Universitet siyasəti universitet daxili nizam intizam qaydalarını əks etdirir.
Tələbələrin sinif otaqlarına vaxtında gəlməsi və bütün dərslərdə iştirak etməsi gərəkir. Dərsə gecikən və ya iştirak etməyən tələbə q\b alır.
Tədris edilən fənnin 25%- də iştirak etməyən tələbə imtahana buraxılmır və fəndən kəsilmiş sayılır.
Kollokviumda iştirak etməyən tələbələrə ciddi səbəb olmadığı təqdirdə yenidən kollokvium keçirilmir. Ciddi səbəb olarsa (xəstəlik haqqında arayış, ailə daxilində qəza və ya itki) tələbəyə yalnız bir dəfə ikinci şans verilir.
Sərbəst işlər, təqdimatlar və yazı nümunələrində plagiartın istifadəsi yol verilməzdir. Belə hal aşkarlandıqda “0” balla qiymətləndirilir.
11. TÖVSİYYƏ OLUNAN ƏDƏBİYYAT
11.1.Əsas ədəbiyyat:
1. Abbasbəyli A.N., Yusifzadə S.Z. Beynəllxalq münasibətlər tarixi. B.: 2009, 310 s. Dərslik beynəlxalq münasibətlər tarixinin ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinədək olan dövrünün hadisə və proseslərinin araşdırılmasına həsr olunmuşdur.
2. Abdullayev M. Beynəlxalq münasibətlər tarixi. XX əsr. B., 2004. Dərslikdə BMT-nin XX yüzilliyin başlanğıcından etibarən bütün əsr boyu dünya siyasətində baş verən mühüm hadisə və proseslərin təhlili verilir, problemlər səbəb-nəticə əlaqəli araşdırılır, habelə çoxqütblü, ikiqütblü və müasir təkqütblü dünya qaydasının aktual məsələlərindən bəhs olunur.
3. Baxışov M.Beynəlxalq münasibətlər tarixi. B., 2003.Dərslikdə müasir tarixin inkişafı gedişində beynəlxalq aləmdə cərəyan edən hadisələr daxili-xarici əlaqə kompleksində araşdırılır, I və II dünya müharibələrinin yaratdığı geosiyasi sistemlər və müasir dünya nizamı səciyyələndirilir.