maşınını istəmə, verməz. İnanın, bu onların özlərinin xeyrinədir!
– Maşına oturub evə sürməzdən əvvəl siz oralarda şübhəli heç nə görmədiz ki? Bəlkə yadınıza
salasız?
Rauf gülümsədi:
– Siz heç təsəvvür eləmirsiz ki, o gecə yağış yağırdı. Yanyörəyə baxmağa imkan yox idi, qaçıb
maşına çatanacan, iliyimə qədər islanmışdım. Yaxşı, siz heç mənə demədiz axı, nə olub, nə
hadisə üz verib?
Əsgərov verdiyi sualların cavablarını yazıb qurtarandan sonra:
– Heç, – deyə fikri dağınıq halda cavab verdi. – Gecə kimsə heyvanxanada yaramaz işlər görüb,
indi gərək biz sizinlə qızıl kimi vaxtımızı buna sərf eləyək. – O, stolunun gözündən təmiz blank
götürüb saatına baxdı və vaxtı qeyd elədi ora. – Buyurun, bayıra çıxmaqçün icazə vərəqəsidir.
Çox sağ olun, əziyyət verdiyimizçün bir də üzr istəyirəm.
Rauf hamı ilə bir-bir əl verib xudahafizləşdi və kabinetdən çıxdı, amma qapını möhkəm
bağlamadı.
Koridorda heç kim yox idi, o, dəstəkdən tutub elə bir vəziyyətdə durdu ki, guya qapını açmağa
hazırlaşır. Əgər kabinetdən bir adam çıxsaydı, Rauf izah eləyə bilərdi ki, qayıdıb Əsgərovdan iş
yerinə verməkçün arayış alsın.
İçəridəki söhbət aydın eşidilmirdi və o, demək olar ki, heç nə başa düşə bilmədi, təkcə iki dəfə
qulağı “uşaq” sözü aldı, ancaq səs Əsgərovun səsi deyildi.
170
* * * Hər səhər maşını işə salmamışdan əvvəl Rauf küncdəki qabqacağın dalından yeddilitrlik
balonu götürür, ağzını açıb bir neçə saniyə ordakı cənnət suyunun iyini acgözlüklə içinə çəkirdi.
Kəhrəba rəngli bu qeyri-adi suyun tam yetişməsinə hələ bir aydan da çox qalmışdı və Raufun
onu gündə-gündə iyləməsi insana ləzzət verən əksər vərdişlər kimi qorxulu bir adət şəkli ala
bilərdi. Ala bilərdi, amma... Beşinci gün səhər poçtalyon qəzetlərlə bir yerdə Xalidə xanıma
məktub verməsəydi.
Xalidə əlində prokurorluqdan gəlmiş çağırış vərəqəsi mətbəxə girdi.
– Sənə gəlib! Hamısı düzdür, famil də, ünvan da. Xeyir ola, bu nədir?
– Gedib öyrənərəm! – Rauf arvadına əsəbi cavab verdi, amma əslində əsəbiləşib eləmirdi. –
Prokurorluğa kimi istəyirsən, çağıra bilərlər, burda mən qeyri-adi bir şey görmürəm. – O, qəzeti
götürüb açdı; yəni ki, söhbəti qurtardıq.
– Axırda elə belə olmalıydı, – deyə arvadı ürəyində fikirləşdiyini dilinə gətirdi. – Sən gərək
çoxdan bu işdən gedəydin.
Rauf hiss elədi ki, söhbəti yumşaltmağın vaxtı çatıb, sakit səslə soruşdu:
– Çoxdan, yəni nə vaxtdan?
– Hələ heç ora işə girməmişdən! – Xalidə xanım təzə qızışırdı, yumşalmaq fikrində deyildi. – O
vaxt hamı sənə xəbərdarlıq eləyirdi – atam da, Arif də, özümü hələ demirəm – getmə deyirdilər,
329 axırı yoxdur. Arifin adını çəkməklə o, özü də bilmədən vəkillə məsləhətləşməyi Raufun
ağlına saldı və Rauf fikirləşdi ki, ağıllı adam, hətta arvadla səhər söhbəti kimi mənasız
məşğuliyyətdən də nə isə bir xeyir götürə bilər.
– Atan mənə trestdən çıxmağı məsləhət görəndə mən heç mübahisə də eləmədim, ona çox
hörmətlə qulaq asdım və gözlədim ki, görüm əvəzində mənə nə təklif eləyir. Hələ də gözləyirəm.
Sizin ailədə hamı məsləhət verməyə ustadır. – Rauf arvadının üzünün ifadəsini müşahidə eləyə-
eləyə ürəyinin sözünü dedi.
– Düz demirsən, – Xalidə partladı yerindən. – Atam sənə o saat öz ixtisasın üzrə iş tapmağı təklif
elədi.
– Hə, nəbatat bağında gecə qarovulçusu.
– Xeyr, kiçik elmi işçi. Sən indi bu saat...
– Əgər akademik öz ali savadlı kürəkənini nəbatat bağına yarpaq yığmağa, ağaclara peyvənd
vurmağa göndərirsə, normal adamlar bunu şikəst kürəkənin gecə qarovulçusu işləməsi kimi başa
düşürlər.
Kürəkənin isə köməyə ehtiyacı yoxdur. Onun insani münasibətə ehtiyacı var. Siz bunu başa
düşmədiz. Allaha şükür, öz əlimlə hər şeyə nail oldum. Əlbəttə, mən nə akademikəm, nə də
kosmonavt, adi qulluqçuyam, bundan artıq mənə lazım da deyil. Ailəmi dolandırıram, ya yox?
Ay sağ ol! Qalanının sənə dəxli yoxdur. Yadımda deyil, kimdirsə, yaxşı deyib: hər cür zəhmət –
şərəfdir.
– Sizin trestdəki Nəcəfovu şərəfli zəhmət üstündə on il basdılar, getdimi? Onun konyak spirtiylə
çıxartdığı hoqqalardan bütün qəzetlər yazmışdı.
171
– Tamahkar idi. Onu tamah yıxdı – deyə Rauf izah elədi. – Elə adamlarla mənim heç bir əlaqəm
yoxdur və heç olmayıb da. Mənim işim xammalı bölməkdir. Hansı sənədi yoxlayırsan yoxla,
mənim şöbəmdə – düppədüz, tonuna söz ola bilməz. Məndə hər şey ölçülübbiçilib, haqq-hesabı
var. Odur ki, sən heç narahat olma. Mən heç vaxt ilişmərəm.
Xalidə:
– Hamı sənin kimi fikirləşir, amma yenə görürsən, hardasa ilişir, – dedi. – Bu gün yox – sabah
bu işdə yox – başqa işdə... Sən gəl mənim məsləhətimə qulaq as...
– Lazım deyil. – Rauf dalğın halda arvadının sözünü kəsdi. O, artıq başqa şey barədə fikirləşirdi.
– Mən səninçün Arif deyiləm, öz işlərimi özüm birtəhər yoluna qoyaram. Lazım deyil.
– Arifin arvadı ilə hesablaşmağında, onun məsləhətini eşitməyində mən heç bir pis iş görmürəm.
– Xalidənin yadına neçə il əvvəl olmuş bir əhvalat düşdü, başladı gülməyə. Arif etiraf eləyirdi ki,
həmin əhvalatdan sonra onda arvadının müdrikliyinə böyük bir inam yarandı.
Xalidə ilə Rauf Bolqarıstana toy səfərindən qayıdanda Moskvadan Bakıya Arif və arvadı Sima
ilə bir kupedə gəlirdilər. Sima mülayim, balacaboy, yapışıqlı bir qadın idi; üç gündə yol boyu
cəmi bir neçə dəfə səsi eşidildi. Söhbətə qarışmırdı, oturub dinməzcə qulaq asırdı, sual-zad da
vermirdi. Onun təmkini, qayğı və diqqəti Raufun çox xoşuna gəlmişdi, hətta onu Xalidəyə
nümunə də göstərdi.
Amma o, bir dəfə səsini qaldırdı.
Sima ilə üzbəüz oturmuş Rauf heç təəccüblənməyə macal tapmamış, o, cəld yerindən sıçrayıb
koridora çıxdı, pəncərənin qabağında dayanıb təbiətin gözəlliklərini seyrə dalmış Arifə yanaşdı
və əlini yavaşca onun çiyninə toxundurub tələb elədi ki, başını pəncərədən bayıra çıxartmasın.
Arif kənara çəkilib ona da yanında yer elədi. Sima əvvəlki səslə tələbini bir də təkrar eləyəndə,
Arif ciddi, amma nəzakətlə xahiş elədi ki, onu rahat buraxsın.
– Eşidirsən, başını çək, deyirəm – Sima zəndlə ərinə baxırdı. – Məsləhət görürəm!
Əla məsləhət idi – heç bir dəqiqə keçmədi ki Arifdən başqa, hamı buna əmin oldu, çünki Arif
huşunu itirmişdi; qonşu vaqonun pəncərəsindən atılan qarpız onun düz kəlləsinə dəymişdi.
Onu kupeyə aparıb yerinə uzatdılar. Dostlarının və arvadının qayğısı sayəsində o, yavaş-yavaş
özünə gəldi.
Qarpız zərbəsindən sonra Arifin səhhətində heç bir ciddi dəyişiklik baş vermədi. Yeganə
dəyişiklik o oldu ki, bu zərbənin nəticəsində gənclik illərinin sirdaşı, ən yaxın dostu Raufun təsiri
altından çıxdı və həmin gündən etibarən Sima ilə məsləhətləşməmiş həyatda bir addım da
atmadı.
Sonralar məlum oldu ki, Sima ilə Rauf bir-birini qəti həzm eləyə bilmirlər: bunu hər iki dost hiss
elədi və tədricən get-gəlləri kəsildi, bir-birinin evindən ayaqları çəkildi.
Axırıncı dəfə onlar iki il əvvəl görüşmüşdülər; uzun fasilədən sonra, küçədə hüquq
məsləhətxanasının qabağında təsadüfən 331 rastlaşmışdılar. Arif məsləhətxanadan çıxıb maşına
tərəf gedirdi.
172
Rauf az qala ötüb keçəcəkdi onun yanından, ilk baxışda köhnə dostunu tanıya bilməmişdi – Arif
ahıllaşmışdı, saçları əməlli-başlı ağarmışdı. Rauf elə bil birdən ayıldı, dönüb çağırdı onu. Arif
artıq sürücünün yanında oturmuşdu, qapısını örtməyə hazırlaşırdı. O, səsə çönüb Raufu görəndə
geniş alınlı iri sifətinə dərhal bir qətiyyətsizlik ifadəsi çökdü və az sonra da çəkilib getdi. O,
maşından özünə çox arxayın bir adam kimi, gülər üzlə düşdü, amma Rauf onun əlini sıxanda
bilirdi ki, bu ağır yerişin, bu arxayın baxışın arxasında, yəni Arifin tünd-qonur bəbəyinin
dərinliyində, uzun illərdən bəri özünə yuva salmış bir qorxaqlıq gizlənib və bu qorxaqlıq həyatda
bütün istəklərinə çatmağı bacaran Arifin səyinə baxmayaraq, həmişə onun canında, qanında
qalacaq.
Rastlaşmaqlarına sevindi və Raufun xoşuna gəldi bu. Söhbət əsnasında Rauf hiss elədi ki, keçmiş
dostunun işləri əla gedir, amma, bununla belə, bir də qəsdən soruşdu ki, indi o, nə işindədir.
Arif başının işarəsi ilə girəcəyində qızılı hərflərlə yazısı olan iri qara lövhə asılmış hüquq
məsləhətxanasının birmərtəbəli binasını – son otuz il ərzində Arifin vəkillik fəaliyyəti burda
keçmişdi – göstərib dedi ki, bu günlərdə onu müdir təyin eləyiblər. Arif təmkinli danışır, özünü
çox sadə aparırdı, amma Rauf hər ehtimala qarşı onu bir balaca pərt eləyib yerində oturtmaq
üçün aylıq qazancının miqdarını deyəndə, təkəbbürlə gülümsədi və üzünə elə ifadə verdi ki, guya
ürəkdən acıyır ona. Halbuki, maaşı ilə vəkillik qonorarını üst-üstə gələndə Arifin qazancı az
deyildi.
O görüşdən sonra iki il keçmişdi və bu müddət ərzində Arifi ancaq bu gün xatırladı, o da
Xalidənin köməyi ilə. Və dərhal qərara gəldi ki, Əsgərovla görüş ərəfəsində qeyri-rəsmi
məsləhət üçün ən münasib vəkil məhz Arifdir.
Yapma, naxışlı tavanı və məxmər asılmış hündür pəncərələri olan işıqlı, iri qəbul otağında təkcə
cavan katibə oturmuşdu. Qız qəzet oxuyurdu və Rauf içəri girəndə qəzeti büküb bir qırağa
qoydu.
O, xoş bir təbəssümlə, nəzakətlə danışırdı, amma Rauf öz köhnə dostunun yanına işgüzar
söhbətçün gəldiyini bildirdisə də, onu ancaq on-on beş dəqiqədən sonra içəri buraxmağa razılıq
verdi.
– Yanında adam var? – deyə Rauf təəccüblə soruşdu.
– Heç kim yoxdur, amma bu vaxt o məşğul olur. Mən hətta telefon zənglərini də kabinetə
keçirmirəm. Tez qurtarar. Siz buyurun, əyləşin... Ay yoldaş, hara?
Əgər Rauf Arifi kabinetdə lüt görsəydi, yəqin ki, daha az təəccüblənərdi – məsləhətxananın
müdiri, iri qədim stolun arxasında oturub yeyirdi.
Raufun gəlişi elə bil onu qəti təəccübləndirməmişdi, ağzındakı tikəni çeynəyə-çeynəyə başını
bircə dəfə elə əda ilə tərpətdi ki, həm karıxmış halda Raufun dalınca kabinetə girən katibəni geri
qaytardı, həm də yanına vaxtsız gəlmiş dostunu salamladı. Bu hərəkəti stolun arxasına dəvət
kimi başa düşən Rauf keçib Ariflə üzbəüz oturdu. Yerini yaxşıca-yaxşıca rahatladı və yalnız indi
son görüşlərindən sonra dostunun nə qədər dəyişdiyini gördü. Arif xeyli sınıxmışdı. İşığını
itirmiş gözlərinin altı tuluqlanmışdı, üzünün sümüyü çıxmışdı. Qabağındakı süfrədə də ürəkaçan
bir şey yox idi.
Nazik dilimlərlə doğranmış qara çörək, holland pendiri və bir də bişmiş çuğundurdan, kökdən və
pomidordan hazırlanmış tərəvəz salatı – vəssalam.
173
– Mən də deyirəm, görən bu nə işlə məşğuldur ki, yanına adam buraxmırlar! Cürbəcür maraqlı
fikirlər gəldi ağlıma. – Rauf söhbətə zarafatla başladı.
Zarafat Arifin deyəsən xoşuna gəlmişdi. Buterbrodunu yeyəyeyə gülümsədi və onun ağappaq
dişləri Raufun nəzərindən yayınmadı; bu mirvari dişlər də son illərin məhsuluna oxşayırdı.
– Mən də deyirəm ki, yəqin kişi oturub kabinetdə özüçün qızıl balıq yeyir, ya da heç olmasa,
ləvəngi, üstündən də əla “Şirvan” konyakı vurur, divanda da ki, bu saat dənizdən çıxmış təptəzə
ağ balıq. Amma öz aramızdır, zövqün pis deyil. Adı nədir onun?
Arifdən səs çıxmadı, tikəsini udub, cəld qapıya tərəf baxdı.
– Başın xarabdır? Qızımız yerindədir! – Raufun onunla mübahisə eləmək fikri yox idi.
– Onda elə götür qızlığa, – dedi. – Halvaçı qızı daha şirin... Xeyir ola, kökə keçmisən?
– Pəhrizdəyəm, – Arif könülsüz cavab verdi. – Hər saat yarımdan, iki saatdan bir mütləq nəsə
yeməliyəm, lap bir tikə olsa da, yeməliyəm. – Başı ilə yeməyini göstərdi, – buna bənzər bir şey,
uzun sözün qısası, şəkərim var.
– Özündən söz çıxarma, səndə şəkər-zad yoxdur, – Rauf çox ciddi etiraz elədi: həm Arifə ürək-
dirək verməkçün, həm də yaşıdlarından ciddi xəstə olduqları barədə bir söz eşidəndə, bu onun
özünə də yaman pis təsir eləyirdi və belə deməklə elə bilirdi ki, qovur xəstəliyi. – Sən mənə
qulaq as. Əvvəla, ürəyin nə istəyir, qorxma, ye getsin, sonra da ki, dərmanı-zadı qoy qırağa, gör
dönüb təzədən iyirmi yaşında cavan oğlan olursan, ya yox. Həkimlərə qəti qulaq asma. Əşşi, heç
bilirsən Nazim Qiyasbəylinin atasının başına onlar nə oyun açdılar? O da sənin kimi, həkim
deyib durmuşdu, nə verirdilər – xeyirdir, ziyandır – atırdı ağzına, hələ iynə də vurdururdu.
Axırı bir gün elə öz qapılarının ağzında huşunu itirib tirtap dəydi yerə. Sonradan məlum oldu ki,
kişidə şəkər-zad yoxmuş, bunlar da onu iynə ilə, dərmanla az qalıbmış halvalıq eləsinlər.
– Bura bax, saxla görüm, – Arif onun sözünü kəsdi. – Mən biləni, axı Nazimin atası ölmüş ola
gərək.
– Ölməyinə ölüb, amma şəkərdən yox. O dediyim hadisədən üç il sonra ürəyindən getdi,
əziyyətsiz-filansız – bir dəqiqənin içində, gül kimi – heç cınqırı da çıxmayıb. – Rauf özünü
itirmədi. – Mən sənə söz deyirəm: bunları qoy bir qırağa, hələ indiyə kimi bir adam pəhrizdən
xeyir görməyib.
– Qoy qırağa, deməklə döyül, analiz var, zad var... – Arif çəngəlbıçağı nimçəyə qoyub söhbəti
dəyişdi: – Mənimki məlumdur, səndə nə var, nə yox?
– Elə ona görə gəlmişəm yanına, – Rəşid gülümsündü – bir məsələ var, səninlə məsləhətləşmək
istəyirəm. Burda qayda necədir, qonorarı əvvəl verirlər, yoxsa axırda?
– İşdə dolaşmısan?
– Dayan bir görüm, – Rauf kəsdi onun sözünü. – İndi sən də başlayacaqsan:
“Mən hələ onda demişdim sənə” və sairə və ilaxirə.
174
Qorxub-eləmə, işdə hər şey öz qaydasındadır, həmişə də öz qaydasında olacaq.
– Təki, elə olsun, amma, məncə, qabaqcadan çox çətindir demək, sabah nə olacaq. – Arif gələcək
barədə öz fikrini ona çox ciddi bildirdi.
– İndi başqa dövrdür, məsələlər mürəkkəbdir.
– Saxla, saxla, sən Allah, – Rauf turşutdu üz-gözünü. – Mənim dövrlə, zamanla işim yoxdur. Gəl
mətləbdən uzaq düşməyək – vaxtım azdır. Saat yarımdan sonra Əsgərovun yanında olmalıyam.
Arif Raufun söhbətinə diqqətlə, axıra kimi qulaq asdı, bir dəfə də sözünü kəsib-eləmədi. Rauf
danışıb qurtarandan sonra da o, xeyli dinməzcə oturub fikrə getdi, nəhayət, təəccüblə soruşdu:
– Axı buynuz sənin nəyinə lazımmış?
Arif kimi təcrübəli hüquqşünasdan Rauf daha ağıllı sual gözləyirdi.
– Tutaq ki, kolleksiya toplayıram. Bir dəqiqəlik təsəvvür elə ki, mən buynuz yığıram, qəribə
gəlir sənə?
– Nə buynuzu?
– Hər cürün. Ev heyvanlarının, yırtıcı heyvanların. Bunun məsələyə bir dəxli var?
Arif bir an fikirləşib:
– Məncə, yırtıcıların buynuzu olmur, – dedi. – Müstəntiq yanına gedəndə hər şeyin dəxli var.
Səni kim keçən dəfə dindirib?
Əsgərov? Arıq, balacaboy?
– Hə, Əsgərov – Rauf quru cavab verdi. “Dindirib” sözü onun xoşuna gəlməmişdi. – Bura bax,
burda elə bir ciddi məsələ yoxdur.
Allaha şükür, özün yaxşı bələdsən mənə. Bilirsən ki, mən bütün işlərimi əvvəlcədən elə qururam
ki, sonra başağrısı çəkməyim – bunlar hamısı öz yerində. Amma indi bir-iki məsələni səninlə
dəqiqləşdirmək istəyirəm.
– O Əsgərov yaman çürükçüdür. – Arif fikirli-fikirli çallaşmış bığlarını tumarladı. – Demək
istəyirəm ki, nahaq ona sən yalan satmısan.
Çünki xeyri yoxdur yalanın. Görürsən, ikinci dəfə çağırıb səni.
Deməli, əlinə nə isə təzə fakt keçib... İndi səndən əl çəkməyəcək.
Rauf hirsləndi:
– Sən də yaxşı, qorxutma məni. Nə olsun ey, yalandır da, demişəm!
Nə bilirsən, bəlkə mən elə onu da qabaqcadan ölçüb-biçmişəm!
Hə? Sonradan lazım olsa deyim ki, təcrübəsiz olduğumçün qorxumdan yalan danışmışam.
175
– Durduğu yerdə o səni ikinci dəfə çağırmazdı.
– Bu dəfə gedib hər şeyi ona nə təhər olub, elə də danışaram.
Vəssalam-şüttəmam! Səninlə elə bu barədə məsləhətləşmək istəyirəm.
Mən deyim, sən yaxşı-yaxşı fikir ver: nə qapı, nə pəncərə sındırılıb, deməli, zorakılıq olmayıb –
bu bir! Kərgədanın hayı gedib, vayı qalıb; o qədər qocalıb ki, ağzının suyu axır – bu iki! Heç
bilirsən, kərgədanlar neçə il yaşayırlar? On beş il! Mənimkinin bu 335 yaxınlarda on altı yaşı
tamam olub. Hətta mən onu vurub öldürsəydim də, bundan heyvanxanaya bir elə ziyan
dəyməzdi. Onsuz da təzə heyvanxana üçün iki dənə cavan kərgədan yazıb gətirdirər.
Tüfəng də öz adımadır; hər bir kağızı, filanı yerindədir – bu da üç.
İndiyə kimi nə həbsdə olmuşam, nə də məhkəməyə düşüb işim – nəhayət, bu da dörd! Mən hər
şeyi qabaqcadan ölçüb-biçmişəm, götür-qoy eləmişəm – ona söz ola bilməz! Yaxşı, indi özün de,
nə eləyə bilərlər mənə? Hə? Uzaqbaşı cərimədir də! Cəhənnəmə ki, qoy eləsinlər.
– Bir, ya iki il, şərti iş də verə bilərlər. – Rauf bunu çox ciddi dedi. – Əzizim, başının altına
yastıq qoyub, aldatma özünü, sən fikirləşdiyin qədər də kiçik məsələ deyil bu.
– Razıyam, – Rauf söhbəti mübahisəyə döndərmək istəmədi.
– Mən onsuz da qazancdayam. Sən mənə de görüm, neyləyim ki, bu işin başağrısı az olsun,
uzanmasın.
– Düzü, mən birinci dəfədir ki, belə bir işlə qarşılaşıram, – deyə Arif etiraf elədi. – Əvvəlcə gəl
sakit-sakit baxaq görək, sən nə oyun çıxartmısan?! Gecə yarısı biletsiz, heyvanxananın ərazisinə
girmisən və qəfəsdə saxlanan nadir heyvanın bədəninin bir hissəsini icazəsiz mənimsəmisən,
yəni dövlət idarəsinin balansında olan əmlakın bir hissəsini.
– Qəribə adamsan, gecəyarısı heyvanxanada bilet satırlar?
– Rauf özündən çıxdı. – Biletin məsələyə dəxli yoxdur, o heç!
– Hər şeydən əvvəl, müttəhimin niyə, nə məqsədlə belə bir iş tutduğunu bilmək istəyəcəklər...
– Özünsən müttəhim. Sənə bayaq dedim, nə məqsədlə.
– Kolleksiya yığmaq məqsədilə? Çox pis. Bu da elə varlanmaq kimi bir şeydir, yenə də
məsuliyyətə cəlb olunmalısan. Yox, əgər sübut eləyə bilsən ki, kərgədan sənin üstünə hücum
çəkib, sən də məcburiyyət qarşısında qalıb belə bir iş tutmusan, onda vəziyyət dəyişir.
– Yaxşı, – Rauf saatına baxdı. Müstəntiqlə görüşünə hələ çox qalırdı, dəlləkxanaya getməyi
qərara aldı. – Sonra zəng vurram sənə.
Məndən Simaya salam de. Amma xahiş eləyirəm, bu məsələ barədə onunla məsləhətləşmə.
Arif çiyinlərini çəkib:
176
– Məsləhətləşmə deyirsən, məsləhətləşmərəm. Amma ona desəm, mütləq bir çıxış yolu tapar.
Bilirsən, mən hərdən məəttəl qalıram ki...
Rauf Arifin sözünün dalına qulaq da asmayıb ayağa durdu.
Onun yanına keçdi və əli ilə saçını qarışdırdı. O, başa düşdü ki, bu görüşün, bu söhbətin heç bir
xeyri yoxdur, amma gəlməyinə təəssüflənmədi.
Çünki uzun fasilədən sonra bu gün, burda, Arifin kabinetində hiss elədi ki, dünya nə qədər
dəyişir-dəyişsin, Arif də vəzifədə nə qədər irəli gedir-getsin, onların münasibətində hər şey
olduğu kimi qalır. O, Arifdən yenə də üstündür, yenə də irəlidir. Bu hiss, bu duyğu Raufun bəsi
idi.
– Sağ ol. Bir-iki günə mütləq zəng vurram sənə!
– Hara, bir dayan görək, – deyə Arif narazı halda saçını tumarladı.
– İndi birdən elə ağlıma gəldi ki, bəlkə Əsgərov bu dəfə səni heç heyvanxana məsələsinə görə
çağırmayıb, başqa söhbəti var.
Birdən idarə işlərinə görə olar ə? Bilirəm xoşun gəlmir sənə o barədə söz deyəndə, amma sən,
hər halda, bir fikirləş.
– İdarədə hər şey qaydasındadır. – Rauf əsəbiləşdiyini büruzə verməyib bir də təkrar elədi: – qol
çəkdiyim sənədçün mən başımla cavabdehəm.
– O heç, aydın məsələdir. – Arif üzünü turşudub səsini qaldırdı.
– Sənəd öz yerində, amma işlər görürsən çox vaxt orda yazıldığı kimi getmir. Guya sən özün
bilmirsən o sənədlərin əsl qiymətini?!
Bu işlər var ey, hamısı bir-biri ilə bağlıdır, hər şeyi də qabaqcadan nəzərə almaq, tədbirini
görmək qeyri-mümkündür. Yəni demək istəyirəm ki, sən oturmusan burda, amma hardasa, heç
Bakıda yox, başqa bir şəhərdə sizin o idarə ilə əlaqədar elə bir iş çıxır ortalığa ki, sənin ondan
xəbərin də yoxdur.
Rauf əli qapının dəstəyində dedi:
– O barədə sən qəti narahat olub-eləmə. Bizdə hər şey elə möhkəm, elə əsaslı qurulub ki, bir
kəlmə o yanı-bu yanı ola bilməz.
– Çoxları belə fikirləşirdi, – deyə Arif burnunun altında mızıldadı.
– Hamısını görə-görə gəlmişik. Ömür vəfa eləsə, bundan sonra da hələ görəcəyik.
Onun bu sözü Raufu heç açmadı, qayıdıb bayaqkı yerində oturdu.
O, hiss elədi ki, Arifin sözündə qayğıdan çox, onun həyatdakı 337 mövqeyinin bir elə də
möhkəm olmadığına eyham var. Raufu isə bütün yan-yörəsi ciddi, işgüzar bir adam kimi
tanıyırdı, özünə görə onun adı-sanı var idi.
177
– Bura bax, sən mənim işim barədə elə danışırsan, elə bil qanunsuzluqda- zadda şübhələnirsən
məndən. – Rauf bu sözləri təkcə Arifə yox, sanki arvadına da, arvadının bütün qohum-əqrəbasına
da deyirdi. – Əclafam, əgər ömrümdə bir adamdan bir manat rüşvət istəmişəmsə, ya da dövlətə
beş qəpiklik ziyan vurmuşamsa.
– Yəni, deyirsən, sən maaşla dolanırsan? – Arif onun fikrini tamamladı. – Lap yaxşı. Dostları ilə paylaş: |