Щязряти Айятуллащцл-Цзма


hansı  bir  camaata  qarşı  olan  kininiz  sizi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə93/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

hansı  bir  camaata  qarşı  olan  kininiz  sizi  ədalətsizliyə  sövq  etməsin.»  (Maidə,  8).  Onun 

müharibə meydanlarında əxlaqi qaydalara riayət olunması üçün verdiyi əmrlər, o cümlədən, 

döyüşənlərdən  başqasına  zərər  yetirməmək,  xurmalıq  və  ağacları  kəsməmək,  düşmənin 

suyunu bulandırmamaq və əsirlərlə son dərəcə mehribanlıqla rəftar etmək kimi nümunələr 

bu həqiqətə işarədir.

6.Onun iddia və dəvəti mühitə o qədər təsir etmişdi ki, müşriklər insanların ona yaxın 

düşməsindən vəhşətə gəlirdilər. Çünki onlar peyğəmbərin cazibə və dəfetməsini görüb onun 

fövqəladə  olduğunu  bilirdilər.  (Bilirdilər  ki,  bir  nəfər  ona  yaxınlaşdıqda  dərhal  onu  özünə 

cəlb  edəcək).  Bəzən,  söhbət  edən  zaman  onlar  səs-küy  salıb  camaatın  onun  sözünü 

eşitməsinə  mane olurdular.  Bilirdilər ki, kim onun sözlərini  dinləsə, onun vurğunu olacaq. 

Məhz  buna  görə,  onu  sehrbaz,  sözlərini  isə  sehr  adlandırırdılar.  Bu  məsələnin  özü 

peyğəmbərin təsir qüvvəsini göstərir.

7.Onun  bu  yolda  göstərdiyi  fədakarlıq  və  canfəşanlıqlardan  məlum  olur  ki,  bu  dinə 

hamıdan çox onun özü iman bağlamışdır. Mübarizə meydanlarında yenicə müsəlman olmuş 

şəxslərin  qaçıb  aradan  çıxmasına  baxmayaraq  o,  öz  hədəfi  uğrunda  əlindən  gələni  etdi. 

Düşmənin  hücumları,  təhdidləri  və  əks-  təbliğləri  qarşısında  heç  vaxt  özünü  zəif  qələmə 

vermədi.

8.Müşriklər  dəfələrlə  onu  öz  çirkin  planları  ilə  sazişə  dəvət  etsələr  də,  buna  nail  ola 

bilmədilər. Ondan yalnız «əgər günəşi mənim bir əlimə, ayı da digər əlimə versəniz (bütün 

dünyanı mənim ixtiyarımda qoysanız), yenə də öz hədəfimdən əl çəkməyəcəyəm» cavabını 

aldılar.

9.Peyğəmbərin dəvətinin insanların ümumi təfəkküründə təsirinin surəti də fövqəladə 

idi.  Qərb  alimlərinin  İslam  dini  barədə  yazdığı  kitabları  mütaliə  edənlər  bu  yazıçıların 

İslamın meydana çıxıb tez bir zamanda yayılmasından təəccüblərini gizlədə bilmədiklərini 

söyləmişlər.  Məsələn,  qərbin  tanınmış  və  «Qərb  təməddününün  tarixi  və  onun  şərqdəki 

bünövrələri» əsərini yazmış müəllimlərdən üçü həqiqəti etiraf edərək demişlər: «Dünyada 

İslamın  tez  bir  zamanda  irəliləyib  artmasının,  bir  əsrdən  az  bir  müddətdə  dünyanın  çox 

hissəsinə  kölgə  salmasının  səbəbi  barədə  aparılan  tədqiqatlara  baxmayaraq,  hələ  də  bu 

məsələ bir müəmma olaraq qalmaqdadır.» Bəli, bu doğrudan da, bir müəmmadır. Necə də 



52

tez  bir  zamanda  İslam  milyonlarla  qəlbdə  nüfuz  tapdı,  bütün  mədəniyyətləri  yox  edərək 

yeni bir mədəniyyət yaratdı.

10.Nəhayət,  bu  nəticəyə  gəlirik  ki,  onunla  düşmənçilik  edənlər  kafir  və  müşriklərin 

başçıları, zalım rəhbərlər və özünüsevər dövlətlilər olmuşdur. Ona iman gətirənlər isə pak 

ürəkli  cavanlar,  öz  haqlarını  tələb  edən  məzlum  insanlar,  hətta  qul  və  nökərlər  və  heç  bir 

sərvəti olmayan insanlar idi. Onların yeganə sərvəti yalnız təmiz və pak qəlbləri idi. Onlar 

haqqı tələb edən insanlar idilər.

Bu on bənddən belə nəticəyə gəlirik ki, bu dəvət ilahi bir dəvət olmuşdur. Elə bir dəvət 

ki, təbiətin fövqündən nəşələnmiş, insanları azğınlıqlardan düz yola hidayət etmək üçün uca 

Tanrı tərəfindən göndərilmiş bir dəvət olmuşdur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin