V)Şiə və sünnilərin peyğəmbərdən söylədiyi məşhur hədisdə oxuyuruq: Peyğəmbər
İslam peyğəmbərinin xatəmiyyəti barədə diqqəti cəlb edən bir neçə sual vardır. Onları
1.Bəzi insanlar deyirlər ki, əgər peyğəmbər Allah tərəfindən göndərilən lütf, mərhəmət
və feyzdirsə, bəs, nə üçün bizim zəmanənin insanları bu lütf və mərhəmətdən məhrum
olmalıdır? Nə üçün indiki əsrin camaatına hidayət etmək üçün peyğəmbər gəlməməlidir? Bu
sualı verən şəxslər bir məsələyə diqqət etməmişlər. O da budur ki, bizim əsrin
peyğəmbərdən məhrum olmasının səbəbi insanların ona layiq olmamaları deyil. Bizim əsr
üçün peyğəmbər göndərilməməsinin səbəbi budur ki, artıq bəşər təfəkkür və bilik cəhətdən
o dərəcəyə yetişib ki, İslam peyğəmbərinin qayda –qanununa riayət etməklə öz yollarına
davam edə bilərlər və yeni bir peyğəmbərin gəlməsinə ehtiyac yoxdur. Yaxşı olar ki, bu
məsələni düzgün anlamaq üçün belə bir misala diqqət edək: Ülul-əzm, yəni, yeni din, yeni
şəriət və səmavi kitab sahibi olan (eləcə də risalətləri ümumdünya risaləti olan)
54
peyğəmbərlər beş nəfər olmuşlar. Nuh(ə), İbrahim(ə), Musa(ə), İsa(ə), və Muhəmməd(s). Bu
peyğəmbərlərin hər biri müxtəlif dövrlərdə insanları hidayət etməyə çalışmışlar. Bəşər
karvanını bir mərhələdən keçirib digər mərhələyə, o biri ülul-əzm peyğəmbərə çatdırmışlar.
Nəhayət, bu karvan son mərhələyə yetişərək öz yolunu tapdı, artıq özü bu yolda hərəkət
etmək qüdrətinə malik oldu. Bu karvanın işi eynilə ibtidai, sonra orta, daha sonra isə ali
məktəbdə təhsil alan tələbənin işinə bənzəyir. Əvvəl elmlə ibtidai şəkildə tanış olduqdan
sonra orta həddə təhsil alaraq elmini başa çatdırır. Əgər bir həkim məktəb və ya
universitetə getmirsə, bu, onun ləyaqətinin olmadığı mənasına gəlməz. Əksinə, bunun
səbəbi onun əldə etdiyi məlumatları ilə öz elmi çətinliklərini həll etməyə qadir olmasıdır.
2.Dünya ictimaiyyətinin vəziyyətinin zaman keçdikcə dəyişdiyini nəzərə alsaq, İslamın
sabit qanunları insan ehtiyacların necə ödəyə bilər?
Bu sualın cavabında deyirik: İslamın iki cür qanunları var; 1. Bir sıra sabit və
dəyişilməz qanunlar. Məsələn, tövhid, ədalət, zülm və haqsızlıqla mübarizə və s. 2.Ümumi və
mövzuların dəyişilməsi ilə dəyişən qanunlar. Yəni, zaman dəyişdikcə qanun da zamana
uyğun olur. Bu cür qanunlar həmişə insan ehtiyaclarını ödəməyə qadirdilər. Məsələn,
İslamda yəni, «əhdlərinizə vəfa edib sadiq qalın» kimi ümumi bir qayda var. Şübhəsiz ki,
zaman ötdükcə faydalı olan yeni ictimai, ticari, siyasi əhdlər bağlanır. İnsan yuxarıda deyilən
ümumi qaydanı əlində əsas tutaraq bu əhdlərə, müqavilələrə vəfa edib sadiq qala bilər.
Yaxud şəriətdə «zərərsiz qayda» adlı ümumi bir qanun var. Bu qanunla insan cəmiyyətin
zərərinə olan bütün işlərin qarşısını ala bilər. Görün, İslamın bu ümumi qaydası nə qədər
çətinliyi aradan qaldırır! Bu cür qaydalara İslamda çox rast gəlmək olar.
Dostları ilə paylaş: