Şiəliyin gizli tərəfləri Ön söz


İmam dedi: “Dörd bütdür.”



Yüklə 1,08 Mb.
səhifə6/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   2   3   4   5   6   7   8   9   ...   70
On iki imamın vilayətinə etiqad və ona inanmayanların təkfir edilməsi.

Həqiqətən, şiəlik yəhudilikdən çoxlu miraslar almışdır və bu adi sözlər deyil.Axı, yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə yanaşır?

Şiələr imamətin dinin əsasından olduğuna və Peyğəmbər (s.a.s)-in 12 imamı nassla təyin etdiyinə etiqad edirlər.İlk öncə vilayətin dəyəri haqqında onların rəvayyətlərinə nəzər salaq.Mühəddis və alimləri bu məşhur rəvayyəti nəql edirlər:
İslam Allahdan başqa ilah yoxdur,Muhəmməd onun elçisidir şəhadət kəlməsi,namaz qılmaq,zəkat vermək,Ramazanda oruc tutmaq,həcc etmək və Əli ibn Əbu Talibin vilayətinə iman etməkdən ibarətdir.” (“Kafi” 2/18,21,22,32; Şeyx Səduq səh 221,279,510; “Rical Kəşşi” səh 356; “Təfsir Əyyaşi” 2/117; Tusi 4/151; “Biharul ənvar” 10/393, 23/69, 27/103; Mufid səh 209; “Vəsailuş şia” 1/13; Təbərsi 1/71 və s.)

Göründüyü kimi bu rəvayyət şiə kitablarında mütəvatirdir.Heç bir Əhli Sünnə mənsubu Əli (r.a)-nin vilayətini dinin əsası kimi qəbul etmir.Yəni,Əhli Sünnə şiələrə görə İslamın əsaslarından birini inkar edir.


Kuleyni Zürarədən rəvayyət edir ki,imam Əbu Cəfər demişdir: "Islam beş şey üzərində bina olmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət".Zurarə soruşmuşdur: "Bunlardan hansı daha üstündür?" O demişdir: "Vilayət" (“Kafi" 2/18;Tehran;“Biharul ənvar” 68/332; “Vəsailuş şia”1/13 və s)
İmam Rzadan nəql edirlər ki,o demişdir: “Vilayət bütün peyğəmbərlərin kitablarında yazılmışdır.” (“Kafi” 1/437; ”Biharul ənvar” 11/60; Şeyx Tusi “Əməli” səh 681)
İndi isə şiələrin inanclarını paylaşmayanlar haqqında nə düşündüyünə nəzər yetirək:

İlk öncə onların imamlarının sözlərini qeyd edək.

Muhəmməd ibn İbrahim ən Numani “Qeybə ən Numani” kitabında imam Cəfərdən rəvayyət edir: “Hər kim Allah tərəfindən təyin olunmamış imamı Allah tərəfindən təyin olunmuş imama tay görərsə,o müşrikdir.” (“Qeybə ən Numani” fəsil 7; hədis 8)

İbn Babaveyh əl Qummi (Şeyx Səduq) “Əməli” kitabında Peyğəmbər (s.a.s)-dən belə bir hədis rəvayyət edir: “Məndən sonra kim Əliyə qarşı olarsa o kafirdir və kim ona şərik qoşarsa o müşrikdir.” (fəsil 3,səh 19,hədis 6)

Yəni,şiələrə görə kim idarə etmədə,xilafətdə Əli (r.a) ilə yanaşı başqasını hakim görərsə,o müşrikdir.
İbn Babaveyh həmçinin, Peyğəmbər (s.a.s)-dən rəvayyət edir: “Məndən sonra hər kim Əlinin imamətini inkar edərsə,sanki mənim sağlığımda peyğəmbərliyimi inkar etmiş kimidir və hər kim ki,mənim peyğəmbərliyimi inkar edərsə,o Allahı inkar etmiş kimidir.” (“Əməli” səh 656,hədis 5)
Kuleyni “Kafi” kitabında imamdan hədis rəvayyət edərək yazır: “İmam dedi: “Məhşər günü Allah onlarla danışmayacaq,onları təmizləməyəcək və onlara şiddətli əzab vardır.”Bunu üç dəfə söylədi.Daha sonra buyurdu: “Bu o kimsələrdir ki,imam olmadığı halda Allahın iradəsi ilə imam olduqlarını söyləyir və ilahi əmrlə təyin olunmuş imamı inkar edirlər.Onlar o kimsələrdir ki,bu iki nəfərin İslamda nəsibi olduqlarını düşünürlər.” (“Kafi” 1/373)
Bu hədisi Behbudi səhih hesab etmişdir. Şiələrin “Əbu Bəkr və Ömərə olan məhəbbətlərini” nəzərə alaraq,bu iki nəfərin kim olduğunu təxmin etmək çətin deyil.

Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “İmama iman etməyənin ölümü küfr və münafiq ölümüdür.” (“Kafi” 1/375)

Məclisi və Behbudiyə görə hədis səhihdir.
Zarihin nəql etdiyinə görə o Əbu Abdullahdan Peyğəmbər (s.a.s)-dən sonra olan imamlar baradə soruşur.İmam cavabında deyir: “İlk öncə imam möminlərin əmiri Əli ibn Əbu Talib idi.Sonra Həsən,Hüseyn,sonra Muhəmməd ibn Əli oldu və kim bunu inkar etsə Allahı və onu peyğəmbərini inkar etmiş olar.(“Kafi” səh 295,hədis 465)
Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “İmama iman etməyənin ölümü küfr və münafiq ölümüdür.” (“Kafi” 1/375)

Məclisi və Behbudiyə görə hədis səhihdir.


Biz “zavallı” müsəlmanlar isə hesab edirik ki,bu ümmətin ilk xəlifəsi Əbu Bəkr (r.a),sonra Ömər (r.a),sonra Osman (r.a),sonra isə Əli ibn Əbu Talib (r.a) olmuşdur.Bu rəvayyətlərə görə biz onsuzda Allah və onun elçisini inkar etmiş kimiyik!
Kuleyni rəvayyət edir: “Abdullah ibn Yəfur nəql edir ki, bir dəfə mən Əbu Abdullaha dedim: “Mən adamlarla ünsiyyətdə olanda sizinlə deyil,filan-filan adamlarla yaxınlıq edən bəzi adamlarda etibar,doğruculluq,vəfa olduğuna,sizinlə yaxınlıq edən bəzi adamlarda isə bunların olmadığına çox təəccüblənirəm.” Bunu eşidən Əbu Abdullah qəzəblə mənim üzümə baxıb dedi: “Allahdan gəlməyən imama yaxınlıq etməklə Allaha inanan adamın dini yoxdur.” (“Kafi” c.1, səh 237, Hindistan çapı)
Numani imam Cəfərdən imamın birini qəbul edib,digərini inkar edən bir adam haqqında demişdir: “Onun misli İsa (ə)-nı qəbul edib,Muhəmməd (s.a.s)-i inkar edən vəya Muhəmməd (s.a.s)-i qəbul edib,İsa (ə)-nı inkar etmiş kimidir.” (“Qeybə ən Numani” fəsil 5; hədis 4)
Bu rəvayyət guya bizləri küfrdə ittiham etmədikləri bəhanələrini heçə endirir.Biz axı Əli (r.a)-ni yalnız dördüncü xəlifə olaraq,qəbul edirik.Əhli Sünnədən heç kəs Əlidən sonra yalnız onun nəslinin hakim olmalı olduğunu iddia etmir.Bundan əlavə biz nəinki,12-ci imamı qəbul etmir,ümumiyyətlə onun mövcud olmadığını bilirik.

Onlar Əbu Cəfərdən nəql edirlər: “Kim Allahı və biz Əhli beyti tanımazsa,o Allahdan qeyrisinə ibadət etmiş sayılır.” (“Kafi” c.1,səh 294,hədis 464)


Həmçinin, Əbu Abdullahdan: “Kim bizi təsdiq etsə mömin,kim bizi inkar etsə kafirdir.” (“Kafi” c.1,səh 305,hədis 485)
Seyyid Şübbar İmam Rzadan rəvayyət edir: “İslamda bizdən və bizim şiələrdən başqası yoxdur.” (“Şərhul ziyarətul camiə” səh 26)
Kuleyni bu sözləri imama isnad edir: “İnsanlar üç qismə bölünür: Alimlər,öyrənən tələbələr və artıqlar.Biz Əhli beyt imamları alimlərik,bizim şiələr tələbələr,digər artıq insanlar isə zibildirlər.” (“Kafi” c.1,səh 51-52,hədis 4 (56)

http://www.al-shia.org/html/ara/books/lib-hadis/al-kafi-1/02.htm#02


İmam bu sözlərdən uzaqdır! Yəhudilər kimi dünyanı özünkülərə və əcnəbilərə ayırmaq yalnız etiqadlarını yalandan imamlara isnad edən rafizilərə xasdır.

Baxaq görək onların alimləri nə deyir: “Şiəlik baxımından əqidəvi məsələlər” kitabında Rza Müzəffər yazır:

Hər kim ki,müctəhidi qəbul etmir və ya inkar edir,dolayısı ilə imamı və Allahı da qəbul etməyib inkar etmiş olur.Bu imam Sadiqin sözlərinə görə şirkə bərabər vəya Allahın təkliyini inkar etmək kimidir.”(“Müctəhidlər” fəsili)
Seyyid Şübbar yazır: “Sizi və sizin imaməti inkar edənlər kafirdirlər.İmamlara müxalif olanların (yəni, Əhli Sünnənin) küfrünə dəlalət edən rəvayyətlər və xəbərlər mövcüddur.Onları cəm etmək üçün müstəqil bir kitaba ehtiyyac vardır. Müxaliflərin küfrünə hökm verən xəbərləri və imamların onlarla rəftarını vəsf edən rəvayyətləri cəm etsək, zəruri olaraq deməliyik ki, imaların müxalifləri kafirdilər və axirətdə cəhənnəmdə olacaqlar” (“Camiə kəbirə ziyarətinin şərhi” səh 124-125, Azərbaycan dilində)

Bu kitabda (111-ci səhifədə) müəllif Həsən əl Bəsri və onun ardıcıllarını şiələrə müxalif olanlardan hesab edir.

Ayətullah Şübbar yazır: “Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah Təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində varid olmuşdur ki, imamların müxalifləri (yəni Əhli Sünnə) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, imamların ardinca getməyənlərdən götürüləcəkdir”(“Çəmiə kəbirə” ziyarətin şərhi, səhifə 99)
Qeyd etdiyimiz kimi müəllif müxaliflər dedikdə Həsən Bəsri və ardıcıllarını da nəzərdə tutur.

Şübbar yazır: “Allahın qəzəbi sizin vilayət,imamət və xilafətinizi inkar edənlərin üzərinə olsun ki,bu ən böyük əzabdır.” (“Camiə-Kəbirə ziyarətinin şərhi” səh 156)


Muhəmməd ibn İbrahim ən Numani yazır: “Yuxarıda gətirilən rəvayyətlər dəlalət edir ki,imam baradə şübhəyə düşən vəya onu qəbul etməyən hər kəs küfrə,nifaqa,şirkə düşür.Belə adamın ölümü cahiliyyə ölümü kimidir.” (“Qeybə ən Numani” fəsil 7,son hissə)
Şeyx Səduq adı ilə məşhur olan Muhəmməd ibn Əli ibn Hüseyn ibn Babaveyh əl Qummi yazır:

Bizim etiqadımızdandır ki, Əli (a.s)-nin və ondan sonra gələn imamların imamətini inkar edən, sanki bütün peyğəmbərləri inkar etmiş kimidir. Əmirəlmöminini qəbul edib, imamlardan birini inkar edən, sanki bütün peyğəmbərləri qəbul edib, Muhammadı (s.a.s) isə inkar etmiş kimidir”.

(“Etiqad” səh 103-104; Həmçinin, Müfid “Etiqad” səh 104)

Eyni səhifədə imam Sadiqdən nəql edir: “Bizim sonuncumuzu inkar edən ilkimizi inkar etmiş kimidir.”

Səduq “əl Hidayə” kitabı 4-cü fəsildə 12 imama etiqadın zərurətlərindən danışarkən yazır:

Zəruridir ki,özünü Allah qarşısında 4 bütdən,4 qadından və onların bütün tərəfdarları və ardıcıllarından təmizləyəsən.Onlar Allahın və Peyğəmbərinin düşmənləri və Allahın ən şərli məxluqatıdırlar....Biz inanırıq ki,açıqladıqlarımıza və bundan bəzilərinə müxalif olanlar haqq yoldan qeyri bir yoldadırlar.O,doğru yoldan uzaq düşmüşdür və biz ondan,kimliyindən və milliyətindən asılı olmayaraq uzağıq.Biz onu sevmir və ona yardım etmirik.Biz ona malımızdan zəkat vermirik....



Biz hesab edirik ki,onun şəhadəti qəbul edilməməli,onun arxasında namaz qılınmamalıdır.Bu xüsus seçim imkanı olan hallara xasdır.Təqiyyəyə gəldikdə isə,bu halda onlara zəkat və s.vermək olar və biz onların arxasında ehtiyyat üçün namaz qılırıq.”
Əllamələri Muttəhar əl Hilli kitabında belə yazır: “İmamət ümumi bir lütfdür.Nübuvvət isə xüsusi bir lütfdür.Ümumi olan lütfün inkar edilməsi xüsusi lütfün inkar edilməsindən daha pisdir.Imam Sadiqin də imaməti bir əsas olaraq inkar edənlərin ən şərli adamlar olduğu haqqında sözləri buna dəlildir.” (“əl Əlfeyn fi İmaməti Əli bin Əbu Talib” səh 13, Beyrut,1982-ci il)
Muhəmməd Rza Müzəffər yazır: “Biz etiqad edirik ki,İmamət dini prinsiplərdən biridir ki,bunsuz müsəlmanın imanı tam olmaz.”(“Əqidətul imamiyyə” səh 59)
Muhəmməd Rza Müzəffər elə bu səhifədə yazır: ”...İmamət Nübuvvət kimi Allahın nemətlərindəndir.Ona görə də hər zaman imam və rəhbər olmalıdır ki,insanları Peyğəmbər əvəzinə dünya və axirət işlərində yönləndirsin.Bu imam Peyğəmbər kimi dünyanın rəhbəridir.O,hikmətlə cəmiyyəti idarə edir,ədaləti bərpa edir,zülmü və haqqsızlığı aradan götürür.”
Xomeyni daha dürüst olaraq yazır: “Vilayətsiz Allaha və Peyğəmbərlərə iman qəbul edilməz.” (“40 hədisin şərhi” səh 485,33-cü hədisin şərhində)
Xomeyninin bu sözlərini də qeyd etmək yerinə düşərdi: “Kəşful Əsrar” kitabında deyir: ”Hədisin əvvəlində də isbat etdiyimiz kimi Peyğəmbər (s.a.s)-in Quranda imamət bəhsini açıqlamamasının səbəbi özündən sonra Quranın təhrif edilməsindən qorxması və müsəlmanlar arasında ixtilafların şiddətlənib,bunun da İslama təsir etməsidir.Əgər Peyğəmbər (s.a.s) Allahın İmamət baradə ona vəhy etdiyini təbliğ etsəydi İslam ərazilərində müsəlmanlar arasında bu ixtilaflar və münaqişələr baş verməzdi.” (“Kəşful Əsrar” səh 149-155)
Kimsə deyə bilər ki,bu fikir Xomeyninin şəxsi fikridir? Cavab olaraq deyirik ki,bunlar mötəbər kitabları olan “Kafi”də nəql olunub.
Adamın biri Əli ibn Əbu Talibə “mənə bu elmdən bəhs et.Niyə ortaya çıxmır?”dedi.İmam dedi: Əgər Allah onunla imanları imtahan etməyəcəksə elminin üzərinə zühur etməkdən çəkinər. Hətta,deyildi ki, “Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.” (Hicr 92)


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin