Şiəliyin gizli tərəfləri Ön söz


Şiəlikdə olan rəvayyətlərdə isnadlar,onlarda olan ziddiyyətlər və ixtilaflar



Yüklə 1,02 Mb.
səhifə13/14
tarix28.03.2017
ölçüsü1,02 Mb.
#12712
1   ...   6   7   8   9   10   11   12   13   14

Şiəlikdə olan rəvayyətlərdə isnadlar,onlarda olan ziddiyyətlər və ixtilaflar.
Bunu qəti olaraq qeyd etmək istərdik ki,şiəlikdə “məsumlar”dan varid olan elə bir rəvayyət,elə bir xəbər yoxdur ki,onu təkzib edən digər bir rəvayyət,xəbər olmasın. Şeyx Əbu Cəfər Tusi şiələrin dörd mötəbər kitabından biri olan “Təzhibul Əhkam” adlı kitabının müqəddiməsində belə yazır:

Dostlarımız əshabımızın hədislərini və bu hədislərdəki ixtilaf,təzad və s.xüsusları mənimlə müzakirə etdilər.Məsələ o yerə çatır ki,hətta,anlaşılan bu olurdu ki, ittifaq ediləcək hər bir hədisin müqabilində onu nəhy edən və ona əks olan başqa bir hədis mövcud olurdu.Bu da müxaliflərimizin məzhəbimizə dil uzatmalarına ən çox səbəb olan xüsuslardandır.” (“Təhzib” səh 12)


İmami şiəsi olan seyyid Dildar Əli əl Ləknəvi “Əsarul usul”kitabının 51-ci səhifəsində yazır:

İmamlardan sadir olan hadislər o dərəcədə ixtilaflıdır ki,hardasa hər bir hədisin müqabilində onu nəhy edən başqa bir hədis,üzərində ittifaq olunan bir hədisin qarşısında isə onun ziddi mövcuddur.Bu vəziyyət də bəzi məlumatı az olanların haqq inancdan dönmələrinə səbəb olmuşdur.”


Seyyid Haşim Məruf əl Hüseyni yazır: “...Kafi,”Vafi” və s.hədis məcmualarında olan hədislərin tədqiqatından sonra görsənir ki,qulatın və hidayət imamlarına qarşı kin duyanların imamların hədislərini bərbad etmək və adlarını qaralamq üçün etdiyi səylər nəticəsində hardasa heç bir bab qalmamışdır ki,orada təhriflər olmasın.” (əl Məvduat fil əsər vəl əxbər” səh 165,253, 1-ci nəşr,1973)
Əbu Cəfər Muhəmməd ibn Həsən ət-Tusi yazır: “Yunus adlı bir şiə ravisi demişdir: “İraqa gəlib orada imam Əbu Cəfərin əshabından bir dəstə ilə Əbu imam Cəfərin əshabından bir çox şəxs ilə görüşdüm.Onlardan hədis dinlədim və onların (hədis) kitablarını götürdüm və sonralar bu kitabları imam Əli ər-Rzaya göstərdim.O, isə bu kitablarda olan hədislərin əksəriyyətinin Əbu Abdullahın hədisləri olduğunu inkar etdi...”(“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 3/298, Tehran)
əl-Feyz ibn Muxtar da bundan şikayətlənərək imam Cəfərə deyir: “Sizin şiələriniz arasında olan bu ixtilaf da nədir? Mən Küfədə şiələrin məclislərində otururam və az qala onların hədislərinə şübhə edirəm.” İmam isə ona belə deyir: “Ey Feyz! Həqiqətən də insanlar bizim adımızdan yalan danışmağa çox həvəslidirlər.”(“Ricalul-Kəşşi” səh 347, “Biharul-ənvər” 2/246)
Feyz əl-Kaşani bundan şikayətlənərək demişdir: “Mən görürəm ki,bizim alimlər bir məsələdə iyirmi, otuz və daha artıq rəy ilə ixtilafa düşürlər.Əgər istəsəniz deyə bilərəm ki,istər əsas,istərsədə ikinci dərəcəli elə bir məsələ yoxdur ki,orada ixtilaf,fikir ayrılığı olmasın.”(“əl-Vafi” 1/9)
Şiə məzhəbinin şeyxi sayılan Tusi demişdir: “Hətta, sən şiə alimlərinin arasında olan ixtilafa fikir versən, görərsən ki, onların arasında olan ixtilaf Əbu Hənifənin, Şafinin və Malikin əshabı arasında olan ixtilafdan da çoxdur.”(“əl-Uddə fi usulil-fiqh”1/138)
Məmqani yazır: “Bizim indi şiəlik məzhəbinin zəruriyyətlərindən saydığımız göruşləri ilk dövr alimlərimiz ğuluv sayardılar və bununla ən etibarlı kəsləri ittiham edərdilər.” (“Tənqih əl-Məqal”, 3/23)
Növbəxtinin “Firəquş şia” kitabından:
Bu şiə alimi “Şiə firqələri” haqqında ilk kitab yazan muəlliflərdəndir.
“İmam Baqirin ölümündən sonra şiələr 2 firqəyə bölündülər.” (“Firəquş şia” səh 157)

“İmam Cəfər Sadiqin ölümündən sonra 6 firqəyə bölündülər.” (“Firəquş şia” səh 160)

“İmam Musa Kazımın ölümündən sonra 5 firqəyə bölündülər.” (“Firəquş şia” səh 169)

“İmam Əli ibn Musanın ölümündən sonra 5 firqəyə bölündülər.” (“Firəquş şia” səh 173-174)

“İmam Həsən Əsgərinin ölümündən sonra 14 firqəyə bölündülər.” (“Firəquş şia” səh 180)

Əzhar”-ın bəzi əsas mənbələri təhrif etmədə günahlandırılması.


“Allahın xəlifəsi imam Əli” kitabının müəllifi Muhəmməd İbrahim əl Muvahhid əl Qəzvini kitabında yazır: “Qahirədə olan Əzhar universitetində ərəb dövlətlərindən birinin dəstəyi ilə bütün kitablar və qaynaqları ki,bunların başında “Səhih Buxari” gəlir,təkrar gözdən keçirmək məqsədi ilə gizli bir komissiya təşkil edildiyi xəbərləri gəlmişdi.Məqsədləri Əhli beyt əleyhissalamın fəzilətlərinə dair varid olan hədisləri və şiə məzhəbinin haqqlı olduğunu təsdiq edə biləcək dəlilləri mümkün olduğu qədər kitablardan çıxarmaq və təhrif etmək idi.Bu komissiya gizli fəaliyyət göstərirdi və bir çox qaynaq əsərləri müasir formada yenidən nəşr etdilər.Bu qaynaq əsərlərdə olan bəzi hədisləri və həssas söz və ifadələri təhrif etdilər. Məs: “Xəlifəm dostumdur” sözü və bənzərləri kimi….”

Əhli Sünnətin qaynaq kitabları keçmişdə də,günümüzdə də sünni vəya şiə hər kəsin əlində mövcud olmuşdur.Bunun dəlili isə keçmiş şiə alimlərinin kitablarında bu kitablara istinad etmələridir.Ona görə Allaha həmd olsun ki,bu qaynaqlar şiələrin ana qaynaqlarından fərqli olaraq,təhrif edilməkdən və orada dəyişikliklər edilməkdən uzaqdır.Şiə qaynaqları yaxın dövrə qədər yalnız şiə müəlliflərinin istifadəsində idi.Öz aralarında əldən-ələ dolaşdırar, başqalarından gizlədərdilər.

Bu iftira atan adam iddiasını isbat edəcək dəlillər gətirməmişdir.”Səhih Buxari”ni qeyd edərkən də harasında təhrif olunduğunu deməmişdir.Bu müəllif kitabında iftira və böhtan atmaq kimi alçaq sifətlərdən əl çəkməmişdir.Kitabının 212-ci səhifəsində Ömər Faruq haqqında pis ifadələr istifadə edir.O,belə bir rəvayyət yazır: “Qeys ibn Səid sıçrayıb, qılıncını çəkdi və Ömərin saqqalından tutaraq bağırdı: “Ey Həbəşli Səhhaq qadının oğlu!”

Bu Qəzvini rəvayyətin şərhində yazır: “Səhhaq Ömərin nənəsidir.Bu qadın fəsad əhlindən olduğu üçün Ömər onu başqalarına borc olaraq,verərdi.”


Qəzvini kitabının 93-cü səhifəsində azanda “Əliyyən vəliyullah” sözlərinin vacibliyindən və onun şiəliyin şüarı olmasından bəhs edir.Bu sözlərin qətiyyən tərk olunmaması,əks təqdirdə isə Allah və Rəsuluna asi olunacağını iddia edir.Halbuki,qədim şiə alimləri bu əməli görəni lənətləmişlər.
Şiə alimi Şeyx Səduq yazır: “Bu namaza çağırış olan düzgün,artırılmamış azanın formasıdır.Mufavidda (onlara lənət olsun) nassı təhrif etdilər və azana iki dəfə “Muhəmməd və Əhli beyti ən xeyirli məxluqdur” sözlərini əlavə etdilər.Onların bəzi xəbərlərində “Şəhadət edirəm ki,Muhəmməd (s.a.s) Allahın elçisidir” cümləsindən sonra iki dəfə “Əşhədu ənnə Əliyyən vəliyullah”artırılması vardır.

Heç şübhə yoxdur ki,Əli (r.a) həqiqətən Allahın vəlisidir və möminlərin əmiridir və heç şübhə yoxdur ki,Muhəmməd (s.a.s) və Əhli beyti ən xeyirli məxluqlardır.Lakin,bu azanın tərkib hissəsi sayılmır.” (“Mən lə yəhduruhul fəqih” 1/188; Tehran)
Həmçinin,şiəliyin əsas qaynaq kitablarında qəbir və onun üzərində olan tikililər (pir,ziyarətgah) baradə də qəti dəlillər vardır.Bunlardan bir neçəsini qeyd etmək istərdik.

Kuleyni və Hurr Amili Əbu Abdullahdan rəvayyət edirlər ki,İmam Əli (r.a) dedi: “Peyğəmbər (s.a.s) məni hündür qəbirləri və heykəlləri (bütləri) dağıtmaq üçün göndərmişdi.” (“Kafi” 6/528; Hurr Amili “Vəsailuş şia” 2/870)


Peyğəmbər (s.a.s) dedi: ”Mənim qəbrimi ibadət yerinə çevirməyin və onu qiblə halına salmayın.Allah Təala yəhudilərə peyğəmbərlərinin qəbirlərini ibadət yerinə və məscid halına saldıqları üçün lənət etmişdir.” (Şeyx Səduq “Mən lə yəhduruhul fəqih” 1/178,hədis 532; Məclisi “Bihar” 79/20)
Əli (r.a) dedi: “Mən Rəsulullah (s.a.s)-ın belə dediyini eşitdim.”Mənim qəbrimi bayram,mərasim keçirilən hala salmayın.Qəbirlərinizi məscidlərə,evlərinizi də qəbirlərə çevirməyin.” (Nuri Təbərsi “Müstədrək vəsail” 2/379, hədis 2240)

Hurr Amili “Vəsailuş şia” (2/869)-da Əli ibn Cəfərin belə dediyini rəvayyət etmişdir: “İmam Əbul Həsəndən qəbir üzərində bina tikmək və orada oturmaq baradə soruşdum.O,dedi: “Qəbir üzərində bina ucaltmaq,oturmaq,qəbiri bəzəmək və orada yazı yazmaq doğru deyildir.”


Bunlar sadəcə bir neçə nümunələr idi.

Şiə alimlərinin fətvaları.
Bəzən rafizilər İslam alimlərinin bəzi fətvalarını ələ alaraq,bir çox hallarda səhv tərcümə və təhrif edərək dilimizə tərcümə edir və yayırlar.Bununla onlar məsələdən agah olmayan sıravi müsəlmanlarda qəzəb və nifrət yaratmağa çalışırlar. Burada vacib bir məsələni qeyd etmək yerinə düşərdi. İmam Malikin sözlərini unutmamaq lazımdır.O,deyir: “Bu qəbirdə yatan (əli ilə Peyğəmbər (s.a.s)-in qəbrinə işarə edərək) insanın sözündən başqa istənilən şəxsin sözü qəbul vəya rədd edilə bilər.”

Şübhə yoxdur ki,Allahın şəriətində utanacaq heç nə yoxdur.Ona görə də əgər hər hansı bir alim zəif rəvayyətlərə istinad edərək,şəriət mətnlərini düzgün anlamayıb,fitrətə tərs fətva verərsə,biz onu sadəcə olaraq,rədd edəcəyik.

Fəqət,ərəblərin yaxşı bir ata sözü vardır.”Evi şüşədən olan adam başqasına daş atmamalıdır.” Aşağıda şiə alimlərinin fətvalarından bir neçə nümunələr gətiriləcəkdir.



  • Cinsiyyətin dəyişdirilməsi.

Bunu ilk dəfə ələ alan Xomeyni olmuşdur. Xomeyni “Təhrir əl Vəsilə” kitabında yazır:


“Məsələ 1. “Zahirən kişinin cinsiyyətinin qadına və qadının cinsiyyətinin kişiyə çevrilməsində problem yoxdur və bu qadağan deyildir.”

Məsələ 3. “ Əgər qadın ərə gedib,sonra cinsiyyətini dəyişərsə onun nigahı bu andan etibarən ləğv olunur və onun əridə əgər onunla bu əməliyyata qədər cinsi əlaqəyə giribsə mehrin tam verilməsi öhdəliyi durur...”

Məsələ 7. “Əgər bacı və qardaş hər ikisi cinsiyyətlərini əks olaraq dəyişiblərsə,bu onların qan qohumluğunu pozmur.Qardaş bacı,bacı isə qardaş olur.Əgər ata tərəfdən əmi cinsini dəyişərsə,o ata tərəfdən bibi olacaqdır və ya əksinə ana tərəfdən dayı olacaqdır.Həmçinin, digərləri də bunun kimi.”

Məsələ 8.”Əgər ana cinsiyyətini dəyişərsə o oğulun zövcəsinə məhrəm olacaqmı,yoxsa yox?Əgər ata qadın cinsinə keçərsə o öz oğlanlarına hətta ana çağrılmasa belə məhrəm olacaqmı?Zahirən bu belədir.Əgər gəlin cinsini dəyişərsə və kişi olarsa o öz xalasına məhrəm olacaqmı?Bütün bunlar məntiqdən uzaq deyil.”


Cinsiyyəti dəyişdirməyi Xamneyi də caiz bilir.“Əcvibətul istiftat” kitabı ikinci cilddə “Cinsiyyəti dəyişmə” fəslində yazır:
Sual: 191: “Bəzi adamların zahirdə kişi olmalarına baxmayaraq, ruhi və psixoloji baxımdan onlar qadın xüsusiyyətlərinə malikdirlər.Onlarda cinsi məsələlərə olan meyllər (homoseksualizm) tamamilə qadınlara uyğun şəkildədir.Əgər onlar öz cinsiyyətlərini dəyişdirməsələr fəsada və günaha düşmə ehtimalları vardır. Onların cərrahiyyə əməliyyatı ilə müalicə etmək caizdirmi?
Cavab: Onların (homoseksualistlərin) cinsi həqiqətlərini aşkar etmək məqsədi ilə yuxarıda qeyd olunan cərrahiyyə əməliyyatının aparılmasının işkalı (problemi) yoxdur, bu şərtlə ki, bu, haram işə səbəb olmasın və öz ardınca fəsad gətirməsin.”
Bunu həmçinin, Muhəmməd Sadiq Ruhani də caiz görmüşdür.

Sual: “Kişinin bir səbəb olmadan öz cinsini qadın cinsinə çevirməsi caizmidir? Yəni,onda heç bir fizioloji qüsur yoxdur.Əgər bu icazəlidirsə,onunla evlənmək olarmı?

Cavab: “Mən bunun qadağan olmasında heç bir səbəb görmürəm.Onunla evlənmək olar.Çünki,ona kimi o artıq qadın olacaqdır.”

http://www.imamrohani.com/fatwa-ar/viewtopic.php?t=1497
İranda bu vəziyyətlə bağlı hazırlanmış bir videonun linki.

http://www.istefta.com/ans.php?stfid=5794HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"&HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"subid=9

2) Şirk baradə.


Xomeyni yazır:
Şübhəsiz ki,şirk ehtiyyacını Allahdan başqasından onun rəbb və ya ilah olduğuna etiqad edərək istəməndir.Allahdan başqasının rəbb və ya ilah olduğuna etiqad etmədən istəməyə gəlincə bu şirk deyildir.Bu baxımdan ölü ilə diri arasında fərq yoxdur.İstər adam torpaqdan və ya daşdan ehtiyyacını tələb etsin,bu şirk deyildir.” (“Kəşful Əsrar” səh 30)
Batil bir əməl olsada daşdan vəya qayadan bir şeylər tələb etmək,istəmək şirk deyildir.Şübhəsiz ki,biz Allahın özlərinə qüdrət verdiyi İmamların və Peyğəmbərlərin müqəddəs ruhlarından mədət diləyirik.” (“Kəşful əsrar” səh 49)
Ayətullah Xameneyiyə sual verirlər:

Sual 325: “Belə bir firqə var ki,onlar Əli (r.a)-yə o Allah deyil,amma Allahdan da aşağı deyil deyirlər.Bu sözü deyənin hökmü nədir?

Cavab: “Onlar Allaha şərik görməsələr müşrik deyillər.”

http://www.wilayah.ir/ar/library/books/ajvibah/ajv23.php

3) Qızının dilinin sorulması.

Bu sözlərə görə bizi üzrlü hesab edin.Biz fəqət, sitat gətiririk.

Şiə mühəddisi Hurr Amili “Vəsailuş şia” (10/102)-da belə bir fəsil ayırmışdır. “Fəsil 35. "Oruclu birinin öz xanımının və ya qızının dilini sorması və ya bunun əksinin kərahiyyət ilə caiz olması və qəsdən edilmədən xanımının və ya qızının tüpürcəyini udmasının orucu pozmaması babı.”


Bu fəsildən olan hədis № 12960. Muhamməd bin əl Həsən isnadı ilə Muhamməd bin Əli bin Məhbubdan, o da Muhamməd bin İsadan, o da İbn Məhbubdan, o da Əbu Vələddən: "Əbu Abdullahdan nəql olunur: "Mən öz kiçik qızımı öpürəm və orucluyam və onun tüpürcəyindən bir şey boğazıma gedərsə?" Dedi: "Bir eybi yoxdur, onun üzərinə bir günah yoxdur."

4) Oruclu vaxtı arxadan cinsi əlaqədə olmaq.


Mühəddis Hurr Amili “Vəsailuş şia” kitabında Əbu Abdullahdan rəvayyət edir: “Əgər kişi qadınına arxadan yaxınlıq etmiş və ikisidə boşalmamışsa,hər ikisinə qüsül almağa ehtiyyac yoxdur.Lakin,əgər kişi boşalmış isə o qüsül almalıdır,qadının alması isə lazım deyil.”

(c.2,səh 200,fəsil 12, № 1922)

Həmçinin, eyni yedə oruclu qadınla arxadan cinsi əlaqə olmaq haqqında soruşduqda imam Əbu Abdullah dedi: ”Qadının orucu pozulmaz,qüsl almasına da ehtiyyac duyulmaz!!!” (“Vəsailuş şia” c.2,səh 200,fəsil 12, № 1933; Tusi “Təhzibil əhkam” c.4,səh 319, № 43)
Xomeyni yazır: Məsələ 11.

Ən məşhur və qüvvətli rəyə görə kişi qadının razılığı olmadan belə onunla arxadan yaxınlıq edə bilər.Lakin,ehtiyyata görə qadının razılığı olmasa bu işi görməsin.” (“Təhrirul vasilə” c.2,səh 216,məsələ 11)





  • Sadiq Ruhaninin iyrənc fətvası.

Bu fətva bəlkə də ən iyrənc fətvalardan biridir.

Sual: “Cinsi əlaqə zamanı qadının kişinin anusuna bir şey daxil etməsinin hökmü nədir?Bu icazəlidir,yoxsa yox?Bu nigahı iptal edirmi və ərin qadından homoseksualizmdə olduğu kimi ayrılmasına səbəb olarmı?

Cavab: “Əgər ər razıdırsa onda bu icazəlidir və bu homoseksualizm deyildir.” httpHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"://HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"wwwHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9".HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"isteftaHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9".HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"comHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"/HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"ansHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9".HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"phpHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"?HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"stfidHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"=5794HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"&HYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"subidHYPERLINK "http://www.istefta.com/ans.php?stfid=5794&subid=9"=9


  • Əbul Qasim əl Xoyinin “oynaq əlləri”

Ayətullah Xoyidən soruşdular:

Sual: “Kişiyə başqa kişinin,qadına da başqa qadının övrətinə zarafat və məsxərə niyyəti ilə paltar üstündən toxunmaq olarmı,bu şərtlə ki, şəhvəti istəklərə gətirməyəcək?

Cavab: “Bu əməl deyilən şərtlə qadağan deyildir.Düzünü Allah bilir.” (“Siratun nəcat” səh 260-261, №784)

7) Alkoqolun kiçik ölçüdə icazə verilməsi.

Sistani yazır: “Bütün ağac və ya digər maddələrdən alınmış alkoqol növləri təmizdir,nəcis deyillər.Buradan aydın olur ki,dərmanlar,parfümeriya və alkoqolu olan qidalar təmizdir və sən onlardan tərəddüd etmədən istifadə edə bilərsən.Həmçinin, az miqdarda (2%) alkoqolu olan içkini içmək və qəbul etmək olar.” (“əl Fiqh lil muqtəribin vafiqu fətava səmahətu Sistani” səh 86-87 №37,İmam Əli fondu,1999,3-cü nəşr)





  • Ayətullah Həsən Əbtaxinin qəribə fətvası

2006-cı ildə Ayətullah seyyid Həsən Əbtaxinin rəsmi idarəsi bir fətva imzaladı ki,bu fətva bütün ərəb dilli internet məkanında skandal və şok yaratdı.Fətva sual-cavab şəklindədir.


Sual №465. “Mən 15 yaşlı qızam.Mənim atam çox dindar adamdır.Mən bayıra çıxanda hicabımı bütövlüklə örtürəm.Amma,mənim atam sinəmdən və ağzımdan məni çoxlu öpür,arxadan qucaqlayır və boynumdan öpür.Mən ondan bunların qadağan olub-olmamasını soruşduqda o dedi ki,bütün bunlar başqa niyyətlə olarsa qadağandır.Mən isə atalıq hisslərimə görə belə edirəm.Beləki,Rəsulullah (s.a.s) qızı Fatimə (r.a)-ni boynundan,sinəsi ortasından,ağzından öpər və dilini sorardı.”

Peyğəmbər (s.a.s) belə zülmü öz qızı ilə edibmi?Yox! Əgər edibsə bu istənilən ataya öz qızı ilə belə etməyə səbəb verirmi?

Mənim atamın etdiyi caizdir,yoxsa qadağandır?Əgər bu qadağandırsa onda niyə Rəsulullah (s.a.s) öz qızı ilə bunu edib? Bu faydalı sayta görə isə təşəkkürlər.
Cavab: “Va aleykum salam və rahmətullahi və bərəkətuh.Sənin atanın əməlləri onun dediyi şərtlərlə icazəlidir və onun niyyəti qəlbindədir.Onun haqqında isə pis fikirləşmə.”
Allaha and olsun ki,çox vaxt keçməmiş öz ayıblarının açıldığını və müzakirə obyekti olduğunu anlayıb,suala cavabı dəyişdilər.Amma,onlar nəzərə almadılar ki,birinci cavab artıq qeyd olunub və yaddaşda saxlanılmışdı.Onların ikinci cavabı da müsəlmana yaraşmayan cavab idi.
Bu sual ilə birgə cavabın üz səhifəsidir.


Vəziyyəti dəyişmək və ondan çıxmaq üçün onlar hətta, İslamdan kənar cavab belə verdilər.Onlar cavabı belə sözlərlə dəyişdilər: “Təqlid etdiyin mərciyə müraciət elə və ondan soruş.”

Yəni,bəlkə onun başqa fətvası oldu? Bəlkə o caiz bildi?



  • Qrup sexsi.

Muhəmməd Sadiq Ruhaniyə saytında sual verdilər.Sualın məzmunu belədir: “Kişi iki qadınla evlidir və hər iki zövcəsi onu çox istəyirlər.Elə alındı ki,onların üçünün bir yerdə sexs aktı oldu.Kişi bu haldan narahatlıq keçirir və soruşur.”

Cavab: “Bu qadağan deyil və sizin etdiyinizdə problem yoxdur.Amma,zövcələrin bir-birinin övrətinə baxması caiz deyil.Əgər bu nəzərə alınarsa problem yoxdur.”

http://www.imamrohani.com/fatwa-ar/viewtopic.php?t=1582HYPERLINK "http://www.imamrohani.com/fatwa-ar/viewtopic.php?t=1582&sid=bc659f20e9a252e51085662ca297a17b"&HYPERLINK "http://www.imamrohani.com/fatwa-ar/viewtopic.php?t=1582&sid=bc659f20e9a252e51085662ca297a17b"sid=bc659f20e9a252e51085662ca297a17b

Şiələrin günümüzdə olan alimlərindən Hufeydə Ayətullah əl Hairi deyir: ”Müxtəlif qadınların və kişilərin qrup halında bir neçə saatlığa eyni məkanda əlaqə qurmalarında heç bir problem yoxdur.” ( “Kitabul Muta”,səh 147)


Siz bunu necə təsəvvür edirsiniz?!!

Bu fəsilə yekun olaraq demək istəyirik ki,belə çirkin fətvaların sayı çoxdur və bunu kitab halında da nəşr etmək mümkündür.Fəqət,biz bununla kifayətlənirik.





  • Mutə nigahı baradə.

Mutə nigahı Əhli Sünnətdə hər zaman və məkanda haram olmasına baxmayaraq şiəlikdə halaldır.Mutə nigahı müvəqqəti nigah deməkdir ki,bu nigah boşanma niyyəti ilə bağlanır.Müddəti isə hədislərinin də ifadə etdiyi kimi bir saatdan bir ay və ya daha çox bir vaxta qədər uzadıla bilər.Nigah müddəti ərzində daimi nigahda olduğu kimi tərəflər münasibətdə olurlar.Bu açıq-aşkar bir zinadır.


Nigah olunan qızın müsəlman,müşrik,xristian,yəhudi,hətta məcusi olması belə fərq etməz.Əbu Abdullahdan rəvayyət olunur: ”Kişinin Məcusi bir qadınla mutə bağlamasında bir qüsur yoxdur.

(“Vəsaliuş şia” c.21,səh 38; “Təhzib” c.7, səh 256)


Başqasının xanımı ilə mutə bağlama:
Əbu Abdullaha dedim ki,mən yollarda gözəl qadınlara rast gəlirəm.Onların yoldaşlarının olub-olmaması və ya ərdə olub-olmamaları baradə özümü tam əmin,rahat hiss edə bilmirəm.Əbu Abdullah dedi: ”Onlar sənin problemin deyil.Sənin işin onları razı etməkdir.” (“Kafi” c.5,səh 462)
Başqa bir rəvayyətdə isə Muhəmməd ibn Rəşiddən nəql olunur ki,Əbu Abdullaha dedim ki,mən bir qadın ilə mutə nigahı bağladım.Daha sonra qəlbimə onun əri olduğu şübhəsi gəldi.Araşdırmağa başladım və məlum oldu ki,əri vardır.Əbu Abdullah cavabında dedi: “Yaxşı,bəs niyə araşdırdın?” (“Təhzib” c.7,səh 253; “Vəsailuş şia” c.21,səh 31)
Bakirə ilə mutə nigahı bağlamaq:
Əbu Abdullahdan nəql olunur: “Bakirə ilə mutə nigahı bağlamaqda bir problem yoxdur.”

(“Kafi” c.5,səh 462)



Həqiqi nigah ilə müvəqqəti nigah arasındakı fərqlər:
1-Daimi nigahda vəlinin olması vacibdir.Mutə nigahında isə bu vacib deyil.Əbu Abdullahdan: ”Dörd qadına sahib olan kişi istədiyi qadınla şahidsiz və vəlisiz evlənə bilər. (“Vəsail” c.21,səh 64)
2-Daimi nigahda şahidlər zəruridir.Mutə nigahında isə şahid istənilməz. (“Vəsail” c.21,səh 64)
3-Həqiqi nigahda məqsəd daimilik və davamlılıqdır.Lakin,mutə nigahında məqsəd zövq almaq,müvəqqəti olaraq faydalanmaqdır.
4-Səhih olan nigah ancaq müsəlman və ya Əhli kitabdan olan bir qızla həyata keçirilir.Lakin,mutə nigahında isə yuxarıda bildirildiyi kimi məcusi bir qızla da caizdir. (“Vəsail” c.21,səh 38)
5-Səhih nigahda qadının iffətini qoruması vacib ikən,mutə nigahında qadının iffətini qoruması vacib deyildir.
6-Səhih olan nigahda insan zövcəsi ilə səfər edə bilərsə,mutə nigahında isə birlikdə səfər etmələri caiz deyildir. (“Vəsail” c.21,səh 77)
7-Həqiqi nigahda talaq yəni,boşanma vardır.Mutə nigahında isə bu yoxdur. ( “Kafi” c.5,səh 451)
8-Səhih olan nigahda boşanma müddəti bilindiyi kimi üç ay və ya üç heyz zamanıdır.Amma,mutə nigahında hədislərdə keçdiyi kimi qırx beş gün,bir ay və ya iki heyz zamanıdır.
9-Bilindiyi kimi evlilikdə miras və vərəsəlik vardır.Amma,mutə nigahında bunların heç birisi yoxdur. (“Vəsail” c.21,səh 79)
10-Həqiqi nigahda dörd qadından artığı caiz deyildir.Lakin,mutə nigahında isə min qadınla da evlənmək caizdir. Zurara rəvayyət edir ki, o imam Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsailuş şia”, c. 14,səh 446-447)

Həmçinin oxşar rəvayyət (“Kafi” c.5,səh 452)


11-Həqiqi nigahda evli bir qadınla evlənmək caiz deyildir.Lakin,mutə nigahında evli qadınla evlənmək caiz olub,araşdırmaya belə lüzum yoxdur.
12-Həqiqi nigahda zinakar ilə evlənmək caiz deyildir.Çünki,Allah buyurur: ”Zina edən qadınla da ancaq zina edən kişi və ya müşrik evlənə bilər.Bu möminlərə haramdır.Lakin,mutə nigahında zinakar biri ilə nigah bağlamaqda heç bir problem yoxdur. (“Vəsailuş şia”, c.14,səh 446-447)
13-Həqiqi nigahda insanları çağırmaq və bildirmək vardır.Amma,mutə nigahında belə şey tələb olunmaz. (“Vəsailuş şia”, c.21,səh 65)

Ayətullah əl Hakimin rəsmi saytından:

Fahişə olan qadınla mutə nigahı bağlamaq olar amma,o bir qayda olaraq bunu dini bir vacibat olaraq görmür.Ona görə də sən əmin olmalısan ki,o bunu əri qarşısında olan bütün öhdəlikləri ilə bərabər qəbul edir.O qadın da başa düşməlidir ki,ona verilən məbləğ zina haqqı deyildir.”


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin