Fənnin proqramı və həftələr üzrə bölünməsi
Tarix
|
Mövzuların adı
|
Mühazirə
(ayrılan saat)
|
Seminar məşğələsi (ayrılan saat)
|
Həftə 1
|
İqtisadiyyat haqqında anlayış və istehsalın iqtisadiyyatına giriş
|
2 saat
|
2 saat
|
Həftə 2
|
İstehsal anlayışı və istehsal amilləri
|
2 saat
|
2 saat
|
Həftə 3
|
Sahibkarlığın yaranma tarixi, məzmunu və əhəmiyyəti
|
2 saat
|
2 saat
|
Həftə 4
|
Sahibkarlıq fəaliyyətinin sferası
|
2 saat
|
2 saat
|
Həftə 5
|
Menecmentin nəzəriyyəsi və təcrübənin inkişafı
|
4 saat
|
4 saat
|
Həftə 6
|
Təşkilatın və menecment prosesinin elementləri
|
2 saat
|
2 saat
|
Həftə 7
|
Menecment sisteminin kommunikasiyası və onun təşkili
|
4 saat
|
4 saat
|
Həftə 8
|
Menecmentin funksiyaları
|
2 saat
|
2 saat
|
Həftə 9
|
Menecmentin metodları (üsulları)
|
2 saat
|
2 saat
|
Həftə 10
|
Menecment sistemində əsaslandırma
|
2 saat
|
2 saat
|
Həftə 11
|
Menecment sistemində nəzarət və tənzimlənmənin təşkili
|
2 saat
|
2 saat
|
Həftə 12
|
Menecment sisteminin strategiyası
|
2 saat
|
2 saat
|
Həftə 13
|
Menecment sistemində rəhbərlik və hakimiyyət
|
2 saat
|
2 saat
|
Həftə 14
|
Əmək kollektivində münaqişələr və onların həll olunma üsulları
|
2 saat
|
2 saat
|
Həftə 15
|
İstehsal menecmenti və innovasiya
|
2 saat
|
2 saat
|
Fənnin öyrənilməsi üçün metodika
Mühazirənin quruluşu
Mühazirə 90 dəqiqə müddətə nəzərdə tutulub. Tələbələr mühazirə zamanı mövzu haqqında müvafiq qeydləri apara bilərlər. Tələbələrin mühazirəni bütövlükdə yazmaq imkanı olmadığına görə, onlar mühazirəni elektron vasitələrdən istifadə edərək yaza bilərlər (mobil telefon, noutbuk, kamera və s.). Elektron vasitələri kurs nümayəndəsi tərəfindən mühazirə başlamamışdan əvvəl hazırlanır. Lakin dərs zamanı elektron vasitələrdən digər məqsədlər üçün istifadə etmək qəti qadağandır. Belə hərəkətə görə tələbə məsuliyyət daşıyır. Mühazirənin elektron variantını mühazirə müəllimindən və ya universitetin elektron kitabxanasından əldə edə bilərsiniz.
Mühazirə zamanı slayd materiallardan geniş istifadə olunacaq. Eyni zamanda paralel olaraq müəyyən məqamları misallarla izah ediləcək. Mühazirə zamanı tələbə qeyri-müəyyən qalan məqamları düzgün anlamaq üçün dərsin sonunu gözləmədən müəllimə müraciət edə bilər. Hər mövzu üzrə müvafiq ədəbiyyat siyahısı sillabusun axırıncı hissəsində verilmişdir. Əlavə olaraq, tələbələrin internet resurslarından istifadə etməsi məqsədəuyğun sayılır.
Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 % -dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır ( AR Təhsil Nazirliyinin əmri. Nazirlər Kabinetinin 24 dekabr 2013 tarixli, 348 saylı qərarı)
Seminar məşğələləri
Seminar məşğələsində mövzu üzrə müəyyən edilmiş və əvvəlcədən tələbələrin diqqətinə çatdırılmış seminar sualları üzrə sorğu-sual aparılır və hər bir tələbə fərdi olaraq mövzu üzrə təqribən 5-6 dəqiqə hazırladığı slaydlarla çıxış etməlidir. Öz növbəsində seminar müəllimi tələbələrə aydın olmayan məqamların olub-olmaması barəsində auditoriyaya müraciət etməli və qaranlıq qalan sualları cavablandırmalıdır. Tələbə seminar üzrə çıxışını bitirdikdən sonra digər tələbə yoldaşları onu əvvəlki mövzular üzrə sorğu-sual etməli və seminar müəllimi tələbənin təqdim etdiyi slayda və mövzunu mənimsəmə səviyyəsinə uyğun qiymətləndirməli, aldığı qiymət barəsində tələbəyə məlumat verməlidir.
Seminar dərsinin növbəti hissəsində müəllimin mövzuya uyğun hazırladığı riyazi məsələlərdən nümunələr işlənilməli, onların həlli qaydası tələbələrə izah olunmalı və növbəti dərs üçün tapşırıqlar verilməlidir.
Tələbələrə tövsiyəmiz: dərslərdə aktiv iştirak etmək, suallara cavab verməkdən çəkinməmək , sərbəst məntiqi fikirlər yürütməkdir.
Sərbəst işlər
Sərbəst işlərin təyin olunan vaxtda təqdim etməyiniz xahiş olunur. Sərbəst iş o zaman qəbul olunur ki, tələbənin işi haqqında tam məlumatı var və o əl yazma formasındadır. Əks təqdirdə iş qəbul olunmur və müvafiq olaraq ümumi baldan çıxılır. Gecikdirilmiş sərbəst işlər qəbul olunmur və qiymətləndirilmir. Lakin növbəti ayın balları hesablanarkən sərbəst işlər yuxarıda göstərilən şərtlərlə yenidən təqdim oluna bilər.
İmtahanda iştirak etmədiyiniz halda, səbəbindən asılı olmayaraq tələbəyə “gəlmədi” verilir. İmtahanla bağlı yaranan bütün problemlərin həlli üçün yaradılmış imtahan komissiyasına müraciət edilir.
Elan edilmiş fənn qiyməti (mexaniki və ya fənn qiymətinin hesablanmasında səhvlər xaric olmaqla) dəyişilmir. İmtahan qiymətinizdən narazı olduğunuz təqdirdə qiymət elan edildiyi andan imtahan komissiyasına müraciət edə bilərsiniz.
Əgər tələbə üzrlü və ya üzrsüz səbəblərdən dərsdə iştirak etməyibsə o, müəllimlə əvvəlcədən razılaşmaq şərti ilə buraxılmış dərsi ödəyə bilər.
Tələbələrdən dürüst və etik davranış tələb olunur.
Qiymətləndirmə
Fənn qiymətləri dərsdə iştirak, ev tapşırıqları, aylar üzrə bölünən sərbəst işlər, və mənimsəmə göstəriciləri nəzərə alınmaqla təyin olunacaqdır. Qeyd edilənləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Tapşırığın növü
|
Maksimal qiymətləndirmə
|
Çəkisi (tam qiymətin (%) faizi)
|
Dərsdə iştirak
|
10 bala qədər
|
10%
|
Sərbəst işlər(10 mövzu)
|
1 bal hər sərbəst işə
|
10%
|
Mənimsəmə göstəriciləri
|
30 bala qədər
|
30%
|
İmtahan balı
|
50 bala qədər
|
50%
|
Yekun imtahan balı
|
100 bala qədər
|
100%
|
Hər həftənin bazar ertəsi və cümə günü dərsin olmadığı saatlarda mənim məsləhət günümdür və istənilən tələbə 8:30–dan 17:00 qədər müraciət edə bilər. Zəruri hallarda mənimlə mobil telefon və ya internet vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Tövsiyə olunan ədəbiyyatlar:
1. İ.M. Abbasov, R.F. Sadıqov. Menecment dərs vəsaiti, 2013
2. K.A. Şahbazov və b. “Menecment” B., 2005
3. T. Quliyev “Menecmentin əsasları” B., 2001
4. Q. Qeybullayev “İdarəçiliyin-menecmentin əsasları” B., 2000
5. A.İ. İmranov, A.M. Mustafayev “Menecmentdə motivləşdirmə” B., 2014
6. S. Məmmədov və b. “İdarəetmənin əsasları” B., 2012
7. S.İ. Seyidov “Menecmentin psixologiyası” B., 2011
8. Ş. Ə. Səmədzadə “İstehsal menecmenti” B., 2016
9. M.C. Atakişiyev, Q.S. Süleymanov “İnnovasiya menecmenti” B., 2015
10. A.H. Tağıyev, İ.B. Əmirov “İnnovasiya menecmenti” B., 2014
Dostları ilə paylaş: |