Azərbaycan Dövlət Aqrar Universiteti
Aqrobiznes və idarəetmə fakültəsi
Aqrobiznes və menecment kafedrası
SİLLABUS
Sahə iqtisadiyyatı, menecment və marketinq
fənni üzrə tədris metodoloji istiqamət
Şifrlər və ixtisaslar:
Mühazirə müəllimi:
E-mail:
Mob:
Seminar müəllimi:
E-mail:
Mob:
Fənn haqqında məlumat
Kursun mənimsənilməsi üçün 60 saat (4 kredit) nəzərdə tutulmuşdur. Kurs semestr ərzində 15 həftəyə hesablanmışdır. Hər həftə 2 saat mühazirə, 2 saat seminar məşğələsinin keçirilməsi nəzərdə tutulub.
Fənnin məqsədi və məzmunu
Bazar münasibətləri şəraitində kənd təsərrüfatının inkişafı, istehsalın maddi texniki bazasının möhkəmləndirilməsindən, elmi-texniki tərəqqinin tətbiqindən, sərmayə qoyuluşunun həcmindən asılıdır.
Kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və kənd təsərrüfatının səmərəliliyinin yüksəldilməsinin təmin edilməsi ixtisaslı kadrların hazırlanmasından çox asılıdır. Bununla əlaqədar olaraq istehsalın iqtisadiyyatı kursunun dərindən öyrənilməsi çox əhəmiyyətli və vacib məsələdir. Məhz bu əsasda kənd təsərrüfatı fəaliyyətinin obyektiv qiymətləndirilməsi, qabaqcıl təcrübənin və əməyin təşkilinin yeni metodlarının uğurla tətbiq edilməsi mümkündür.
İstehsalın iqtisadiyyatı və menecment fənni iqtisadi elmlər sisteminin tərkib hissəsidir. Burada onun maddi nemətlərin istehsalı və paylaşdırılması sferasında insanların ictimai münasibətlərin müxtəlif tərəfləri öyrənilir.
İstehsalın iqtisadiyyatı və menecment fəninin tədris olunması iqtisadiyyatın tarixən formalaşması və həmin sahənin ardıcıl, dinamik inkişafı ilə əlaqədardır. Kənd təsərrüfatının ən vacib məsələsi torpağın becərilməsi xərclərinin, əmək və maddi-pul xərclərinin səmərəliliyinin artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əldə olunan məhsulun satışının təşkil edilməsidir. İqtisadiyyatda həyata keçirilən islahatların nəzəri cəhətdən dərk edilməsinin, istehsal-idarəetmə münasibətlərinin formalaşması üzrə əhəmiyyətli olan təkliflərin işlənməsinin, bazar münasibətlərinin inkişafının, sahə iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsini zəruri etdi. Platon idarəetməyə insanların ümumi qidalanması elmi kimi baxır və sübut edirdi ki, idarəetmə üzrə fəaliyyət cəmiyyətin həyat təminatı sisteminin əsas elementidir. O, göstərirdi ki, müdrik idarəetmə düşünülmüş qanunlar əsasında olmalıdır. Belə ki, qanunlar öz-özlüyündə hədsiz dərəcədə abstrakt doqmatikdir. Buna görə də onların əsasında hər bir konkret situasiyada düzgün qərar qəbul etmək mümkün olmur. Məhz bu səbəbdən fənnin tədris olunması kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə bağlı sualların çox böyük hissəsinə cavab tapmağa imkan verəcəkdir.
İstehsalın iqtisadiyyatı və menecment fəninin tədrisi 30 saat həcmində nəzərdə tutulmuşdur. Ondan 10 saat istehsalın iqtisadiyyatının, 20 saatı isə menecmentin öyrənilməsinə sərf olunacaqdır.
Dostları ilə paylaş: |