Sillabus azərbaycan universiteti


Mövzular Tədris olunacaq mövzunun qısa planı



Yüklə 79,26 Kb.
səhifə5/12
tarix20.11.2023
ölçüsü79,26 Kb.
#166621
1   2   3   4   5   6   7   8   9   ...   12
M.Q. Dip. portret-BM-son

    Bu səhifədəki naviqasiya:
  • Tarix
Mövzular

Tədris olunacaq mövzunun qısa planı

Təlim nəticəsi

Qiymətləndirmə metodologiyası

Saat

Tarix

1

Azərbaycan milli diplomatiya məktəbi Ə.M.Topçubaşovun diplomatik-siyasi baxışları



Fənnin məqsəd və vəzifələri, müasir politoloji elmlər sırasında yeri. Dünya diplomatiyası klassikləri. Tarixdə şəxsiyyətin rolu. Azərbaycan dünya diplomatiyası orbitində.Diplomatik ənənələr və müasirlik. Ə.M.Topçubaşovun ictimai-siyasi görüşləri. Əlimərdan bəyin Türkiyəyə fövqəladə və səlahiyyətli səfir təyin olunması. Xarici işlər naziri və Azərbaycan Parlamentinin sədri seçilməsi.Diplomatik səlahiyyətlərinin genişləndirilməsi. Versal konfransında fəaliyyəti. Ə.M.Topçubaşovun Azərbaycanın tanınması uğrunda mübarizəsi. ADR-in süqutu. Ə.M.Topçubaşovun mühacirət dövrü fəaliyyəti.

T1,T2,T3, T4,T5, T6

Mühazirə, xəritə üzərində iş

2

18.09.23



2

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısıdır



Heydər Əliyev XX-XXI əsrlərin görkəmli Azərbaycan diplomatı və dövlət xadimidir. Sovet Azərbaycanına rəhbərliyi. Sovet hakimiyyətinin zirvəsində. Həyat və fəaliyyətinin Moskva dövrü. H.Əliyev müstəqil Azərbaycan dövlətinin başçısıdır. Azərbaycanın Qərb və Şərq siyasəti. Heydər Əliyev və Dağlıq Qarabağ problemi. Heydər Əliyevin Cənibi Qafqazda “balans siyasəti” və “neft diplomatiyası”. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin davamçısı, görkəmli dövlət xadimi və sərkərdədir. 44 günlük Vətən müharibəsi və beynəlxalq nəticələri.

T1,T2,T3, T4,T5, T6

Mühazirə, xəritə üzərində iş

2

25.09.23



3

Fransa diplomatiya məktəbinin baniləri: Arman Jan dü Plessi Rişelye və Ş.M.Taleyran- Periqorundiplomatik portretləri



Fransız diplomatiya məktəbinin ənənələri. A.J.Rişelyenin siyasi-hüquqi görüşlərinin formalaşması.A.J.Rişelyenin siyasi yüksəlişi. Fransanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəsi. Otuzillik müharibə dövrü fəaliyyəti.A.J.Rişelye və Fransanın ətrafında qüvvələr müvazinəti.“Siyasi vəsiyyətnamə” əsəri.
Ş.M.Taleyran-Periqor Fransa diplomatiya məktəbinin görkəmli yetirməsi və dövlət xadimidir. Siyasi yüksəlişi və diplomatik fəaliyyətiə başlaması. I Napoleonun siyasi yüksəlişində iştirakı.Almaniya və İtaliya siyasəti Kontinental blokada siyasəti. Reyn ittifaqı. İngiltərə və Rusiya ilə əlaqələri.Vyana konqresi dövrü diplomatik fəaliyyəti. Legitimizm prinsipinin irəli sürülməsi. Fransanın ərazi bötüvlüyünün qorunması.Diplomatik irsi. Xatirələri.

T1, T2, T3, T4, T5, T6

Mühazirə, xəritə üzərində iş

4

02.10.23
09.10.23



4

A.M.Qorçakov görkəmli rus diplomatı və dövlət xadimidir



A.M.Qorçakov klassik rus diplomatiya məktəbinin yetirməsidir. Təhsili və ictimai-siyasi görüşlərin formalaşması. Diplomatik fəaliyyətə başlaması. A.M.Qorçakov və Şərq məsələsi. Krım müharibəsi ərəfəsi və dövründə diplomatik fəaliyyəti. A.M.Qorçakov Rusiya imperiyasının Xarici işlər naziridir. 1871-ci il London konfransı və Rusiyanın Qara dənizdə itirilmiş hüquqlarının bərpası. Rusiya-Türkiyə müharibəsi dövrü Avropa diplomatiyası.San-Stefano müqaviləsi və Berlin konqresi dövründə diplomatik fəaliyyəti. Diplomatik-siyasi irsi.

T1,T2,T3, T4,T5, T6

Mühazirə, xəritə üzərində iş

4

16.10.23
23.10.23



5

Otto fon Bismark XIX əsrin görkəmli alman diplomatı və dövlət xadimidir

Otto fon Bismark klassik alman diplomatiya məktəbinin yaradıcılarından biri kimi. Təhsili və dünyagörüşü. Diplomatik görüşlərinin formalaşması.Avstriya, Rusiyavə Fransa diplomatiyası ənənələrini mənimsəməsi. Almaniyanın birləşdirilməsi siyasəti. O.Bismarkın "Preventiv müharibə" diplomatiya-sının mahiyyəti. Danimarka ilə münaqişə və nəticələri. Avstriyanın Alman İttifaqından çıxarılması. Fransa ilə müharibə və Almaniyanın birləşdirilməsinin başa çatdırılması. Frankfurt-Mayn sülh müqaviləsi. O.Bismarkın “Qitə diplomatiya”sının mahiyyəti. Avropada həribi-siyasi blokların təşkili. Berlin konqresi fəaliyyəti. Diplomatik-siyasi irsi.

T1,T2,T3, T4,T5, T6

Mühazirə, xəritə üzərində iş

4

30.10.23
06.11.23



6

Uinston Çörçill – XX əsrin görkəmli ingilis diplomatı və dövlət xadimidir


U.Çerçill ingilis diplomatiya məktəbinin görkəmli siyasətçisi və diplmatıdır. Təhsili və dünyagörüşü. İctimai-siyasi baxışlarının formalaşması və diplomatik fəaliyyətə başlaması.II dünya müharibəsi ərəfəsi və dövründə diplomatik fəaliyyəti.U.Çerçill və İngiltərə-ABŞ münasibətləri. Tehran və Yalta konfransları dövrü fəaliyyəti. SSRİ ilə münasibətlər. Ikinci cəbhənin açılması ətrafında diplomatik-siyasi mübarizə. Krım konfransında Almaniyanın gələcəyinə münasibət. Yaponiyaya qarşı müharibə. U.Çerçill və BMT-nin yaradılması. U.Çerçillin Potsdam və Paris sülh konfransları dövründə fəaliyyəti.Çerçill diplomatiya məktəbi: ənənələr və müasirlik.

T1,T2,T3, T4,T5, T6

Mühazirə, xəritə üzərində iş

4

13.11.23
20.11.23



7

XX əsrAmerikadiplomatiyaməktəbiningörkəmlinümayəndələrivədövlətxadimləri: C.F.Dalles, H.KissencervəZb.Bjezinski


XX əsramerikandiplomatiyaməktəbi: C.Dalles, H.KissincervəZb.Bjezinski. İctimai-siyasibaxışları. II dünyamüharibəsindən sonra ABŞ-ın beynəlxalqvəziyyətivədünyanıngücmərkəzinəçevrilməsi. C.DallesvəH.Kissincer ABŞ xaricisiyasətidarəsininrəhbərləridir. Müharibədən sonra ABŞ-ın AvropavəAsiyasiyasətininmüəyyənləşməsindəC.F.Dallesinrolu. San-Fransiskokonfransındavə BMT-ninyaradılmasıprosesindəiştirakı.C.Dallesin ABŞ-ın Dövlətkatibipostundafəaliyyəti.C.Dallesin diplomatik-siyasi irsi. «Müharibəvəsülh» əsərində dünya siyasətinin analizi.
H.Kissincer ABŞ-ın Dövlət katibidir. Yaxın və Orta Şərq regionu ABŞ diplomatiyası orbitində. H.Kissincerin Məkik diplomatiyası. «Nüvəsilahıvəxaricisiyasət» və "Diplomatiya" əsərləri.
ABŞ politoloqu Z.Bjezinskinin diplomatik-siyasi görüşləri. Siyasi karyerası. ABŞ prezidentləri C.Kennedi və C.Karter adminstrasiyalarında fəaliyyəti. ABŞ-ın milli təhlükəsizliyi konsepsiyasının hazırlanmasında iştirakı. Müasir beynəlxalq münasibət-lərin təhlili və böyük dövlətlərin siyasəti Z.Bjezinskinin tədqiqat prizmasında. ABŞ-SSRİ və ABŞ-Çin münasibətlərinin görünən və görünməyən tərəfləri ilə bağlı mülahizələri. “Böyük şahmat taxtası” və “Oyun planı” əsərlərində Avroasiya kontinentində baş verən hadisə və proseslərin təhlili. Rusiyanın gələcəyinə dair proqnozları. H.Kissincer, Z.Bjezinski və Heydər Əliyev.

T1,T2,T3, T4,T5, T6

Mühazirə, xəritə üzərində iş

6

27.11.23
04.12.23
11.12.23



8

Mustafa Kamal Atatürk müasir Türkiyə dövlətinin qurucusu və görkəmli dövlət xadimidir

Mustafa Kamalınsiyasibaxışları. Təhsilivədünyagörüşü. Türkiyəningələcəyinədairbaxışlarıvəhəmfikirləri.AnkarayagəlişivəTürkiyəBöyükMillətMəclisinərəhbərliyi. Sakarya zəfəri. 1923 cü il Lozannamüqaviləsivəşərtləri.M.K.Atatürkündövlətquruculuğusahəsindəaltıprinsipi: cümhuriyyətçilik, milliyyətçilik, xalqçiliq,dövlətçilik, dünyəvilikvəinqilabçiliq.TürkiyəninMillətlərCəmiyyətinədaxil olması, Balkan Antantası, Montröbogazları anlaşması, Saadabadpaktı, Hatay problemivə s.TürkiyəninŞərqdiplomatiyası. Türkiyə, İran, İraq vəƏfqanıstanla 1937–ci iliniyulundaTehrandaSaadabadpaktınıimzalanması.M.K.Atatürk vəAzərbaycan.QarsvəMoskvamüqavilələrininimzalanması. Naxçıvanməsələsi. N.Nərimanovvə Atatürk türkdünyasınınikigörkəmlixadimikimi.

T1,T2,T3, T4,T5, T6

Mühazirə, xəritə üzərində iş

4

18.12.23
25.12.23






Yüklə 79,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin