İmam dedi: “Vay olsun sənə! Həqiqətən mən hər şeyi,hətta qadın bətnində olanı da bilirəm.” (“Biharul Ənvar” 26/27)
“Miratul Ənvar mişkətul əsrar fi təfsirul Quran” adlı məşhur əsərində Seyyid Əbul Həsən əl Amili yazır: “Əli (r.a) dedi: “Mən yer üzündə yaşayan Rəbb və imamam.” (səh 59)
Təfsir alimi Əyyaşi “Safi” təfsirində (c.2,səh 353) Kəhf 110 ayəsinin təfsirində buna bənzər rəvayyət nəql etmişdir.
Halbuki,Allah Təala buyurur: “Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Loğman 34)
Kuleyni kitabının bir neçə fəslini bu ayənin inkarına həsr edib.
O,kitabında “İmamların nə zaman öləcəklərini bilməsi və yalnız öz istəkləri ilə öləcəyi” və “İmamlar keçmişdə olanları və gələcəkdə olacaqları bilir və heç bir şey onlardan gizli qalmaz” kimi fəsillər tərtib etmişdir. Quran ayələrini və bu fəsilləri oxuduqda,bizə yalnız ayələri inkar edib,kafir olmaq,yada bu fəsilləri çirkin bidət hesab edib,müsəlman olmaq qalır!
Cəfər Sadiq guya deyib: “Allaha and olsun ki,mən Quranı başdan sona qədər bilirəm.Göylərin və yerlərin elmi,olmuş və olacaq hadisələr hamısı mənim yanımdadır.” (“Şərhul ziyarətul camiə” səh 29)
Kuleyni Cəfər Sadiqdən rəvayyət edir: “Mən göylərdə və yerdə nə olanları bilirəm. Cənnət də olanları bilirəm. Cəhənnəmdə olanları bilirəm. Bu günə qədər olub keçənləri və olacaqlarıda.” (“Kafi” c.1,səh 431, hədis № 2 (674)
Kuleyni imam Cəfərdən rəvayyət edir: ".... Musa və Xızırın yanında olsaydım, onlara deyərdim ki, mən onların hər ikisindən çox bilirəm və onlara bildiklərini xəbər verərdim; Çünki,Musa və Xızıra keçmiş şeyləri bilmək bacarığı verilib, onlara gələcəkdə olacaq və Qiyamət gününədək olan hadisələri bilmək bacarığı verilməyib"(“Kafi” c.1, səh 431, hədis № 1 (673)
Allahu Əkbər! Bundan da böyük bidət ola bilərmi?!! Uca Allah Quranda buyurur: “De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm". (Əraf 181)
Allah həmçinin buyurur: “De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər” (Nəml 65)
Uca Allah buyurur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam 59)
Həmçinin: “De: "Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram". De: "Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?" (Ənam 50)
Allah özünün hər şeyi və qeybi bildiyini,peyğəmbər (s.a.s) isə qeybi bilmədiyini buyurur! Şiələr iddia edir ki,imamlar hər şeyi bilir və onlara bunu peyğəmbər (s.a.s) öyrətmişdir!
“Kafi”də Əbu Abdullah deyir: ”Əgər imam bir şeyi öyrənmək istəsə Allah bunu ona mütləq öyrədər” (“Kafi” 1/258)
“Kafi”də bir hədisdə “İmam Rza deyir: ”Biz yer üzündə Allahın əmin qıldığı şəxslərik.Bəlaları və müsibətləri bilmək elmi,ərəblərin bütün nəsil və nəsəbləri,İslamın zühuru bizim əlimizdədir. Biz adamı görən kimi onun mömin və ya münafiq olduğunu təyin edə bilirik. Bizim şiələrimizin və onların ata-babalarının adları əvvəlcədən yazılıb, Allah bizimlə və onlarla əhd-peyman bağlayıb" (“Kafi” "Kitab əl-Huccə" fəsli 1/223)
Seyyid Şübbar imam Rzadan rəvayyət edir: “Biz adama baxdıqda onun münafiq,yoxsa mömin olduğunu bilirik.” (“Şərhul ziyarətul camiə” səh 26)
Bütün deyilənlərə əsasən şiələrə görə imamlar peyğəmbər (s.a.s)-dən daha çox biliklidir! Axı Uca Allah buyurur: “Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.” (Tövbə 101)
Peyğəmbər (s.a.s) münafiqləri tanımırdı! Axı qəlblərdə olanı Allahdan başqa heç kəs bilməz! Şiə imamı isə adama baxdıqda onun qəlbinin sirrlərini bilir.
i) Şiələrə hədislərinə görə Əli insanları cənnət və cəhənnəmə göndərəndir.
Ayətullah Dəstaqeyb Şirazi Əli (r.a)-nin adından rəvayyət edir: “Əli ibn Əbu Talib demişdir: “Ey Haris! Hər ölən adam məni görür.Sən həmçinin məni Sirat körpüsünün başında görəcəksən.Mən orada Cənnət və Cəhənnəmi insanlar arasında bölmək üçün olacam.Mən pisləri Cəhənnəmə,yaxşıları isə Cənnətə göndərəcəm.” (“Quranın mənəvi dəyəri” fəsli “Əlinin dəfni” səh 257;İngilis dilində)
Allahu Əkbər! Halbuki,Allah Təala buyurur: “Rəbbi onlara belə cavab verdi: "Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır".” (Ali İmran 195)
Yenə buyurur: “Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o, doğru yoldan azmışdır" (Maidə 12)
Hər kəs ölüm ayağında olarkən, Əlini görəcək sözlərinə gəlincə, Ayətullah Dəstaqeyb buna belə izah gətirir: “Əli eyni anda min ayrı yerdə göründü.Onun ruhu təkdir.Lakin,bu ruh ilahi təcəllidir.Allamə Məclisinin dediyinə görə mümkündür ki,istənilən an minlərlə insan ölüm anındadır.Əli onların ölüm anlarında iştirak edə bilər.”
Sonra yazır: “Əli hər şeydir və O bütün dünyanı əhatə edə bilər.” (“Quranın mənəvi dəyəri” fəsil “Hər zaman minlərlə insanın yanında olması” səh 256)
Maraqlıdır ki,görəsən bu alim “Əli bir ilahdır” sözünü daha açıq şəkildə söyləyə bilərdimi?
Şiələrin "Ələl əş-şəriə" kitabında yazılır:” Qiyamət günü Allah sağ tərəfdəki qullarına deyəcək:
Dostları ilə paylaş: |