Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Folklorşünaslığın Sovet dövrü



Yüklə 110,53 Kb.
səhifə7/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   2   3   4   5   6   7   8   9   10   ...   41
Şifahi xalq ədəbiyyatı

9. Folklorşünaslığın Sovet dövrü
XIX əsrin sonu XX əsrin əvvəllərində yetişmiş ziyalıların repressiyasından sonra folklorun toplanması və nəşri işi, əsas etibarilə, AMEA Ədəbiyyat İnstitunun “Folklor” şöbəsinin üzərinə düşmüşdür. Bu şöbənin müdiri M.H.Təhmasibin rəhbərliyi altında Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar təşkil olunmuşdur. Şöbənin əməkdaşları Əhliman Axundov, Nurəddin Seyidov, Əli Sələddin, Səfurə Yaqubova bu işdə iştirak etmişdir. Görülən işlərin nəticəsində 5 cilddən ibarət “Azərbaycan nağılları”, 5 cilddən ibarət “Azərbaycan dastanları” çap olunur. Ayrı-ayrı aşıqların şeirlərindən ibarət kitablar bu dövrün xarakterik xüsusiyyətlərindəndir. 70-ci illər və 80-ci illərin əvvəllərində folklorun toplanması sahəsində durğunluq olsa da, 80-ci illərin II yarısında bu iş yeni vüsət almış və bu işdə gənc nəsil folklorşünaslardan O.Əliyev, R.Xəlilov, M.Qasımlı, M.İmanov, V.Nəbiyevin xüsusi rolu olmuşdur. Azərbyacan folklorşünasları bu dövrdə elmi araşdırmalarla da məşğul olmuşdur. M.İbrahimov,A.Nəbiyev, İ.Abbaslı, B.Abdulla və s. belə alimlərdəndir. Bu araşdırıcılar içərisində M.H.Təhmasibin “Azərbyacan xalq dastanları (orta əsrlər)” əsəri ayrıca yer tutur.
Sovet hakimiyyəti illərində folklorun toplanması və öyrənilməsi sahəsində müsbət meyllər olsa da folklorşünaslığımıza ciddi ziyanlar da vurulmuşdur. Onları aşağıdakı şəkildə sıralamaq olar.
Folklorun sovet ideologiyasına uyğunlaşdırılması
1.Folklordan dini motivlərin silinməsi
2.Folklorun sosializmin sinfilik (varlılar və kasıblar) prinsipinə uyğun olaraq saxtalaşdırılması və təqdimi.
3.Sovet hökümətini təbliğ edən saxta mətnlər düzəldilməsi.
4.Aşıq yaradıcılığının sovetləşdirilməsi.
5.Folklor qəhrəmanlarından ideoloji məqsədlərlə istifadə olunması və s.
Ən nəhayət Sovet folklorşünaslığı toplama işini sistemli şəkildə aparmamışdır. Səbəbsiz deyil ki, Azərbaycanın bir çox rayonlarında bu illər ərzində bir dəfə də olsun toplama işi aparılmamışdır. Bunun əsas səbəblərindən biri kadr çatışmamazlığı olmuşdur. Toplanan materiallar isə bir çox hallarda elmi prinsiplərə uyğun şəkildə çap olunmamışdır. Toplanan mətnin ədəbi dil normalarına salınması, mətnin dəyişdirilməsi, folklor adına qondarma mətnlər düzəldiməsi də bu dövrün xarakterik hadisələrindədir. Bütün bunlar ən yaxşı halda folklor haqqında yanlış təsəvvürlərdən qaynaqlanır.



Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin