Fikirləşin və cavab verin
1.İslam peyğəmbərin haqq olduğunu möcüzədən başqa yolla öyrənmək olarmı? Bu yol
hansı yoldur?
2.Peyğəmbərin xüsusiyyətlərini araşdırıb nəzərdən keçirmək dedikdə hansı
xüsusiyyətlər nəzərdə tutulur? Ən çox hansı işlərə diqqət yetirməliyik?
3.İslamdan qabaqkı ərəblərlə İslamdan sonrakı ərəbləri müqayisə etdikdə bir şey başa
düşürsünüzmü?
4.Cahiliyyət dövrünün ərəbləri, ümumiyyətlə, o dövrün insanları barədə bildiyinizi
şərh edin.
5.Nə üçün İslamın düşmənləri peyğəmbəri sehrbaz adlandırırdılar?
X dərs.
İslam peyğəmbərinin xatəmiyyəti
Xatəmiyyətin dəqiq mənası
İslam peyğəmbəri Həzrət Məhəmməd(s) Allah peyğəmbərlərinin sonuncusudur.
Nübüvvət və peyğəmbərlik silsiləsi onunla başa çatır. Bu məsələyə (Məhəmməd(s)-in
sonuncu peyğəmbər olduğuna) etiqad bağlamağın İslam dininin vacib əməllərindən biri
hesab olunmasının mənası budur ki, müsəlmanların cərgəsinə qoşullan hər bir kəs bu
məsələnin müsəlmanların əqidəsində əsas inamlardan biri olduğunu anlayacaqdır. Yəni,
müsəlmanlar tövhid məsələsində təkid etdikləri kimi, İslam peyğəmbərinin xatəmiyyətində
də təkid edirlər. Müsəlmanların hamısı (istər sünni, istər şiə) bu məsələdə bir-biri ilə
razılaşırlar və heç kim bu barədə ixtilaf da deyil. Əslində, bəşəriyyət öz təkamül prosesini
bir-birinin ardınca peyğəmbərlərin gəlməsi ilə müxtəlif mərhələlərə çatdırmış və sonuncu
peyğəmbərin gəlişi ilə elə bir mərhələyə qədəm qoymuşdur ki, artıq özü-özünü idarə
etməyə qüdrəti çatır. Yəni, İslamın geniş və doğru təlim-tərbiyəsi ilə öz çətinlik və
müşküllərini aradan qaldıra bilir. Başqa sözlə, İslam bəşəriyyətin sonuncu və təkamül
yolunda onu hədəfə çatdıra bilən qanunudur, etiqad nöqteyi-nəzərindən ən kamil dini baxışı
əhatə edən və hər bir zaman insan ehtiyacları ilə uyğun gələn bir dindir.
Dostları ilə paylaş: |