Şiəliyin gizli tərəfləri Ön söz


Biz soruşduq: “Bizim sahibimiz kimdir?”



Yüklə 1,08 Mb.
səhifə36/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   32   33   34   35   36   37   38   39   ...   70
Biz soruşduq: “Bizim sahibimiz kimdir?”

İmam dedi: “Bu Əli ibn Əbu Talibdir” (“Biharul Ənvar” 27/33)
Onlar 11-ci imama bu sözləri isnad etmişlər. Abbas Qummi, “Əndişeye-hadi” nəşriyatı tərəfindən, Azərbaycan dilində 2004 ildə çap olunmuş, “Sahibazzaman” kitabının 14-cü səhifəsində yazır ki, imam deyib: “Biz peyğəmbərlərin canişinləri (ana) qarında deyil böyründə olarıq. Ananın bətnindən yox, budundan dünyaya gəlirik.”
Guya möminlərin əmiri Əli ibn Əbu Talib (r.a) demişdir: “Mən Allahın gözü,onun əli,ona yaxın olan və qapısıyam.” (“Kafi” c.1, səh 235,№ 357)
Şübbar isə imamları yarı ilahlıq səviyyəsinə qaldıraraq deyir: “.....Sizin sözlər Allahın sözündən kiçik,bütün məxluqatın sözlərindən isə əfzəldir.” (“Şərhul ziyarətul camiə” səh 158)
Qısa nəticə çıxardaq: Şiələrə görə 12 imam Allah tərəfindən təyin olunur, onlar bütünlüklə günah və səhvlərdən uzaqdırlar.Onlar şəriəti istədikləri vaxt dəyişə bilərlər.Onlar Muhəmməd (s.a.s)-dən başqa bütün peyğəmbərlərdən üstündürlər.Onlar bütünlüklə keçmişdə olmuş,gələcəkdə olanları bilir və yalnız öz istəkləri ilə ölürlər...Bu siyahını çox uzatmaq olar.Lakin,biz bununla kifayətlənirik.


j) İmamların xüsusiyyətləri baradə həddi aşmaları.
Şiələrə görə imamların xüsusiyyətləri və sifətlərini bilmək üçün onların mötəbər kitablarında mövcud olan fəsil başlıqlarını qeyd etmək kifayətdir.Bu fəsil adlarını oxuyan hər kəs Allahın izni ilə onların imamları ilahlıq dərəcəsinə qədər qaldırdığının şahidi olacaqdır.


1 – “Siqətul İslam” ləqəbi ilə tanınan Muhəmməd ibn Yəqub əl Kuleyninin “əl Kafi” əsəri
Ayətullah Əbdulhüseyn Musəvi “Muraciət” kitabında yazır: “Sünnə və rəvayyətləri özündə əhatə edən ən mötəbər mənbə “Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imami şiələrin üsulid-din və firuid-dində dəlil və mənbələri sayılır. “Kütubi-ərbəə” mərhum Kuleyninin “Kafi”, Şeyx Tusinin “Təhzib” və “İstibsar”, mərhum Səduqun “Mən la yəhzuruhul-fəqih” kitablarından ibarətdir. Bu kitabların mötəbərliyində heç bir şəkk-şübhə yoxdur. Onların içərisində “Kafi” o birilərindən daha qədim və əzəmətlidir.Orada altı sünni hədis kitablarından daha çox olan 16199 hədis vardır.” (Məktub 110)

“Usuli Kafi”nin fəsilləri (c.1,Beyrut)


İmamlar Allahın əmrləri və elminin xəzinadarlarıdır”fəsli

İmamlar Allahın yer üzərindəki xəlifələri,özündən gələn qapılarıdır” fəsli

İmamlar Allahın nurudur” fəsli

Allahın kitabında zikr edilən ayələrin imamlar olması” fəsli

Allah və Rəsulunun kainatdan fərz qıldlğı şeylərin imamlarla bərabər olması” fəsli

Elmdə dərinlik sahibi olanlar imamlardır” fəsli

Allahın qulları içərisindən seçdiyi və kitabına varis etdiyi kimsələrin imamlar olması” fəsli

İmamlar bilmək istədikləri zaman bilərlər” fəsli

İmamların nə zaman öləcəklərini bilməsi və yalnız öz istəkləri ilə ölə biləcəkləri” fəsli

İmamlar keçmişdə olanları,gələcəkdə olacaqları bilir və heç bir şey onlardan gizli qalmaz” fəsli

Allah Peyğəmbərinə öyrətdiyi bir elmi möminlərin əmirinə də öyrədilməsini əmr etməsi və elmdə onun şəriki olması” fəsli

İmamlar üzərləri örtülsə belə hər kəsin lehinə və əleyhinə olanları bildirirlər” fəsli

Din ilə bağlı məsələlərdə Rəsulullah (s.a.s)-a və imamlara üz tutulması”fəsli

Quranın imama hidayət etməsi”fəsli

Allahın Quranda zikr etdiyi nemətin imamlar olması”fəsli

Əməllərin Peyğəmbər (s.a.s)-ə və imamlara ərz edilməsi”fəsli

İmamlar elmin mənbəyi,Peyğəmbərlik ağacı,mələklərin gediş-gəliş məkanı olması”fəsli

İmamlar elmin mənbəyidir və elmi bir-birilərinə miras buraxarlar”fəsli

İmamların Peyğəmbər (s.a.s)-in,bütün əvvəlki peyğəmbərlərin və öncəki vəsilərin elminə miras olmaları”fəsli

İmamların yanında Allah tərəfindən nazil olan bütün kitabların olması və dillərinin fərqli olmasına baxmayaraq onları bilməsi”fəsli

İmamlar Davud və Davud ailəsinin hökmü ilə hökm edərlər.Dəlil istəməz və soruşmazlar.” fəsli

Quranı tam olaraq yalnız imamların bir araya cəm etməsi və Quranı tamamən bilmələri”fəsli

İmamların cümə gecəsində daha çox istəmələri”fəsli

İmamların mələklərə,peyğəmbərlərə və elçilərə çatan bütün elmlərə sahib olmaları”fəsli

İmamlarda bütün kitablar vardır və onları dilləri müxtəlif olsa da oxuyub anlaya bilirlər.” fəsli

Möminlərin bütün əməllərini imamlar və Peyğəmbər (s.a.s) tərəzidə çəkəcəklər” fəsli

İmamlar peyğəmbərlərdən daha alimdirlər” fəsli. Bu fəsildə 30 rəvayyət nəql olunur.


2 - Müctəhidlərin sonuncusu mühəddis Əllamə Muhəmməd Baqir Məclisinin “Biharul Ənvar” kitabının 23-27 cildlərində İmamətlə bağlı bablar:
Allah Təalanın qulların əməllərinə baxması məqsədi ilə imam üçün bir sütün yaratması”fəsli

Öz şiələrinin hallarından və imamların ehtiyyac duyduqları elmlərdən heç bir şeyin gizli qalmaması,başlarına gələcək bəlaları bilmələri,bunlara səbr etmələri,bu bəlaların dəf olunması üçün Allaha dua etsələr,dualarının qəbul olunacağı,qəlblərdə olanı, ölümlər,doğumlar və bəlalarla bağlı elmləri bilmələri”fəsli

Mələklərin və Peyğəmbərlərin bütün elmlərinə sahib olmaları,Allahın Peyğəmbərlərə bəxş etdiklərinin onlara da bəxş edildiyi,hər bir imamın özündən əvvəlki imama bütün elmi bildirdiyi və yer üzünün alimsiz qalmayacağı”fəsli

Peyğəmbərlərin kitablarının imamlar yanında olması və bu kitabların dilinin fərqli olmasına baxmayaraq onları bilmələri”fəsli

İmamların dilləri və lüğətləri bilmələri və bunlarla danışa bilmələri”fəsli

İmamların nə vaxt öləcəklərini bilmələri və bunu ancaq öz istəkləri ilə qəbul edəcəkləri”fəsli

Ölümdən sonrakı halları,ətlərinin yerə haram olması və göyə yüksəlməsi”fəsli

Öldükdən sonra da görüldükləri və özlərindən qəribə hallar izhar etdikləri”fəsli

Adlarının ərş,kürsü,lövhi məhfuz,mələklərin alınları,Cənnətin qapısı və digər yerlərdə yazılması”fəsli

Cinlərin imamlara görünməsi,xidmət etmələri və dinlərini onlardan öyrənmələri”fəsli

Ölüləri diriltməyə,əbras xəstələrini,korları sağaltmağa,peyğəmbərlərin bütün möcüzələrini etməyə qadir olmaları”fəsli

Buludların imamların əmrinə verildiyi və səbəblərin asanlaşdırıldığı”fəsli

Peyğəmbərlərdən və bütün məxluqatdan üstün olmaları,onlardan,mələklərdən və digər məxluqatdan miras aldıqları və ulul - əzm peyğəmbərlərin pmamları sevməklə ulul - əzm peyğəmbərlər olmaları” fəsli (bu fəsildə 88 rəvayyət zikr etmişdir)

Peyğəmbərlərin dualarının imamlara təvəssül edərək və şəfaətləri istənildiyi halda qəbul edilməsi” fəsli

Mələklərin onlara gəlmələri,döşəklərinə basmaları və imamlar tərəfindən görüldükləri”fəsli

Göy üzünün,yerin,cənnət və cəhənnəmin elminin onlardan gizli olmaması,göylərin və yerin mələklərinin onlara ərz edilməsi,keçmişdə olanları və qiyamətədək olanları bilmələri” fəsli

İmamların insanlara imanın və nifaqın əlamətlərini öyrətmələri,içərisində cənnət əhlinin,öz şiələrinin və düşmənlərinin adlarının olduğu bir kitabın yanlarında olması”fəsli

İmamlara məhəbbət duyan heyvanlar,quşların qanadlarına onların üstünlüklərinin yazılması,heyvanların və quşların dillərini bilmələri”fəsli

Cansız varlıqların və bitkilərin imamların vilayətini iqrar etmələri”fəsli

İmamlar ölümlərindən sonra dünyaya yenidən qayıdacaqlar” fəsli



3 - Əbu Cəfər Muhəmməd ibn Həsənin (Səffar) “Bəsairul dərəcat” kitabında olan fəsillər.
Əməllərin Rəsulullah (s.a.s) və imamlara ərz edilməsi” fəsli

Əməllərin ölü və diri olan imama ərz edilməsi” fəsli

İmamlar üçün tikilmiş sütunda əməllərin özlərinə ərz edilməsi və analarının bətnində ikən imamlara nələr edildiyi” fəsli

İmamın şərq və qərbi nur ilə görməsi” fəsli

İmamların yer üzündə azalan və artan haqq və batili bilmələri” fəsli

İmamların ölüm,bəla,ərəb nəsilləri və s.elmləri bilmələri” fəsli

İmamların ölüləri diriltmələri,korları və s.xəstələri Allahın izni ilə sağaltmaları” fəsli

İmamın özünün yarandığı palçığın öz şiələrinin üzündə və adlarında olması səbəbi ilə öz şiələrini və düşmənlərini ayırd edə bilməsi” fəsli

Əmirəlmömininin buluda minərək səmaya və kainata yüksəlməsi”fəsli

Allahın Taif və digər yerlərdə əmirəl möminin ilə danışması” fəsli

İmamların göydə,yerdə,cənnət və cəhənnəmdə olanları,keçmişdə olanları və qiyamətədək olacaqları bilməsi” fəsli

İmamların heyvanların danışığını bilməsi,heyvanların onları tanıması və onları çağırdıqda yanlarına gəlməsi” fəsli



k) Şiəliyin məşhədləri və imamların qəbrini ziyarət etmə haqqındakı həddi aşmaları.
1 - Əbul Qasim Cəfər ibn Muhəmməd ibn Kəvləviyə aid olan “Kamiluz Ziyarət” (“Darus Surur”nəşr.Beyrut,1997 il) adlı kitab.
Qumda bu kitabın təhqiqini aparan “Muəssisətu Nəşril fəqaha” nəşriyyat evi (səh 1) əsər haqqında bunları yazır: “Əshabımız (şiələr) arasında bu əsər tanınmış və məşhur əsərdir. Etimad edilən ən mötəbər qaynaqlardandır.”Təhzib”-də şeyx Hurr Amili kimi mühəddislər bu əsərdən istifadə etmişlər.Hədis,ziyarət və digər mövzularda yazan müəlliflər bu əsərdən istifadə etmişlər.Bu əsər ziyarətlərlə bağlı məsələləri və bunun fəziləti ilə bağlı imamlardan varid rəvayyətləri özündə əks etdirir.”
Müəllif özü kitabı haqqında bunları əsərinin müqəddiməsində (səh 37) yazır: ”Əzm etdim.Bunu düşünməklə məşğul oldum.Allahdan imamların hədislərini təhric,bir araya gətirə bilməm üçün yardım istədim….Əshabımızdan siqa olanlar cəhətindən bizə vaqif olanları bir araya gətirdik. Şaz ricaldan rəvayyət olunan heç bir hədisi bu kitaba salmadım.Kitabın adını “Kamiluz Ziyarət” qoydum.”
Kitabda olan bablar (fəsillər)

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin