Şiəliyin gizli tərəfləri Ön söz


Hurr Amili bu rəvayyətin şərhində yazır ki,bu sözün mənası yəni,”qadağandır”



Yüklə 1,08 Mb.
səhifə29/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   25   26   27   28   29   30   31   32   ...   70
Hurr Amili bu rəvayyətin şərhində yazır ki,bu sözün mənası yəni,”qadağandır” (“Vəsailuş şia” 12/92)
Kuleyni və bir çox şiə mühəddisləri rəvayyət edir: “Ölülər üçün ağı demək və üzərindəki paltarı yırtmaq haramdır.” (“Kafi” 3/255; Kəşani “əl Vəfi” 13/88; Hurr Amili “Vəsailuş şia” 3/914; “Cami əhadis əş şia” 3/483)
Əli (r.a) dedi: “Cahiliyyə dövrünün 3 adəti vardır ki,Qiyamət gününə qədər qalacaqdır: Ulduzlardan yağış gözləmək,başqalarının əcdadları haqqında pis danışmaq və ölü üçün ağı demək.” (Məclisi “Biharul Ənvar” 82/101; Nuri Təbərsi “Mustədrək əl vəsail” 1/143; “Cami əhadis əş şia” 3/488)
Rəsulullah (s.a.s) buyurdu: “Mən sizə ağı və mərsiyyə deməyi qadağan edirəm.” (Burucardi “Cami əhadisuş şia” 3/372)
Məclisi,Nuri Təbərsi,əl Burucərdi Peyğəmbər (s.a.s)-dən rəvayyət edirlər: “İki səs lənətlənibdir: “Müsibət anında ağı nidaları və mərsiyyə deyənlərin səsləri.”

(Məclisi “Biharul Ənvar” 82/101; Nuri “Mustədrək” 1/143-144; Burucərdi “Cami əhadisuş şia” 3/488)


Şeyx Səduq yazır: “Ölü üçün ağı demək cahiliyyə adətlərindəndir.” (“Mən lə yəhduruhul fəqih” 4/271-272)

Şiələrin Ömər Faruqun öldürülməsinə sevinmələri və o günü bayram etmələri.
On iki imami şiələr Ömər ibn Xəttabın öldürülməsinə sevinir və o günü özlərinə görə bir bayram hesab edirlər.Həmçinin,onlar bu günü bir neçə əlamətdar adla da adlandırırlar.”İstirahət” (tətil) günü,bərəkət,şiənin sevinc günü bu adlardan bəziləridir. Əllamə Məclisi bunu “Biharul ənvar” (95/351-355)-da qeyd etmişdir.

Nemətullah Cəzairi “Ənvərun numaniyyə” (1/108-111)-də “Səmavi nur” başlığı altında Ömər ibn Xəttabın öldürülməsinin savabından bəhs edir.


Xəbis Əbdulhüseyn Nişapuri “Əhli Beyt təqvimi” kitabında yazır: “Ömər ibn Xəttabın ölümü bayramdır.Hicri 23-cü ildə Rabbiul əvvəl ayının 9-u axşam Ömər ibn Xəttab öldü.Sünnilərin dediyinə görə o Zilhiccə ayının 3-ü vəfat edib.Bu gün Əhli beyt,Peyğəmbər,Mələklər və Əmirəl-mömininin dostları üçün sevincli gündür.Bu gün çox möhtəşəm gündür.Şiələr və onların rəhbərləri bu günü bayram kimi qeyd edirlər. Peyğəmbər (s.a.s) bu günü bayram elan edib və insanlara da əmr edib ki,bu günü bayram etsinlər.Kim bu gün sədəqə verərsə Allah onu bağışlayar.Bu gün din qardaşlarına ikram etmək,yeni paltar geyinmək,ətir paylamaq,Allaha şükürlər etmək müstəhəbdir.

Hədislərdə bu günün adları və fəzilətləri sadalanmaqdadır.Bu günün adlarından: “Allahın möhtəşəm bayramı”,”İkinci qədir”,İkinci fitr bayramı”,”Şiələrin fəxr günü”,”Əhli Beytin bayramı”,”Münafiqin ölüm günü”,”Əməllərin qəbul edilmə günü”,”Məzlumun qalib gəldiyi gün” və s. adları vardır.” (“Əhli Beyt təqvimi” səh 87-88)
Şeyx İbrahim əl Cəbban yazır: “Aşura günü Ömər adını qoyduqları bir köpək gətirilər.Sonra o dəyənəklərlə döyülər və daş qalaq edilərək rəcm olunar.Sonra Aişə adı olan bir keçi gətirilər və tüklərini yolmağa başlayarlar və ölənə qədər döyərlər.” (Şeyx İbrahim əl Cəbban “Təbdiduz zəlam və tənbihun niyam” səh 27)

Şiəliyin Əhli Sünnətin dörd imamına dil uzatması.
Şiəliyin dörd imama (Əbu Hənifə,Malik,Şafii,Əhməd ibn Hənbəl) göstərdikləri hörmət sadəcə təqiyyəyə bağlıdır.

Kuleyni “Kafi”-də imam Musa Kazımdan rəvayyət etdiyi hədisdə yazır: “…Bildiyiniz şeylər sizə çatanda onu deyin,bilmədikləriniz olanda isə,əli ilə ağzına işarə edərək “Allah dedi,Əli dedi,mən dedim və səhabə dedi deyən Əbu Hənifəyə lənət olsun.” (“Kafi” 1/58)

Bu rəvayyəti həmçinin Hurr Amili “Vəsailuş şia”-(18/23)-da qeyd etmişdir.

Kəşşi “Ricalul Kəşşi” səh 145,187,190-də Əbu Hənifəyə lənət baradə bir neçə belə rəvayyət nəql etmişdir.


Muhəmməd Razi ər Rədavi kitabında yazır: “Allah səni rəzil etsin ey Əbu Hənifə! Namazın Allahın dinindən olmadığını necə deyə bilərsən?!...” (“Kəzabu aləş şia” səh 135)

Həmçinin,yazır: “Əgər İslam və sünnət iddiasında olanlar Əhli beyti sevirlərsə,onda gərək onlara tabe olsunlar və dinlərini Əbu Hənifə,Malik,Şafii və ibn Hənbəl kimi təhrifçilərdən almasınlar.” (“Kəzabu aləş şia” səh 279)


Seyyid Nemətullah Cəzairi “Kısasu ənbiya” kitabında yazır: “Bunları deyirəm ki,bir çox şeyi başa düşəsiniz.Müxaliflərin ibadətlərinin batil olması da bunlardan biridir. Çünki,onlar oruc tutsalar,namaz qılsalar,həcc etsələr,zəkat versələr,müxtəlif ibadətlər etsələr və digərlərindən artıq əməl etsələr də onlar Allahın girilməsini əmr etdiyi qapıdan deyil,başqa qapıdan girmişlər….Dörd məzhəbi özləri ilə Rəbbləri arasında bir vasitə,bir giriş qapısı olaraq qəbul etmişlər.Hökmləri onlardan almış,onlar isə bu hökmləri Allahın haram etdiyi yerlərdən,qiyaslardan,rəylərdən və ictihadlardan almışlar.” (“Kısasu ənbiya”səh 347,Beyrut)
Bunlar iç dünyalarında inandıqları və gələcək nəsillərə verdikləri tərbiyyənin nümunələridir.Daha sonra müasir yazıçılarından olan Ticani kimi biri meydana çıxmış və şiəliyin Əhli Sünnətə duyduğu kini və nifrəti aşkara çıxarmışdır.

Ticani yazır: “Hənəfi,Maliki,Şafii,Hənbəli kimi müxtəlif firqələr və aralarında çoxlu fiqhi ixtilaflar olarkən,özünü Əhli Sünnə adlandıranlara necə heyrət etməyəsən?!” (“Şiə hum Əhli Sünnə”səh 84)

Səh 104-də yazır: “Beləliklə,hakim rejimlərin ortaya çıxardıqları və Əhli Sünnə adlandırılan məzhəbin necə meydana gəldiyini öyrənmiş oldun.”
Səh 109-da yazır: “Bizi bu tədqiqatda maraqlandıran məsələ Əhli Sünnətin dörd məzhəbinin siyasi səbəblər nəticəsində uydurulmuş məzhəblər olduğunu açıq dəlillərlə sübut etməkdir.”
Səh 88-də yazır: “Budur Əbu Hənifə!...Sərih nasslara qarşı rəylə əməl etməklə məzhəb uydurduğunu gördüz....Malik...Onun da İslam dinində bir məzhəb uydurduğunu gördük...Şafii...ibn Hənbəl...”
Səh 93-də yazır: “...Əbu Hənifə sağlığında öz dövründə olan alimlər tərəfindən təkfir edilib, zındıqlıqda ittiham olunduğu halda sonradan özü böyük alim,məzhəbi də ən böyük məzhəb halına gəldi.”
Səh 168-da yazır: “Əhli Sünnətin böyük şəxsiyyətləri və imamları sərih olan nəbəvi sünnətə müxalif olmuş,onlara arxa çevirmiş və bilərək onları tərk etmişlər.”
Ticani (səh 287) “Nəbəvi sünnətin böyük əksəriyyətinə müxalif olmuşlar” deməklə Əhli Sünnəti pisləmişsə,onda niyə vəhdət haqqında eninə-boluna danışırlar?
Ticaninin də sıralarında olduğu bəzi şiə elm adamları İslam ölkələrinə niyə səfərlər edirlər?

Cavab: Bu öz məzhəblərini təqiyyədən istifadə etməklə yaymağa yönəlmiş addımlardır.Ticani kimilər Əhli Sünnətə necə qardaş ola bilər ki,onların böyüklərinə və alimlərinə dil uzadır?! Onlar bir tərəfdən Əhli Sünnətlə vəhdət yaratmağa çalışır,digər tərəfdən də onlara qarşı olmazın böhtanlar və yalanlar deyirlər. Bu şiə elm adamlarının etdikləri hiylə və ikiüzlülükdən başqa şey deyildir.

Qeyd etdiyimiz kimi onların yeganə məqsədi Əhli Sünnətin avamı arasında öz batil məzhəblərini yaymaqdır. Bunun qabağını isə yalnız şiələrin batil inanc və etiqadlarını ifşa etməklə nail olmaq olar. Bu baradə yəni,şiələrin batil etiqadlarını tədqiq edən bir kitab ortaya çıxdıqda,onlar “bu müsəlmanların birliyini təhdid edir,onların səflərini parçalayır” deyə fəryadlar qoparırlar. Amma, özləri bu ümmətin böyüklərinə,Qurana dil uzadanda və Əhli Sünnət etiqadı haqqında şübhə yaratmaqla,zəif və məlumatsız sünniləri şiəlik məzhəbinə daxil edəndə bu onların kriteriyalarına görə müsəlmanları parçalamır.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin