İmam: “Rəsulullah (s.a.s) ümməti içərisində bərəkət və mərhəməti ilə hərəkət edirdi.Qaim isə insanlar içərisində öldürmək ilə hərəkət edəcəkdir.Özü ilə bərabər olan kitabda “öldürərək hərəkət etməklə əmr olundum” yazılmışdır.Heç kəsdən də tövbə etməsini istəməyəcəkdir.Ona qarşı gələnlərə vay olsun.” Muhəmməd Sadiq əs Sədr Rufeydin imam Əbu Abdullahdan belə dediyini nəql etmişdir: “Əbu Abdullaha dedim: “Ey Rəsulullahın övladı,sənə fəda olum! Qaim (Mehdi) gələndə əhli səvad (müsəlmanların cümhuru) içərsində Əli ibn Əbu Talibin yolu ilə hərəkət edəcəkdir?”
İmam dedi: “Xeyr,ey Rufeyd.Əli ibn Əbu Talib əhli səvad içərsində cifri əsvəddə olanlarla davranırdı.Qaim isə ərəblər içərsində cifri əhmərdə olanlarla hərəkət edəcəkdir.”