Şiəliyin gizli tərəfləri Ön söz


Şiələrin səhabələr baradə mövqeyi



Yüklə 1,08 Mb.
səhifə26/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   22   23   24   25   26   27   28   29   ...   70
14. Şiələrin səhabələr baradə mövqeyi.
Rəsulullah (s.a.s) buyurub: “Səhabələrim baradə Allahdan qorxun.Məndən sonra onları hədəf almayın. Onlara əziyyət edən,mənə əziyyət etmişdir.Mənə əziyyət edən isə Allaha əziyyət vermiş kimidir! Kim ki,Allaha əziyyət verməyə cürət edərsə,onun aqibəti bəllidir.” (Tirmizi “Sünən” №3862;Əhməd “Müsnəd” 4/87, 5/54-55; İbn Hibban “Səhih” №7256)
Peyğəmbər (s.a.s) buyurub: “Ənsarı yalnız mömin sevər və onlara yalnız münafiq nifrət edər. Kim onları sevərsə Allah onları sevər, kim onlara nifrət edərsə Allah onlara nifrət edər.”

(Buxari 3672; Müslim 75)


Şiələr kafir və münafiqlər haqqında varid olmuş ayələri Peyğəmbər (s.a.s)-in səhabələri haqqında təvil etmişlər.Təqiyyə edərək üç xəlifə yəni, Əbu Bəkr,Ömər,Osman haqqında bəzi simvolik ifadələr istifadə etmişlər.Əbu Bəkrə “Fusayl”,Ömərə “Rama”,Osmana isə “Nəsəl” kimi adlar vermişlər. ”Filan,filan və filan” kimi adlardan da istifadə etmişlər.Həmçinin, “birinci,ikinci və üçüncü”, “Həbtər” və “Dəllam” kimi adlardan da istifadə etmişlər.İstifadə etdikləri digər rəzil adlardan “Qüreyşin iki bütü”,”Həman və Firon”,”Ümmətin buzovu və Samiri” kimi adlardır.

Səfəvilər dövləti zamanında təqiyyə biraz ortadan qalxmışdı.Bu dövrdə səhabələri təhqir və təkfir edən ittihamlar çox artmışdı.


Kuleyni “Kafi” kitabında Əbu Abdullahdan rəvayyət edir: Kafirlər deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək" (Fussilət 29) ayəsi haqqında Əbu Abdullahın: “O ikisidir,filan kimsə də şeytandır” dediyini bildirir.” (“Kafi”c.8,№ 523)
Məclisi “Miratul uqul” kitabında bu hədisin şərhində yazır: “O ikisi yəni Əbu Bəkr və Ömərdir.Filankəsdən qəsd olunan Ömərdir.Yəni,ayədə nəzərdə tutulan cin Ömərdir.Bu adla adlandırılmasının səbəbi onun şeytan olmasındadır.Ya vələdüz-zina olmaq baxımından şeytanın üzərində şərikliyi vardır,ya da aldadıb,azdırmaq səbəbi ilə şeytan kimidir.”Filan” adı ilə Əbu Bəkrin qəsd olunması da mümkündür.” (“Miratul uqul” 26/488)
Əbu Abdullahdan rəvayyət olunur ki,imam ”Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və tərifəlayiq Allahın yoluna yönəldilmişlər” ayəsini oxudu və dedi: ”Onlar Həmzə, Cəfər, Ubeydə,Salman,Əbu Zərr,Miqdad və Əmmardır.Onlar möminlərin əmirinə tabe olmuşdular. Digər ayəni: “Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır” oxudu və dedi: ”Bunun mənası möminlərin əmiridir və “küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır” haqqında isə dedi ki, ”bunlar Birinci,ikinci və üçüncüdür.” (“Kafi” 1/426)
“Təfsirul Əyyaşi” (1/121)-də,”Burhan” (2/208)-da və “Safi” (1/242)-də Əbu Abdullahın “Şeytanın addımlarını izləməyən” ayəsi haqqında belə dediyi nəql olunur: “Allaha and olsun ki,şeytanın addımları filan və filana dost olmaqdır.Yəni,Əbu Bəkr və Ömərə….”
“Təfsirul Əyyaşi” (2/355)-də,“Safi”(1/511)-də, ”Burhan” (1/422)-kitablarında Əbu Abdullahın Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən başqalarını yoldan çıxaranları Özümə köməkçi tutmuram.”ayəsi haqqında belə dediyi nəql olunur: “Rəsulullah (s.a.s) “Allah! Dini Ömər ibn Xəttab vəya Əbu Cəhl ilə gücləndir deyə dua etdikdə Allah bu ayəni nazil etmişdi: “Mən yoldan azanları köməkçi edən deyiləm.”
“Təfsirul Əyyaşi” (1/307)-də ,“Safi”(1/511)-də və “Burhan “(1/422)-kitablarında Əbu Abdullahın “İman edib sonra inkar edənlər,sonra yenə iman edib,inkar edənlər...” ayəsi haqqında belə dediyi nəql olunur:

Filan və filan (Əbu Bəkr və Ömər) haqqında nazil olmuşdur. Peyğəmbər (s.a.s)-ə ilk olaraq iman etdilər və özlərinə vilayət əmri təqdim edildikdə isə kafir oldular....

Bu rəvayyəti məşhur mühəddisləri Kuleyni “Kafi” kitabında “Kitab əl hüccət” fəslində (c.1,səh 420) qeyd etmmişdir.
“Təfsirul Əyyaşi” (2/240)-də, “Burhan” (2/309)-da “İş bitincə şeytan dedi” ayəsi haqqında Əbu Cəfərin belə dediyi nəql olunur: “O,ikincidir.Quranda “şeytan dedi” kimi sözlərdən məqsəd ikincidir....”
Feyz Kəşani “Vafi” kitabında (3/920) “Kitabul huccə” fəslində “Onlar (imamlar) və düşmənləri baradə nazil olanlar” babında Zürarədən Əbu Cəfərin “haldan hala keçəcəksiniz” ayəsi haqqında belə dediyini nəql edir: “Ey Zürarə! Bu ümmət peyğəmbərlərindən sonra “filan,filan və filan” adamın əli ilə haldan - hala gəlmədimi?”
“Təfsirul Əyyaşi” (2/263)-də, “Burhan” (2/345)-da Cəfər Sadiqin “Cəhənnəmin yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur ayəsi haqqında belə dediyi nəql olunur: “Cəhənnəm yeddi qapı olaraq gətirilər.Birinci qapı zalım üçündür ki,o Zurəykdir.İkinci qapı Həbtərə,üçüncü qapı üçüncüyə,dördüncü Müaviyyəyə,beşinci Əbdulməlikə,altıncı Əsqər ibn Həvsərə,yeddinci qapı isə Əbu Sələməyə aiddir.Onlar özlərinə tabe olan kimsələrin qapılarıdır.”
Məclisi bu rəvayyətin təfsirində yazır: “Zurəyk (Maviş) birinciyə olan kinayədir.Çünki,ərəblər mavi gözlü olanı uğursuz sayardılar.Həbtər tülküdür.Bu ləqəbin onun haqqında istifadə edilməsinin səbəbi onun etdiyi hiylələr və qurduğu tələlər olmuşdur…..Bir çox xəbərlərdə varid olduğu kimi Həbtər ləqəbi birinci üçün tətbiq olunmuşdur.Çünki,bu birnciyə daha münasibdir.Zurəyk isə ikinci üçün tətbiq edilmişdir.Çünki,o daha sərt qəlbli və kobuddur. Əsqər ibn Həvsər Umeyyə vəya Abbasi xəlifələrindən biri üçün istifadə olunan kinayədir.Əbu Sələmə də Əbu Cəfər Dəvaniki haqqında bir kinayədir.Əsqər ləqəbinin Aişə və Cəməl əhli üçün də istifadə olunması mümkündür.Çünki,Aişənin dəvəsinin adı Əsqər idi.Bunun şeytan olması da rəvayyət olunmuşdur.” (“Biharul ənvar”c.8,səh 308)
Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur.” ayəsi haqqında Əbu Cəfərin belə dediyi nəql olunur: “Filan,Filan və filankəs yəni,Əbu Bəkr,Ömər və Osman və Əbu Ubeydə ibn Cərrah.”

Bu rəvayyət “Təfsirul Əyyaşi” (1/301)-də və “Burhan” (1/414) kitablarında qeyd olunmuşdur.


...iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir.” ayəsi haqqında imam Əbu Cəfərin belə dediyi nəql olunur: “Fahişdən yəni,birincidən,münkərdən yəni, ikincidən, azğınlıqdan yəni,üçüncüdən çəkndirər!”

Bu rəvayyət “Təfsirul Əyyaşi” (2/289)-də, “Burhan” (2/381)-da və “Safi” (3/151) kitablarında qeyd olunmuşdur.


“Biharul Ənvar”da belə rəvayyət mövcuddur: “Dedim ki,(ravi) Allah səni qorusun.Allahın düşmənləri kimlərdir?


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin