53
Bu ayə ərəblər arasında birini oğulluğa götürmək məsələsi adət olan zaman nazil
olmuşdur. Ərəblər başqa ata-anadan olan bir nəfəri özləri üçün oğulluğa götürüb, onu öz ailə
üzvləri kimi hesab edir, evdəkilərlə məhrəm olub biri-birinə (öldükdən sonra) varis
olurdular.
İslam gələrək Cahiliyət dövrünün bu adətini aradan qaldırdı. İslam (bu ayə) bildirdi ki,
oğulluğa götürülmüş şəxslər həqiqi oğlun (insanın öz belindən gələn oğlun) şəri və hüquqi
qanunlarına aid deyillər. Bu ayə Peyğəmbərin oğulluğa götürdüyü Zeyd adlı bir nəfərə də
şamil olurdu. Ayə buyurur ki, siz ərəblər Peyğəmbəri filankəsin (Zeydin) atası
adlandırmaqdansa, onu Allahın elçisi və peyğəmbərlərin sonuncusu adlandırın.
Bu ayədən məlum olur ki, İslam peyğəmbərinin risaləti hamıya məlum olduğu kimi,
onun xatəmiyyəti də hamı üçün məlumdur. Burada təkcə bir sual qalır ki: «xatəm» sözünün
əsl mənası nədir?
«Xatəm» kəlməsi «xətm» sözündən götürülmüş və qurtaran, başa çatdıran
mənasındadır. Məsələn, məktubun axırına vurulmuş möhrü xatəm adlandırılar. Çünki o
möhür məktubu başa çatdırır.
Ərəb dilində üzüyə də xatəm deyirlər. Səbəbi də budur ki, o vaxt üzüyün qaşı üzərinə
ad, söz və s. yazıb möhür əvəzinə istifadə edərdilər. Bir nəfər məktub yazıb qurtardıqda öz
üzüyü ilə onu möhürləyərdi.
İslam hədislərindən peyğəmbər(s) şah, hakim və imperatorlara məktub yazıb onları
İslama dəvət etmək istədikdə səhabələrinin ona belə dedikləri məlumdur: «Əcəmlərdə belə
adətdir ki, möhürsüz məktubu qəbul etmirlər». (Peyğəmbər o vaxtadək bütün məktublarını
sadə və möhürsüz yazardı). O, əmr etdi ki, onun üçün bir üzük düzəldilib qaşı üzərinə «La
ilahə illəllah, Muhəmmədun rəsulullah» həkk olunsun. Bundan sonra peyğəmbər bütün
məktublarını həmin üzüklə möhürləyirdi.
Deməli, xatəm sözünün əsl mənası sona yetirən və qurtaran deməkdir.
3.Hədislərin bir çoxu da İslam peyğəmbərinin sonuncu peyğəmbər olduğunu
vurğulayır. Buna aid aşağıdakı hədisləri nümunə göstərmək olar.
A)Cabir ibn Ənsarinin peyğəmbərdən söylədiyi mötəbər hədisdə deyilir: «Peyğəmbər
camaata deyir: Mənim peyğəmbərlər arasında misalım bir evin tikilib qurtarması və təkcə
bir daşın yerinin boş qalmasına bənzəyir. Hər kim o evə girsə, baxıb deyəcək, nə gözəl evdir,
heyf ki, bir daşı çatmır. Mən həmin boş qalan yeri dolduran daşa bənzəyirəm və bütün
peyğəmbərlər mənimlə xətm olunurlar. (Məcməül-bəyan təfsiri).
B)İmam Sadiq(ə) buyurur: Yəni, «Məhəmməd(s)-in halal etdiyi şeylər qiyamətə
Dostları ilə paylaş: