Rauf heç vaxt imkan verməmişdi ki, Arif onu dolasın, indi də imkan vermək fikrində deyildi.
Ona görə də Arifin sözünə istehza ilə güldü:
– Burda söhbət maaşdan getmir, mənim əzizim – və əlavə elədi:
– nə mənimkindən, nə də səninkindən. O ki qaldı mənim qazancıma, bu saat deyim sənə mən nə
təhər qazanıram, onda özün görəcəksən ki, adamı bunun üstündə ittiham eləmək çox çətindir.
Mənim işim nədən ibarətdir? Əsasən xammalı bölüşdürməkdən.
Vəssalam. O xammala isə indiyə kimi nə bir dəfə əlim dəyib, nə də onun üzünü görmüşəm;
daşıyan da, alan da başqa adamlardır. Mənə ancaq bir şey məlumdur ki, müəssisənin planı
doldurmağı həmin defisit malın vaxtında alınmasından asılıdır. Aydın oldu?
– Daha bundan aydın nə ola bilər? Xammal defisit, müəssisə isə çox, kimə nə çatacaq – o da
sənin əlində.
–Nə olsun? Nə pis iş var burda?.. Özün bilirsən ki, mən səndən qorxub eləmirəm, ona görə də
yalan danışmağa, həqiqəti gizlətməyə ehtiyacım yoxdur. Dediyim odur ki, mən indiyə kimi
ömrümdə heç kimdən bir qəpik istəməmişəm, ya kimsəni məcbur eləməmişəm ki, gətirib mənə
pul versin – olmayıb belə şey.
– Özləri gətirirlər?
– Özləri, – deyə Rauf təsdiq elədi. – Bir həftə, ya görürsən, bir ay keçəndən sonra gətirirlər. Dilə
tuturlar, qılığıma girirlər ki, götürüm. Çox xahiş, minnətdən sonra, götürürəm. Azdır, çoxdur –
saymıram, zərfi alıb qoyuram cibimə.
Arif qaşlarını çatıb, eyhamla soruşdu:
– Yaxşı, bəs heç elə vaxt olurmu ki, xammal hamıya çatsın?
– O qədər olur, tez-tez, hələ o biri kvartala ehtiyat da qalır.
– Rauf gülümsədi. – Onda hamı öz payını artıqlaması ilə alır... Bəs necə?! Düşmən deyiləm ki,
istehsalata. Mal çox oldu, mənə də xeyirdir, hamı gəlib bir-bir təşəkkürünü eləyir, gedir.
– Onlar bəs bilirlərmi ki, xammal hamıya çatıb?
Arifin bu sualına o, çox quru cavab verdi: – Heç kim borclu deyil, bu barədə onlara məlumat
versin. Heç mənim də borcum deyil... Hə, indi de görüm, səncə nədir bu – rüşvətdir, yoxsa
yaxşılıq?
– Bütün bunları sən mənə nahaq danışdın, mən belə şeyləri bilməməliyəm.
178
Axı hər halda, mən dövlət adamıyam, özüm də halhazırda iş başındayam, idarədəyəm.
Rauf dostunun bu miskin fəndini o saat başa düşdü və dərhal kəsdi yolunu:
– Sualıma cavab vermədin. Bir yurist kimi de görüm, mənim hərəkətimdə risk varmı?
– Dəxli yoxdur, bu cinayətdir.
Rauf əlini qaldırıb:
– Dayan, dayan, – dedi, – biz başqa şey haqqında danışırdıq...
Belə şeyin üstündə ilişə bilərəm, ya yox?
– Xəbər tutsalar...
– Kimnən? – Raufun hövsələsi lap tükənmişdi, onun sözünü ağzında yarımçıq qoydu. – Bura
bax, sən o nəzəriyyəni qatla qoy bir qırağa, indicə danışdığım məsələni ikicə adam xəbər verə
bilər – bir mən, bir də rüşvət verənin özü. Biz də min il qala, istəmərik ki, başqa bir adam bu
işdən xəbər tutsun. Elədi, elə deyil?
– Elə olmağına elədir, – deyə Arif etiraz elədi. – Amma yazılmamış qanunlar da var axı; insan
gec-tez bütün cinayətlərinin cəzasını alır. Yadımdadır, biz Sima ilə...
– Vallah, savadın qıcqırıb sənin – deyə Rauf təəssüflə bildirdi.
– Əgər sən deyən kimi olsaydı, bəşəriyyətin yarısı indi qazamatda idi... Kişi kimi düzünü de, əlli
yaşına çatmısan, bu vaxta kimi elə bir adama heç rast gəlmisənmi ki, o, düppədüz, qanun
çərçivəsində yaşasın? İşdir rast gəlsən, zəng vur mənə, onun adını yazıb yadigar saxlayıb,
gələcək nəsillərçün. Amma nahaq yerə özünə əziyyət vermə, hamı, görürsən, hardasa bir fənd
işlədir; kim necə bacarır – inan mənə.
Arif razılaşmadı:
– Bir qismi ola bilər, hər halda hamı yox.
– Məsələn, sən, hə? – deyə Rauf gülümsədi.
– Bəli, sən Allah, riyakarlıq elədin, burda özgə adam-zad yoxdur.
Evlənməyini yadına sal. Qanunla ərizəni ZAQS-a verəndən sonra gərək bir ay gözləyəydin, elə
deyil? Sizin kəbininizi bəs neçə gündən sonra kəsdilər? Elə həmin günü.
– Bu, cinayət deyil – Arif, nədənsə, qulaqlarına kimi qıpqırmızı qızardı. – Lazım gəlsə, evlənmə
qaydalarını bu cür pozmağı müstəsna hal kimi izah eləmək olar. Özün bilirsən ki, vəziyyət elə idi
ki, başqa çıxış yolu yox idi. Məzuniyyətimiz bir vaxta düşmüşdü, bir də...
– Düzdür, tamamilə haqlısan, – Rauf əlüstü razılaşdı. – Neyləyəydin, “məzuniyyət”, filan, “çıxış
yolu yox”... İnsan deyilik, başa düşməyə nə var?! – Birdən o, Arifin yavaş-yavaş necə zavallı bir
görkəm aldığını gördü və onu sıxışdırdığına görə bir az peşman oldu. – Sən məni bağışla, amma
söhbət sizlərdən gedəndə, “müstəsna hal” deyirsiz buna, belə ki, məndən gedir – cinayət olur.
179
– Sizlərdən? – Arif onun işlətdiyi bu sözü xüsusi vurğu ilə təkrar elədi. – Maraqlıdır, görəsən
“Siz” deyəndə sən kimləri nəzərdə tutursan?
– Ümumiyyətlə deyirəm, – Rauf da dostuna tərəddüdlə baxdı.
– Mənim səndən bir xahişim var. Çox ciddi xahişdir. Yerinə yetirərsən?
Arif cavab əvəzinə, çiyinlərini çəkib qaşqabağını salladı; yəni ki, qəti heç bir söz vermək
fikrində deyil, amma Rauf bundan pərt olub eləmədi.
– Xahiş eləyirəm səndən, çalış ki, aramızdakı yaxınlıqdan heç kəs xəbər tutmasın. Başa düşürəm,
“müstəsna hal”dır və sairə və ilaxıra. Amma camaat başa düşməyə də bilər, rüsvayçılıq olar.
Onun nə demək istədiyi Arifə çatmadı, təəccüblə soruşdu:
– Nə rüsvayçılıq? Sözünü bir açıq de görək, kimdən danışırsan?
Rauf sonuncu zərbəni endirməzdən əvvəl rəqibinin çaşqınlığından doyunca həzz almaq üçün o
dəqiqə cavab vermədi, bir an susdu.
– Sizdən, mənim əzizim, sizdən – səndən və sənin o ağ balığından.
Ay sağ ol. Ən yaxşı cavab susmaqdır. İndi daha mən səndən 340 arxayınam... Amma əhsən,
əhsən sənə, hətta mənim kimi ürəkli adam bu boy-buxunda, bu gözəllikdə qızı qorxardım katibə
götürüm.
Əhsən, min yaşa! Vəssalam, mən getdim, tələsirəm. Sonra zəng vurram sənə, gözlə zəngimi!
* * * Rauf öz ləyaqətini boş, əsassız şübhələrdən kişi kimi, xüsusi məharətlə qoruyub saxlaya
bilmişdi, ona görə də hüquq məsləhətxanasından kefi kök çıxdı. Amma, bununla belə, qəlbinin
dərinliyində bir umu-küsü var idi. Rauf tez-tez özünə belə bir sual verirdi: bir para adamlar kimi
o da ailəsini atsaydı, ya da gedib, qayınatasının boynunda otursaydı, bax, bu Arif kimi, boş
şeylərin üstündə onu məzəmmət eləyən adamlar – məsələn, qayınatası, onların qohuməqrəbası,
tanış-bilişləri, bəzi paxıl dostları görəsən, onun haqqında nələr fikirləşərdilər?! Bəlkə də lap daş-
qalaq eləyərdilər. Arvadının valideynlərinin ona olan münasibətini ədalətsizlik kimi
qiymətləndirən Raufa ən çox yer eləyən o idi ki, qayınatası, qayınanası da başqalarına
münasibətdə özlərini böyük bir ürək genişliyi ilə aparırdılar.
Məsələn Rauf onların Qərib Məlikzadə adlı keçmiş qohumlarına necə qayğı ilə yanaşdıqlarının
dəfələrlə şahidi olmuşdu.
Halbuki, bu gülməşəkər Məlikzadəni köçəri həyat tərzi üzündən, bir də içki düşkünü olduğu
üçün qayınanasının doğma bacısı atıb getmişdir. Hər dəfə o, geoloji ekspedisiyadan qayıdanda
evdə az qala toy-bayram olurdu, elə bil zalım uşağı unutmuşdu ki, arvadının Qəribi atması ilə
onları bağlayan o yeganə tel də qırılıb və indi onların arasında heç bir qohumluq əlaqəsi yoxdur
və ola da bilməz, yəni bu Qərib Məlikzadə onlar üçün büsbütün yad adamdır. Bu müntəzəm
görüşlərin necə deyərlər, birinci hissəsi heç olmasa müəyyən bir ədəb-ərkan daxilində keçirdi.
Düzdür, burda da ağlı başında olan adama qəribə görünən məqamlar az olmurdu. Məsələn,
Qəribcan cibindən cürbəcür çirkli daşlar çıxardırdı və onlar bu daşları əllərinə alır, qeyri-adi bir
maraqla o yan-bu yanına baxır, bir-birinə ötürürdülər. O cümlədən Kamilə və Raufun uşaqlarına
da (uşaqlar da ki, getdikcə daha çox Kamilin təsiri altına düşürdülər). Görüş 341 mərasiminin
ikinci hissəsinə isə dözmək çətin idi – adamın ürəyi bulanırdı. Məlikzadə əvvəlcə xırıldaya-
180
xırıldaya öz sevdiyi mahnılarını oxuyurdu, sonra da huşunu itirənəcən araqdan vurub bütün
gecəni səhərə kimi professorun kabinetində yatıb qalırdı; halbuki başqalarına, hətta evin
adamlarına da bu kabinetə icazəsiz girmək qədi qadağan idi. Axırda Rauf dözməyib günlərin
birində qayınatasından Qəribə olan bu qeyri-adi hörmət və məhəbbətin səbəbini soruşanda, o
gülümsəyib izah elədi ki, Qərib istedadlı mütəxəssisdir, amma bir para ciddi maneələr qoymur
ki, o, öz imkanlarından istifadə edə bilsin; buna görə də həyatda az-çox bəxti gətirən dostların
köməyinə Qəribin hədsiz ehtiyacı var. Qoca söhbəti hərləyib-fırlayıb axırda elə gətirdi ki, guya
ruhdan düşüb bədbinliyə qapılmış bu pak və istedadlı vücud, başıboş, cibi dolu, mənasız
adamlardan qat-qat yüksəkdə dayanır. Qayınatası bu sözləri ilə əgər Raufu sancmaq məqsədi
güdürdüsə, şübhəsiz ki, öz arzusuna nail ola bilmişdi, onun köhnə yarasının gözünü qoparmışdı.
İşgüzar dairələrdə Rauf əbəs yerə güclü adam kimi tanınmırdı.
– O, möhkəm inadı və çevikliyi sayəsində hətta qayınatası kimi ciddi bir rəqibinin zərbələrinə də
tab gətirirdi. Düzdür, aldığı zərbələrdən əvvəlcə bir balaca səndələyirdi, amma sonra tez özünü
ələ alıb, əks zərbələr endirə bilirdi. Son illər isə qayınatası qocalmışdı, hücumları zəifləmişdi,
odur ki, Raufun vəziyyəti xeyli yaxşılaşmışdı.
Taleyin hökmünə bax ki, məhz qayınatasının sayəsində o, misilsiz bir iksirin sahibi olmuşdu. Bu,
yadına düşən kimi Raufun dərhal kefi kökəldi, üzü güldü. O, artıq dəlləkxanaya çatmışdı.
Ağasəfa yox idi. Onun yerində özgə bir dəllək müştərisinin başını yuyurdu. Avtandil əlində bir
qalaq dəsmal yan otaqdan çıxdı, Raufla hal-əhval tutandan sonra ona xəbər verdi ki, Ağasəfa
xəstələnib, bəs neçə gündür işə çıxmır.
Rauf:
– Mən elə bildim ki, növbəsini səhv salmışam, – dedi. – Nə olub ona? Soyuq dəyib?
– Yox. Soyuqdəymə döyül. Srağagün gəlmişdi. Əlləri əsir, başqa sən deyən elə bir xəstəliyi
yoxdur. – Avtandil öz xidmətini birbaşa təklif eləməməkçün dolayı yolla soruşdu: – Elə-belə baş
çəkməyə gəlmişdiz ona?
– Elə-belə yox, işim vardı – Rauf Avtandilə bir balaca şübhə ilə baxdı və fikirli-fikirli çənəsini
ovuşdurdu. – Vacib görüşüm var, dedim üzümə bir maya qoydurum. Yaxşı deyil, adam arasında
belə çıxım. – Rauf böyük bir riskə gedirmiş kimi tərəddüdlə kresloya oturdu. – Nə olub görən
əllərinə onun? Bərk əsir?
– Necə deyim, əsir də. Qoca adamın əli necə əsər, onunku da elə. – Avtandil soruşub-eləmədən
Raufun üzünə isti dəsmalla kompres qoydu, sonra sabunlayıb ülgücü aldı əlinə. – Ağasəfanın
xəstələnməyi mənim heç yadıma gəlmir. O yaşda kişi, maşallah, cavanlardan qıvraqdı. O gün
birdən gəlib ki, filan-peşməkan, bəs, daha işləyə bilmirəm.
– Keçib gedər, əşşi. Mən də deyirəm, görən nə olub. Bir həftədən sonra, sən indi baxarsan,
çıxacaq işə.
– Allah eləsin... Amma o, sözü deməsin, dedi a, fikrini çətin dəyişir. Nə qədər dilə tutduq – mən
də, müdir də, elə hamımız – yola gəlmədi, yox ki, yox, çıxıram təqaüdə, vəssalam! Mən, deyir
bələdəm öz əlimə, başladı əsməyə, qəbirəcən düzələn döyül. Çıxıram təqaüdə.
– Necə yəni təqaüdə? – Rauf həqiqətən məəttəl qaldı. – Kim, Ağasəfa?
181
Avtandil kədərlə gözlərini aşağı dikib:
– Bəli, – dedi. – Onun getməyi bizimçün, yəni bütün dəlləklərçün çox böyük zərbədir.
Müdirimiz iki gündür bir yerdə qərar tuta bilmir. Mənim yanımda, adı nədir, o ictimai təminat
idarəsinə zəng vurdu, Ağasəfa dayının fərdi təqaüd məsələsiyçün... Ona düşür.
Sən demə, kişinin bir dənə “Şərəf nişanı” ordeni, iki dənə də, Fəxri fərmanı varmış – özü də Ali
sovetinki. Bu neçə vaxtı mən bunları bilməmişəm.
– Təqaüd-zad boş söhbətdir. Mən özüm danışaram onuynan. Sən onun ev telefonunu mütləq
verərsən mənə.
Avtandil:
– Baş üstə, – dedi. – Bu şənbə kollektivimiz Ağasəfa dayının təqaüdə çıxmağı münasibətilə
“Gülüstan”da yaxşı bir banket verir.
Mestkom da hədiyyə üçün pul ayırıb. Mestkomun ayırdığı öz yerində, hər usta da cibindən əlavə
pay qoyur. Hədiyyəni banketin axırında bağışlayacağıq. “Gülüstan” da ki, özünüz bilirsiz də,
aləm yerdir, 343 qızların oynamağı ləzzət eləyir adamçün, varyeteni deyirəm, elə arxitekturası da
zordur, sovremyonnudur. İstəsəz siz də gəlin:
şənbə günü, “Gülüstan”a, axşam 9-da.
– Çox sağ ol. Çətin gələ biləm... Mən, demək olar ki, heç restorana getmirəm. İldə, iki ildə bir –
o da qəbula-zada, məcbur oluram. Yoxsa durum ki, restorana gedirəm, özü də şənbə günü axşam
– heç vaxt. Xətrimə ləzzətli yemək düşəndə şəhərdən qırağa çıxıram.
Avtandil hər şeyi başa düşən adam olduğunu göstərməkçün:
– Hə də, sizin kimi adamlarçün, yaxşı döyül, – dedi. – Mən də, düzü, axır vaxtlar hörmətli
yoldaşlara, vəzifə adamlarına restoranlarda az-az rast gəlirəm.
Rauf daha səbəbini xırdalamadı:
– Məsləhət deyil, – dedi. – Hədiyyə üçün adama neçə qoymusuz?
– Ustalar iyirmi manat, şagirdlər beş-beş. Avtandil “iyirmi”ni fəxrlə, xüsusi vurğu ilə dedi. –
Şagirdlərdən əvvəlcə pul götürmək istəmirdik, gördük, inciyirlər, götürdük. Ağasəfa dayının
xətrini hamı çox istəyir.
– Ağasəfa yaxşı kişidir, – deyə Rauf onun sözünə qüvvət verdi.
– Restorana mən gələ bilməyəcəyəm, amma mütləq zəng vurub görüşəcəyəm onunla.
Avtandil daha bir söz deməyib gülümsədi – yəni ürəyi geniş adamsan – əllərini yuyub, onun
üzünü masaj eləməyə başladı. Rauf oturub öz-özünə fikirləşirdi ki, qəribədir. Ağasəfanın
xəstələnməyi onu niyə kədərləndirmir? Masajdan və soyuq kompresdən sonra o, dəlləyin işinə
xəyalən çox yüksək qiymət verdi.
Avtandil şkafın gözündən qəşəng bir ətir şüşəsi çıxardıb dedi ki, Ağasəfa gedəndə Raufun
odekolonunu ona verib, istəyirsə, bundan da vursun üzünə. Raufun yadına düşdü ki, bir azdan
182
müstəntiqin yanına gedəcək, ona görə də xahiş elədi, “Balefre”nin yerinə “Svejest” vursun. Öz
odekolonunu isə götürmədi. Bu da o demək idi ki, gələcəkdə də bu dəlləyin yanına gəlmək
fikrindədir.
Avtandilin zəhmət haqqının üstündə Rauf iyirmi beş manat da Ağasəfanın hədiyyəsi üçün qoydu.
O, çox da verə bilərdi, amma bu, dəlləklərin heysiyyətinə toxuna bilərdi. O, indi birdən
Ağasəfanın vəziyyətinə acıdı, amma bu barədə heç nə deməyib Avtandil- 344 lə xudahafizləşdi
və küçəyə çıxdı. Bərk isti idi, bir az da rütubət var idi havada, üzü dərhal istidənmi, rütubətdənmi
– bəlkə də hər ikisinin təsirindən – tərlədi və bu vaxt niyəsə balonun içindəki iksirin ətri yadına
düşdü. Bir ürəyindən keçdi ki, qaraja gedib doyunca o ətri sinəsinə çəksin, amma o saat da
daşındı bu fikirdən, çünki vaxta az qalırdı, on beş dəqiqədən sonra Əsgərovla görüşməli idi.
Müstəntiqin yanında kimsə var idi. İçəridən kişi səsi gəlirdi. Nə danışdıqları aydın eşidilməsə də,
Rauf hər ehtimala qarşı geri çəkildi – kənardan baxan elə fikirləşməsin ki, o, içəridəki söhbətə
xəlvət qulaq asır. Bir neçə dəqiqədən sonra qapı açıldı; əvvəlcə əlində qovluq olan kök hirsli
podpolkovnik çıxdı, onun dalınca isə mayor. Mayor da hirsli idi, amma qovluq yox idi əlində. O,
kandarda ayaq saxladı, dönüb otaqdakı həmsöhbətinə nəsə dedi, amma Rauf bircə “heyvanxana”
kəlməsini aydın eşidə bildi və bu qərara gəldi ki, bayaqdan içəridə söhbət ondan gedirmiş.
Podpolkovnik cibindən dəsmalını çıxartdı, tərini sildi və çuğundur kimi qıpqırmızı qızarmış
üzünü qovluqla yelləməyə başladı. O:
– Bundan sonra mən maqnitofonsuz danışmayacağam onunla, – dedi, amma sözünün dalını
saxladı, çünki mayor onun qolundan tutub gözü ilə Raufu göstərmişdi.
Onlar Raufun lap yanından keçdilər və podpolkovnik astadan nə isə bir söyüş də söydü.
Rauf başını qapıdan içəri salanda, müstəntiq pəncərəni açıb otağın havasını dəyişirdi. O, Raufla
çox mehriban görüşdü. Pəncərənin pərdəsi ilişmişdi, onu düzəldə-düzəldə Əsgərov işarə elədi ki,
Rauf stul çəkib otursun. Rauf bir istədi gedib kömək eləsin ona, amma sonra fikirləşdi ki,
Əsgərov bunu istintaq altında olan adamın yaltaqlığı kimi başa düşər, fikrindən vaz keçdi.
Müstəntiq öz yerində yox, gəlib Raufla üzbəüz oturdu.
– Nəfəs almaq mümkün deyil, – dedi, – xahiş eləyəcəksən ki, papiros çəkməyin, daha pis –
onsuz da çəkəcəklər, hələ üstəlik inciyəcəklər də səndən. Baxmayın ki, oturmuşuq kabinetdə,
işimiz ağırdır. Bir söz deyim sizə, çox hörmətli bir yoldaşın evini soyublar.
Familini daha demirəm, mənim ixtiyarım yoxdur buna, vəzifəm qoymur, amma inanın mənə, çox
məşhur adamdır. Bütün şəhər dəyib bir-birinə. Sizcə bu işi aparmağı, yəni cinayətkarları tapıb,
345 onları tutmağı kimə tapşırıblar? Düzdür, əlbəttə, Əsgərova. Dörd gün bundan əvvəl iki dənə
maşın oğurlanıb, özü də biri hökumət maşınıdır. Bunlardan başqa, yenə bir cəncəl iş – ağır bədən
xəsarəti ilə; hadisə “Moskva” restoranında institut tələbələrinin – 1970-ci il buraxılışının yubiley
banketində olub. Bu da çox ciddi məsələdir. – Əsgərov gileyli-gileyli Raufa baxdı, o da üzünün
ifadəsi ilə dərhal təəssüfünü bildirdi. – Bunları sizə mən niyə danışıram? Bilirsiz?
Açığını deyim bu saat sizə. Mən sizinlə tanış olandan sonra baş vermiş hadisəni bir də diqqətlə,
ətraflı öyrəndim, düzü, incidim sizdən.
Öz-özümə fikirləşirəm ki, görəsən mən bu adama nə pislik eləmişəm ki, indi acığını çıxır
məndən? Bilirsiz, ümumiyyətlə, belə şeylər olur, nə vaxtsa birini incitmisən, amma özün hiss
eləməmisən bunu, bilərəkdən olmayıb. Açığını deyin, sizin şəxsən məndə bir hayıfınız yoxdur
ki? – Əsgərov gözlərini karıxıb qalmış Raufun düz gözlərinə zillədi.
183
Rauf dili dolaşa-dolaşa:
– Nə danışırsız, hayıf, – dedi. – Məncə, biz sizinlə əvvəllər heç rast da gəlməmişik bir-birimizə.
– Onda, bəs niyə kömək eləmək əvəzinə daha da çətinə salırsız məni, işimi ağırlaşdırırsız! Elə öz
işinizi də. Ən yaxşısı, – açıq, səmimi etirafdır, xüsusən də ilk dəfə cinayət işlətmiş adamçün. Bəs
siz neylirsiz? Hər şeyi nə təhər olub, elə də boynunuza almaq əvəzinə, məni məcbur eləyirsiz ki,
bu qədər vacib işlərimi bir qırağa qoyub, təzədən bir elə şahidi dindirim, nə var, nə var, məlum
bir şeyi – ziyanı heyvanxanaya sizin vurduğunuzu sübuta yetirim. Halbuki, siz özünüz bunu açıb
deyə bilərdiz mənə. Ciddi, abırlı adamlarıq biz, gərək inanaq, etibar eləyək bir-birimizə. – Hiss
olunurdu ki, Əsgərov həqiqətən dilxordur. O, əlini yelləyib ayağa durdu, stolunun üstündəki
mineral sudan stəkanına töküb Raufa uzatdı. Rauf imtina elədi, xətri su istəmirdi, onda müstəntiq
stəkanı çəkdi başına.
Rauf ona baxa-baxa öz-özünə fikirləşirdi ki, çətin, gərgin işin yorub əldən saldığı bu adam
qətiyyən hiyləgər tülküyə oxşayıb eləmir, əksinə, onun keçmiş məktəb dostu, vəkil Musazadədən
qatqat xoş təsir bağışlayır.
– Keçən dəfə mən düz eləmədim, boynuma alıram. Gərək elə onda hər şeyi olduğu kimi
danışaydım sizə. Desəm, inanmazsan, 346 itirmişdim özümü, amma nahaq, burda axı nə cinayət
var? Əgər mən hökumətə, ya da bir adama ziyan vursaydım, o başqa məsələ.
– Elə mən də onu deyirəm də, – deyə Əsgərov dərhal onun sözünə qüvvət verdi. – Siz nə bank
yarmısız, nə də qız zorlamısız, nə də sizə belə bir ittiham verən var. O xata ki, sizin əlinizdən
çıxıb, olan işdir. Bu kabinetdə işlərə baxılıb ki, sizinki onların yanında salma çay kimi bir şeydir
– qarışdır, iç... Siz heç təsəvvür eləmirsiz ki, məni necə sevindirdiz. Mən həmişə deyirəm ki,
normal adamlar bir-birilə əvvəl-axır dil tapırlar. – O, danışa-danışa siyirtməsindən bir neçə dənə
nömrələnmiş vərəq çıxardıb Raufa uzatdı. – İstəyirsiz – götürün, verəcəyiniz ifadəni özünüz
yazın, yox, çətindirsə sizinçün, deyin – mən yazım.
– Çətin niyə olur?! – Rauf incidi. – Heç bir çətinliyi yoxdur. – O, vərəqləri alıb qarşısına qoydu.
– Mən o mənada deyirəm ki, – Əsgərov başladı izah eləməyə:
– Mənimçün asandır, təcrübəm çoxdur. – O, Raufun çiyninin üstündən onun yazısına baxdı. –
Xəttiniz əladır. Xahiş eləyirəm, hər şey nə təhər olub, elə də yazın, nə qədər ətraflı yazsaz, bir o
qədər yaxşıdır. Mən də, sizin icazənizlə, çıxım koridorda bir az gəzinim, ayaqlarım açılsın. –
Əsgərov qapını arxasınca örtməzdən əvvəl son dərəcə nəzakətlə dedi: – Bir xahişim də var,
zəhmət olmasa, çalışın ki, düzəliş eləməyəsiz.
Rauf yarım saatın içində kolleksiya toplamaq azarına tutulmuş bir nəfərin, yəni özünün,
heyvanxana sərgüzəştini üçcə vərəqəyə yazıb qurtardı. İzahatın məzmunu təxminən belə idi: o,
müxtəlif heyvanların buynuzlarından ibarət olan kolleksiyasını artırmaq məqsədilə, gecəyarısı
heyvanxananın ərazisinə girmiş, ordakı kərgədanın büsbütün çürümüş buynuzunu mişarlamış və
beləliklə də dilsiz-ağızsız qoca heyvanı dözülməz iztirabdan qurtarmışdır: elə bir intizardan ki,
diş ağrısının insana verdiyi əziyyət onun yanında yalandır. Axırda da çox səmimi ifadələrlə
yazmışdı ki, o yuxarıda göstərilən hərəkəti üçün xəcalət çəkir və taqsırını boynuna alır, eyni
zamanda bu məsələyə baxılarkən onun ləkəsiz keçmişinin nəzərə alınmasını xahiş edir.
İzahatı yazarkən Raufun bircə narahatçılığı var idi, özü də lap ilk cümlələrdən, o da “kolleksiya”
sözü sarıdan. Yadına sala bilmirdi ki, bu sözün düz yazılışı necədir. Amma tezliklə yaxşı bir 347
|