdə yaşamışdır. Elə bir dövr ki, onda yalnız zülm, 

haqsızlıq,  irqçilik  və  təbəqələrə  bölünmüş  cəmiyyət  həyatı  hökm  sürürdü.  Yaxşı  olar  ki, 

Həzrət  Məhəmməd(s)-in  nübuvət  iddiası  etdiyi  dövrü  Həzrət  Əli(ə)-ın  dilindən  eşidək. 

Həzrət  Əli(ə)  buyurur:  «Allah  Məhəmməd(s)-i  elə  bir  dövrdə  peyğəmbər  təyin  etdi  ki, 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin