Şiəliyin gizli tərəfləri Ön söz


Müsəlmanlara qarşı pis ifadələr sərf etmək və onları təhqir etmələri



Yüklə 1,08 Mb.
səhifə22/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   18   19   20   21   22   23   24   25   ...   70
13. Müsəlmanlara qarşı pis ifadələr sərf etmək və onları təhqir etmələri.
Rafizilər təkcə bu dünyada olan bütün insanları və şiə olmayan hər kəsi təhqir etməyiblər.Şiə hədislərinə görə dünyaya gələn hər körpə şeytanın əlinin altından keçir. Şiəliyin İslam ümmətini təhqir etməsinə dair misallardan biri olaraq,bunu göstərmək olar.
Kuleyni “Kafi”(c.8, səh 239,285)-də,Məclisi “Bihar” (24/311)-da,Hurr Amili “Vəsailuş şia” (c.16,səh 37,hədis 2910)-da Əbu Cəfər ibn Muhəmməd Baqirdən rəvayyət edirlər: “Əbu Həmzə İmama dedi: “Bəzi yoldaşlarımız müxaliflərə böhtan atırlar.” dedi.İmam ona dedi: “Sussan yaxşı olar.Allaha and olsun ki,bizim şiələrdən başqa bütün insanlar fahişə övladlarıdır.”
Əbu Abdullahdan: (Əbu Bəsirə dedi) “Həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur.” (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cavab verdi): “Bizə olan sevgi və nifrətlə. Kim bizi sevir qulun (sperması olur) kim nifrət edər (sperma şeytanın olar)” (“Kafi” c.5, səh 502)
Eyni tipli rəvayyət “Vasailuş şia” (c.20, səh 135-136,hədis 25233)-da nəql olunur.
Haşim Bəhrani “Burhan” (2/300; Qum) təfsirində,Əyyaşi “Təfsir” (2/234; Beyrut)-də Meysəm ibn Yəhyadan o da imam Cəfər ibn Muhəmməddən belə nəql edir: “Elə bir dünyaya gələn körpə yoxdur ki,onun doğulmasında cinlərdən olan şeytan iştirak etməsin.Əgər o bilsə ki,doğulan körpə bizim şiələrdəndir onda o onu tərk edər.Əgər o bizim şiələrdən olmazsa, şeytan barmağını onun arxasına salar və onu qabağdan çıxardar.Əgər körpə qızdırsa onda şeytan barmağını onun fəcrinə salar və o fahişə olar.Məhz buna görə də körpə ana bətnindən çıxan zaman belə möhkəm ağlayır.”
Əli ibn Əsbat Əbu Abdullahdan nəql edir: ”Şübhəsiz ki,Allah-Təala ərəfa günü imam Hüseynin qəbrini ziyarət edənlərə nəzər edər.Ona dedim: ”Vəqfəyə duranlardan öncə mi onlara baxar?Dedi: ”Bəli.”Sual etdim necə? Dedi: ”Çünki,onların arasında zinadan əmələ gələnlər vardır.Bunlar isə belə deyillər.”

Bu rəvayyəti Məclisi “Biharul Ənvar” (101/85)-da “Ərəfa və bayram günlərində Rəsulullah (s.a.s)-i ziyarət etmənin fəziləti” babında, Şeyx Səduq isə “Mən lə yəhduruhul fəqih”(2/431)-də nəql etmişlər.


Əllamə Abdullah Şübbar “Təsliyətul fuad fi bəyanil məvt vəl məad” kitabında “Şiələr xaricindəki insanlar analarının adları ilə çağrılacaqlar” fəsli tərtib etmiş və bu fəsildə bəzi rəvayyətlər qeyd etmişdir.Bunlardan birində deyilir: “…Qiyamət günü olduğu zaman şiələr xaricində olan insanlar analarının adları ilə çağrılacaqlar.Şiəmiz isə tər təmiz doğulduqlarından ötrü atalarının adları ilə çağrılacaqlar.” (“Təsliyətul fuad fi bəyanil mevt vəl məad”səh 162,”Darul aləmi” nəş.Beyrut)

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin