Şiəliyin gizli tərəfləri Ön söz


Allahından kömək istə, müvəffəqiyyət qazanmağın üçün Ona üz tut və



Yüklə 1,08 Mb.
səhifə31/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   27   28   29   30   31   32   33   34   ...   70
...Allahından kömək istə, müvəffəqiyyət qazanmağın üçün Ona üz tut və səni şəkk-şübhəyə salan və ya zəlalət və azğınlığa aparan bütün pis işləri tərk et...

Buna görə də işlərdən hansısa sənə çətin gələndə, onu sənin ondan xəbərsizliyin və nadanlığın hesab et. Çünki, sən yaradılışının əvvəlində nadan idin, sonra bilik sahibi oldun. Sənin bilmədiyin, düşüncənin barəsində sərgərdan qaldığı, görmənin azdığı və sonra görüb dərk etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan olsun...

Səninlə Özü arasında Onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib. Pis iş görəndə tövbə etməyinə mane olmayıb,) cəza verməyə tələsməyib. Rüsvay edilməyə layiq olduğun yerdə rüsvay etməyib səni. Tövbənin qəbul edilməsində səni əziyyətə salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid etməyib. Hətta, sənin özünü günahdan saxlamağını yaxşı iş kimi dəyərləndirib. Sənin günah və pis işini bir günah, yaxşı və gözəl işini isə on bərabər hesab edib....

...etdiyin günah zamanı haqlayaraq səninlə fikrin arasında ayrılıq salmasından qorx və çəkin. Həmin vəziyyətdə sən özünü məhv etmisən....Tamah və hərislik dəvələrinin səni sürətlə həlak suyunun başına aparmasından çəkin...Arzulara güvənmək və dalmaqdan çəkin.”
Allah xətrinə! Bütün günah və səhvlərdən uzaq olan insan belə dua edərmi?!
İmam Zeynəlabiddin buyurur: “Ey Rəbbim! Öz ibadətlərimi sayarkən,onları bir heç görürəm.Öz günahlarımı etiraf edərkən onları hədsiz sayda görürəm.Sən heç bir quluna,hətta ən günahkar qulundan belə üz döndərməzsən.Elə isə məni bağışla Ey Rəbbim!....İblis mənə sənə üz tutduğum anda,kiçik və böyük günahlardan qaçınarkən yetişdi ki,bunlar məni məhv edə bilərdilər.Mən günah edəndə və sənin qəzəbini qazananda isə şeytan məni tərk etdi. (müxtəsərlə) (“Səhifə səccadiyyə” dua № 32)

Çox qəribədir ki, www.alshia saytında haşiyədə yazılıb.”Bu duanı imam gecə namazlarından sonra deyərdi və günahlarını etiraf edərdi.”


O,həmçinin duasında deyir: “Ey Rəbbim! Günahlarımın ağırlığını üzərimdən götürməni səndən diləyirəm.Bu ayaq üstə dayanmağa qoymayan yükü daşımada mənə yardım et!.... Muhəmməd və onun əhlinə salam göndər və özümə zülm etdiyimə görə məni bağışla!... Muhəmməd və onun əhlinə salam göndər və məni günahları bağışlananların öncüsü et!.... “(“Səhifə səccadiyyə” dua №39)
İmam duasında: “....Məni öz əməllərimə görə məhv etmə,mənim əməllərimə irad tutub,mənim gizli sirrlərimi faş etmə.Gizli olanları üzə çıxartma və mənim əməllərimi ədalətlə mühakimə etmə.İnsanlardan ən yaxşı olanlarına mənim qəlbimi açma və onlardan mənim utanacaq işlərimi gizlət.Onlara məni rüsvay edəcək gizli əməllərimi açma....” (“Səhifə səccadiyyə” dua №41)

http://www.al-shia.com/html/ru/lib/dua/sahife/m41.htm


O,deyir: “Bu dəqiqə sənin önündə günahların əlində oyuncaq olaraq günah və zəlalətlərə getməyə müsaid olan dayanıb.İblis ona hücum etdi və qalib gəldi.Onda o sadəlövcəsinə ona əmr etdiyini etmədi və təkəbürcəsinə ona yasaq etdiyini edirdi....” (“Səhifə səccadiyyə” dua №31)
İmam həmçinin, duasında deyir: “Ya Rəbb! Sənin qulun duaları dilində,gözü aşağı dikilərək, önündə dayanmışdır.O,zəlilcəsinə başını əymiş və Sənin daha yaxşı bildiyin qəlbinin gizli sirrlərini sənə etiraf etmişdir.O,dinməzcə Sənin daha yaxşı bildiyin günahlarını sadalayır. O,Sənin əmrlərini pozmaqdan və özünün pis addımlarından danışır ki,bunlara görə Sən onu alçaltdın,o günahlara görə ki,onların dadı tez keçir və acılı aqibəti isə keçmək bilmir.” (“Səhifə səccadiyyə” dua №31)
İmam deyir: “ Ey Rəbbim! Bu dayandığım yerdə mən kiçik və böyük günahlarımdan,gizli və aşkar zülmlərimdən,keçmiş və indiki günahlarımdan tövbə edirəm. Mən önündə hətta bundan sonra Sənə günahları haqqında danışmayacaq və öncəki günahları ağlından belə keçirməyəcək bir adam kimi dayanmışam.” (“Səhifə səccadiyyə” dua №31)
O,duasında deyir: “Ey Rəbbim! Səndən öz cahilliyimə görə əhv və mənim günahlarımı bağışlamanı diləyirəm! ....Ey Rəbbim! Önündə dayanarkən mən qəlbimin hər günah meyllərindən, günah baxışdan, günah sözdən ki,ağzımdan çıxıb və sənin rızana tərs gəlir,istiğfar diləyirəm.Qoy mənim əzalarım salamat və Sənin dəhşətli əzabından amanda olsunlar,o əzabından ki,fasiqlər və zalimlər qorxu içində olacaqlar.” (“Səhifə səccadiyyə” dua №31)
SubhənAllah! Şiələrin bizim kitablarda Əbu Bəkr və Ömərin belə sözlər dediyini oxuduqda nə hal alacaqlarını təsəvvür edirəm! Onlar bu səhabələrin fasiq,zalım və cahil olduqlarını deməyə tələsərdilər!

Yuxarıdakı sitatlardan bu nəticə çıxır:



  1. İmamlar (Allah onlardan razı olsun) səhv və günah edə biləcək digər adi insanlar kimi idilər.

  2. İmamlar (Allah onlardan razı olsun) səhv vəya günah edə bilməzdilər və onlar yalandan öz günah,zülm və cahilliklərini etiraf etmişlər.


c) Şiəliyə görə imamların yaradılış keyfiyyəti.
Xomeyni “Zubdətul Ərbainə hadisən”adlı kitabında yazır: “Ağah ol ki,ismət evinin əhalisi (imamlar) aləmlərin yaradılmasından öncə qeybi məkanda Peyğəmbər (s.a.s)-ə şərikdirlər....Hədisi şəriflərdə bunlar varid olmuşdur: “Ey Muhəmməd! Allah Təala vəhdaniyyəti ilə tək idi.Sonra Muhəmmədi,Fatimə və Əlini yaratdı.Min il boyu gözlədilər.Daha sonra Xaliq bütün əşya və məxluqu yaratdı.Onları da bunların xəlq olunmasına şahid tutdu.Onlara itaəti məxluqatın üzərində vacib etdi.Məxluqun işlərini onlara həvalə etdi.Onlar istədiklərini halal vəya haram edə bilərlər.Allahın iradəsinin xaricində bir şey istəyə bilməzlər....

Onlar haqqında mötəbər kitablarda varid olanlar ağılları heyrətə salır.Belə ki,özlərindən başqa heç kəs onların həqiqət və sirrlərinə vaqif olmamışdır.Allahın salamı və bərəkəti onların üzərinə olsun.” (“Zubdətul Ərbainə hadisən” səh 232; Beyrut)
Xomeyninin nəzərdə tutduğu mötəbər kitabda bunlar yazılıbdır.O,məhz buna əsaslanır.
“Kafi”də İmam Rzadan gələn uzun bir hədisdə deyilir: ”Ümmətdən heç kim “İmamətin dəyərini,ölçüsünü və yerini bilə bilərmi?Şübhəsiz ki,İmamət ölçü olaraq ən münasib,şərəf olaraq ən uca,yer baxımından ən uca,insanların ona ağılları ilə,fikirləri ilə nail olma,ya da öz istəkləri ilə İmam təyin etmədə ən uzaq olanıdır.... İmam günahlardan təmizlənmiş,qüsur və nöqsanlıqlardan uzaqdır.Elm ona məxsusdur.O,dinin nizamı,müsəlmanların izzətidir.Münafiqlərin qəzəbi və kafirlərin həlakıdır.İmam dövrünün adamıdır.Heç kim ona yaxınlaşa bilməz,heç bir alim ona bərabər ola bilməz.Onun yerini heç bir şey tuta bilməz.Onu dərk etmək üçün sayıla biləcək heç bir misal yoxdur.Heç bir şey onun kimi deyildir,bənzəri yoxdur.Bütün bu fəzilətlər istənilmədən ona verilmişdir... İmamın bir şeyini dərk etməyə görə ağıllar azar,yaxşı münasibətlər ortadan itər,ağıllar heyrət edər,gözlər pərişan olar,həkimlər heyrət içində qalar,aqil adamlar cahilləşir,şairlər hikməti itirərdi.Buna görə insan öz acizliyini və qüsurunu qəbul edər.Bunlar sadəcə bir İmama aiddir.Bəs bütün İmamlar necə vəsf olunub,tanınır və ya onun hər hansı bir işi necə başa düşülür? Onun məqamında və dərəcəsində kim ola bilər?İmam alimdir,cahillik etməz.Nəzəri itidir,etdiyindən geri çəkilməz.Müqəddəs və təmiz bir mədəndir.O,günahsız olaraq dəstəklənir.Müvəffəq olunmuş,səhvlərdən və günahlardan əmin qılınıb.Bütün bunlar Allah qullarının üzərinə hüccət və məxluqatı üzərinə şahid olması üçün ona məxsus edilmişdir.” (“Kafi” 1/199)
Rza Müzəffər yazır: “İmamın göstərişi Allahın,onu qadağası isə Allahın qadağasıdır.Onlara itaət Allaha,onlara asilik isə Allaha asilikdir.” (“Əqidətul İmamiyyə”səh 65)
Şiə təqlid mərcii olan Mirzə Həsən əl Hairiyə belə bir sual verdilər.

Sual: “İmam Əli Musa (ə)-dən daha fəzilətli olduğuna görə imamın “Mən Musanın əsasıyam” sözünün mənası nədir? İmam Əli “məndən daha böyük ayət nədir?” deyərkən bu Musa üçün bir möcüzə ola bilərmi? Ətraflı izah etmənizi xahiş edirəm.Təşəkkür edirəm.”


Cavab: “Bu mübarək kəlmənin iki təfsiri və iki mənası vardır.

a) Əleyhissəlam özünü Rəsulullah (s.a.s)-a nisbətdə Musanın əsası mərtəbəsində gördüyünü nəzərdə tutur.Özünün elmi,möcüzələri və kəramətləri ilə qardaşının peyğəmbərliyini isbat edən ən böyük ayət,ən böyük möcüzə olduğunu demək istəyir.

b) Musa (ə)-nın əsası üzərində söz sahibidir.Onun vilayətinin təsiri olmasaydı Musanın əsası ilana dönməzdi.Böyük nüfuzu və əzmli vilayəti ilə bütün peyğəmbərlərin möcüzələrinin, kəramətlərinin təsirli olması üçün onlara yardım edən odur.O,ayəti-kübra və nəbəyyi əzimdir.” (“Din beynəs sail vəl mucib” 2/72; Kuveyt)
Həmin kitabda (2/219)-da Hairiyə belə bir sual verirlər:
Sual: “Namazda Məsum imamın türbəsinin önündə durmaq olarmı? Yəni,hərəmin içində namaz qılarkən,türbə onun arxasında qalır.Məsum imamların övladlarından şəhid olan və salehlərin hökmü nədir? Müqəddəs türbə önündə namaz qılmağın hökmü nədir?”

Cavab: “Namazda məsumun türbəsinin önündə durmaq cazi deyil.İmamın türbəsinin önündə qılınan namaz imamiyyə alimlərinin ittifaqı ilə batildir.Çünki,vəfatlarından sonrakı hökm,həyatda olduqları hökmlə eynidir.Misal üçün, Əbulfəzl Abbasın türbəsinin önündə namaz qılmaq,onun ehtiramına və məqamına qarşı ədəbsizlikdir.Namaz məsumun pak qəbrinin önündən başqa digər yerdə qılınsa heç bir eybi yoxdur…”


Eyni kitabda (2/181) Mirzə Həsən əl Hairidən soruşurlar:

Sual: “Xətiblərdən Rəsulullah (s.a.s)-in nuru olduğunu eşidirik.Bu nur günəşin və ayın nurunu üstələyir.Bu nurun keyfiyyətini açıqlayın zəhmət olmasa.”

Cavab: “Allahın adı ilə! Bunu bil ki,Allah Təala şiə və sünnilərin ittifaq etdiyi kimi Peyğəmbər (s.a.s)-in nurunu öz əzəmətinin nurundan yaratmışdır.Yəni,Allah ilk xəlq etmək istədikdə müqəddəs,şərəfli bir nur yaratmış və onu özünə nisbət etmişdir.Bu nurdan daha sonra Muhəmməd (s.a.s)-i yaratdı.İşıqdan çıxan işıq,oddan çıxan qığılcım kimi bu nurdan möminlərin əmiri Əlini yaratdı…Digər məsumlar yəni,Fatimə Zəhra və onun pak övladları da Əlinin nurundan yaradılmışdılar….Daha sonra bu nurun işıntılarından digər peyğəmbərlər,mələklər və digər məxluqatı xəlq etmişdi.”
Ayətullah Cəvad Təbriziyə belə bir sual verdilər:

Sual: “Peyğəmbər və Əhli beytin ruhları və bədənlərinin aləmlərin yaradılmasından öncə mövcud olması və Adəmin yaradılmasından öncə var olması baradə fikriniz nədir? Çünki,Allah Təala onların surətlərini ərşin çevrəsində qoymuşdu.Buna cavabınız nədir?”

Cavab: “Onlar (məsumlar) nurani varlıqları ilə Adəmin yaradılmasından öncə mövcud idilər.Maddi varlıqları isə bilindiyi kimi Adəmin yaradılmasından sonra olmuşdur.”(“Sıratun nəcat” 3/438-439,Kuveyt)
Yenə ona belə bir sual vermişlər:

Sual: “Xanım Zəhranın eyni anda əti,qanı və bədəni ilə qadınların müxtəlif məclislərində olmasına inanmaq caizdir?

Cavab: “Eyni anda müxtəlif məkanlarda nurani surəti ilə olmasına heç bir maneə yoxdur. Çünki,nurani surət zaman və məkan xaricindədir.Bədən olaraq da zaman və məkana ehtiyyac hiss etməz.Daha doğrusunu Allah bilir.”
Müasir alim Əbdulhüseyn əl Əmini ən Nəcəfi deyir: “İmamlar İmam Əlinin sülbündən olan Allahın övladlarıdır.”(“əl Ğadir” səh 214,216)

d) Muhəmməd (s.a.s)-ə verilmiş bütün dərəcə və fəzilətlər imamlara da verilmişdir.
“Kafi”də bir hədisdə “Bir adam Əbu Cəfərə dedi: ”Ey Rəsullahın oğlu! Peyğəmbər (s.a.s) daha elmlidir,yoxsa möminlərin əmiri Əli?

İmam Əbu Cəfər dedi: ”Bu adamın nə dediyini eşidirsiniz?Allah istədiyi kimsənin qulaqlarını açar.Mən onunla danışdım.Şübhəsiz ki,Allah Peyğəmbərlərin elmlərini Muhəmməd (s.a.s)-də toplamışdır.Eyni zamanda bütün bu elmləri möminlərin əmirində də toplamışdır.Bu adam da gəlib,onun yoxsa Peyğəmbərlərin daha elmli olduğunu soruşur.” (“Kafi” 1/223)
Mühəddis Şeyx Səduq “Fədailuş şia” kitabında “Əlinin mərtəbəsi Peyğəmbər (s.a.s) –in mərtəbəsi kimidir” fəsili ayırıb və bu fəsildə ilk olaraq Muhəmməd (s.a.s)-dən belə hədis rəvayyət edir:

Niyə bəzi insanlar Allah qatında mənim dərəcəmə bərabər birini xatırlayırlar?”


Seyyid Şübbar kitabında yazır: “...Hər bir fəzilət və dərəcəki Peyğəmbərə verilib,eyni ilə İmamlara da verilmişdir.” (“Şərhul ziyarətul camiə” səh 71)

Mühəddis Şeyx Səduq “Fədailuş şia” kitabında “Əlinin mərtəbəsi Peyğəmbər (s.a.s) –in mərtəbəsi kimidir” fəsili ayırıb və bu fəsildə ilk olaraq Muhəmməd (s.a.s)-dən belə hədis rəvayyət edir:


Niyə bəzi insanlar Allah qatında mənim dərəcəmə bərabər birini xatırlayırlar?”
Bundan artıq “imamların bizim peyğəmbər (s.a.s)-ə bərabər olduğunu” sözünü aydın şəkildə söyləmək çətindir. Hər iki sitatı cəm edəndə bu nəticə çıxır: Şiələr 12 imamı digər bütün peyğəmbərlərdən üstün hesab edir və onları Muhəmməd (s.a.s)-ə bərabər hesab edirlər. Onlar Əlini Allahın adı hesab edirlər!
Dəstaqeyb Şirazi deyir: “Allahın adı kainatın və bütün məxluqatın parçalarını əhatə edir.Fəqət,Allahın ismi azəm (böyük adı) adı da vardır....Bu böyük söz Allahın müzəffər aslanı Əli ibn Əbu Talibdir.” (“Quranın mənəvi dəyəri” fəsil “Əli ulu işarə,gözəl söz və Allahın ulu adıdır.” səh 235)
e) Şiələrə görə imamlara vəhy gəlir.
Seyyid Şübbar imam Baqirdən rəvayyət edir: ”İmam vəhy mələyinin səsini eşidir,amma onu nə həqiqətdə,nədə yuxuda görmür.” (“Şərhul ziyarətul camiə” səh 17)
Həmçinin, yenə Şübbar Peyğəmbər (s.a.s)-dən rəvayyət edir ki,O Əli haqqında demişdir: “Əgər bilmirsinizsə agah olun.Məndən sonra bu adama vəhy gələcəkdir.”(“Şərhul ziyarətul camiə”səh 23)
İmam Baqir deyib: “Qədr gecəsi məsum imama il ərzində baş verəcək hadisələrin izahı endirilir.” (“Şərhul ziyarətul camiə” səh 22)
f) Şiələrə görə imamlar Allahın şəriətini dəyişə bilərlər.
“Kafi”də imam Rza deyir: ”İnsanlar itaətdə bizim qullarımız,dində isə bizim dostlarımızdır.” (“Kafi” 1/187)
Mühəddis Əbu Amr Muhəmməd Kəşşi öz kitabında Həmdveyhin belə dediyini nəql edir: “Bizə Muhəmməd ibn Hüseyn ona Həkəm ibn Miskin Səqəfinin ona Əbu Həmzə Məqil Iclinin ona Abdullah ibn Yəfurun belə bir hədis danışdığını demişdir: “Mən Əbu Abdullahaha dedim: “Allaha and olsun ki, sən bir payı ikiyə bölüb desən ki, bu halaldır, bu haram, mən sənin halal dediyinə halal, haram dediyinə haram deyərəm. (Görəsən, Əbu Abdullah bunu inkar edib onun bu sözünə rədd cavabı verdimi? Əlbəttə, yox) O dedi: “Allah sənə rəhm eləsin, Allah sənə rəhm eləsin!”

(“Rical əl-Kəşşi”,səh.215, Kərbəla çapı)


Ayətullah Meşkini yazır: "Mehdi zühur edəndən sonra yalnız peyğəmbərlik mənsəbindən savayı, sonuncu peyğəmbərin bütün vəzifələrini icra edəcək. O cümlədən, O həzrətin ilahi hökmlər üzərində də hakimiyyəti olacaq.Yəni, zamana və cəmiyyətin tələblərinə uyğun olaraq, onlara dəyişikliklər edə biləcək” ("Vacib və haram" səh 8, №4)
Cəfər Sübhani “Şiə əqidəsinin əsasları” kitabında (səh 258) yazır: “Buna görə də əgər məsum imamlar bir məsələnin halal və haram olması baradə söz söyləsələr,onlara tabe olmaq dinə tabe olmaq sayılır və bu dində bidət hesab olunmur.”

Yəni,bu alimlərə görə istənilən 11 imam bir şeyə halal və haram hökmü verə bilər.Allahu Əkbər!

İmamların İslam şəriətini dəyişdirə biləcəyindən əlavə onlar hələ insanlara yəhudilərin qanunlarına görə hökm edirdilər!

Cuyəd əl Həmədani rəvayyət edir: “Mən imam Zeynəlabiddindən soruşdum. “Hansı qanunlara əsasən siz hökm edirsiz?”




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin