Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə27/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

ürəyi yumşalır və ətrafdakılara da xoş bir söz demək keçir könlündən. Amma əynində son dəblə 

tikilmiş gözəl kostyum olan 27-28 yaşlı bu yaraşıqlı cavan prokuror nəinki Raufun ümidlərini 

doğrultmadı, əksinə, hətta öz çıxışı ilə ona çox iyrənc təsir bağışladı. 

 

O, əvvəlcə çox nəzakətlə, ədəb-ərkanla başladı: gülümsəyərək dedi ki, hələ məktəbi təzə bitirib, 



hüquq fakültəsinin ilk kurslarında oxuduğu vaxtdan Arif Göyçaylı kimi təcrübəli və istedadlı 

vəkilin məharətinə, biliyinə heyrandır və onun bugünkü çıxışını eşitməsəydi, uzun müddət də 

heyran olacaqdı, lakin hörmətli vəkil bir az bundan əvvəl müttəhimin hərəkətlərini az qala adi, 

qərəzsiz bir nadinclik kimi qələmə verməyə çalışanda, illərlə yaranmış o gözəl təəssüratı öz əli 

ilə vurub dağıtdı. 

 

Prokuror dedi ki, onun fikrincə, müttəhim öz şəxsi xeyri üçün əxlaq normalarını tapdalamaqdan 



çəkinməyən cinayətkarlardandır. 

 

Bu gənc karyeristin düşüncə tərzinə dərhal nüfuz edən Rauf başa düşdü ki, onu heyvanxanaya 



vurulmuş ziyan hər şeydən az narahat eləyir. Onun atılıb düşməyi, belə bəlağətlə mənəviyyatdan, 

əxlaqdan dəm vurmağı öz savadını, paklığını gözə soxmaqdan ötrüdür; Raufun hesabına xal 

yığmaq istəyir. Rauf bunu dərhal hiss elədi, amma hiss eləməyinin nə faydası? – bu ona heç nə 

vermirdi. Arvadının və kənar adamların yanında oturub özü haqqında belə təhqiramiz sözlər 

eşitmək çox ağır idi. Prokuror çıxışının ortasında 367 məhkəmənin katibindən quşun fotoşəklini 


 

200


oturanlara göstərməyi xahiş elədi və dedi ki, belə bir nadir quşun oğurlanması neçə-neçə alimin 

işini yarımçıq qoyub, elmə çox böyük ziyan vurub. 

 

Prokuror Rauf haqqında yarım saat da bu cür danışandan sonra üzünü hakimə tutub, Cinayət 



Məcəlləsinin iki müvafiq maddəsinə əsasən onu beş il həbs cəzasına məhkum etməyi tələb elədi. 

 

Raufun əvvəlcə danışmaq fikri yox idi, amma prokurorun nitqi onu elə qəzəbləndirmişdi ki, 



hakim ondan sözü olub-olmadığını soruşanda, dərhal başını tərpədib danışmaq istədiyini bildirdi. 

O, ayağa durdu, amma o saat danışmadı; prokurorun qapıya tərəf getdiyini görüb özünü 

itirmişdi, sanki birdən-birə deyəcəyi bütün sözlər yadından çıxmışdı. Yavaş-yavaş iradəsinin 

zoruna özünü ələ aldı, nəhayət, sıxıntı tamam çəkilib getdi və Rauf danışmağa başladı: 

 

– Baxın! Siz bir ona baxın! – Öz səsi özünə yaman gur gəldi, sonra öyrəndi ki, demə, doğrudan 



da çox bərk danışırmış, hətta Xalidəyə elə gəlirmiş ki, o, mikrofona danışır. – Görürsüz çıxıb 

gedir! Məhkəmə necə qurtaracaq, nə hökm çıxaracaq, onunçün heç bir əhəmiyyəti yoxdur, beş il 

qazamata saldırmaq istədiyi insanın taleyi də onu qəti maraqlandırmır! – Hamı prokurora tərəf 

döndü. 


 

Prokuror qıpqırmızı qızardı və durduğu yerdəcə donub qaldı. 

 

O, hakimə baxdı – yəni bu nə deməkdir, hakimsə müttəhimin nə deyəcəyini gözləyirdi, çünki 



Rauf hələ bir şey deməmişdi. 

 

Prokuror keçib yerinə qayıtmağa xeyli vaxt sərf elədi; bu dəqiqələrin hər biri elə bil Raufun 



ürəyindən bir tikan çıxarırdı. 

 

İndi o, məmnuniyyətlə vaxtın uzanmağını istəyirdi. 



 

– Möhtərəm prokuror yoldaş, görünür, beş ilin nə demək olduğunu bilmir. Beş ilə adamlar 

institut qurtarıb ali təhsil alırlar. Beş ilə böyük-böyük şəhərlərə su kəməri çəkilir, hətta 

müharibənin özü cəmi dörd il davam eləyib, bu möhtərəm prokuror yoldaş isə arvadı, uşağı, 

ailəsi olan bir insanı, nə az, nə azacıq, düz beş il müddətinə qazamata salmaq istəyir. Nəyə görə? 

– Rauf zala göz gəzdirdi, gördü ki, ona diqqətlə qulaq asırlar. – Soruşuram sizdən, nəyə görə? 

Hətta şəkildə də görünür ki, bu nə qartaldır, nə də tovuz quşu, çox murdar, iyrənc bir quşdur, 

amma ona bir ətək pul verib alıblar; özü də valyuta veriblər. Bəs bu cinayət deyil, dövlətin 

pulunu götürüb atasan çölə, nə var, nə var qotur bir quş alıram, sonra da ona xaricdən yem 368 

gətirtdirəsən: onu da valyutaya?! Bizim möhtərəm prokuror yoldaş deyir ki, mən onu yemişəm! 

Böhtandır! Məgər bizdə aclıqdır ki, mənim kimi bir adam əlinə nə keçdi yesin? Tutaq ki, elə mən 

yemişəm onu. Buna görə məni beş il qazamata salmaq lazımdır?.. 

 

Düzü, məəttəl qalmışam ki, belə bir cavan adamı prokuror qoyublar. 



 

Axı o, nə görüb hələ? Heç nə, həyat nədir, xəbəri yoxdur. Onun yaşıdları dünyanın o başında 

BAM tikir, elektrik stansiyaları tikir, dənizdən neft çıxarır, o isə institutu qurtaran kimi şəhərin 

lap mərkəzində işə düzəlib, prokuror olub ki, adamları nahaqdan qazamata bassın. Hələ 

yoxlamaq lazımdır görək, o bu işə necə düzəlib və kim düzəldib! – Axırıncı cümləni Rauf qısa 

fasilələrlə, yavaş-yavaş tələffüz elədi və ona görə də onlar ayrı cür səsləndi. 

 

– Sonra da ki, yoldaşlar, siyasi cəhətdən savadlı olmaq lazımdır, qəzet oxumaq lazımdır. Gəlin 



fikirləşək görək bütün bu iş kimin xeyrinədir, kimlərçün göydəndüşmədir? Məni oğurluqda 

ittiham eləyəndən sonra, o quş barədə mən hər şeyi öyrəndim. Onun adı kividir, özü də Yeni 

Zelandiyada yaşayır. O quşlardan orda o qədərdir ki, nə deyim, bəzi pinti evlərdəki tarakan 


 

201


qədər... Ordakıların günü qaradır onların əlindən, gecələr evlərə soxulub, yeməli nə gördülər, 

oğurlayırlar. – Rauf məhkəmənin üzvlərinə baxdı. – Ordakılar eşitsələr ki, o quşun üstündə 

günahsız bir insana beş il iş verilib, bizim barəmizdə nə fikirləşərlər?! Soruşuram, nə 

fikirləşərlər?! 

 

Sözlər özləri hardansa axıb gəlir, yağ kimi Raufun dilinə yatırdı. 



 

O, danışır və danışdıqca da hiss eləyirdi ki, onun hər sözü dərhal ürəklərə yol tapır, şüurlara həkk 

olunur, o görürdü ki, bütün zal diqqətlə ona qulaq asır və nə qədər danışsa qulaq asacaq. Bu, nə 

isə yeni, ona qətiyyən tanış olmayan bir hiss idi. Yalnız uşaqlıq çağlarında yuxuda uçduğu 

zaman buna bənzər bir hiss keçirirdi; qorxu qarışıq sevinc hissi. 

 

Rauf çıxışını qurtarıb oturdu. O, gözləyirdi ki, indi kimsə – ya hakim, ya prokuror, kəskin 



danışdığı üçün onu məzəmmət eləyəcək, amma eləmədilər. Aralığa sükut çökmüşdü. Hakim 

iclasçılardan pıçıltı ilə nə isə soruşdu və sonra Raufa müraciət elədi: 

 

– Siz özünüzü günahkar sayırsızmı? 



 

Sual o qədər gözlənilməz idi ki, yeganə düzgün cavab onun ağlına o saat gəlmədi. Nəhayət, o, 

özünü ələ alıb ucadan, qətiyyətlə: 

 

– Bir tərəfdən baxanda, hə, o biri tərəfdən isə, yaxşı-yaxşı fikirləşəndə, əlbəttə ki, yox, – dedi və 



hakim gözlərini yumub başını ağır-ağır tərpətdi; yəni o, hər şeyi məhz Raufun istədiyi kimi başa 

düşdü. 


 

Məhkəmədə həyəcanlanmış Raufu salondakıların öhdəsinə buraxıb məşvərətə getdi. Raufa elə 

gəlirdi ki, indi salonda əsasən onun təəssüfünü çəkən, ürəyiyanan adamlar oturublar. Elə bu 

məqamda onun fikrini təsdiq edirmiş kimi hardansa ofisiant Sabir peyda oldu, müttəhimlər 

kürsüsünə yaxınlaşıb mühafizəçi əsgərin etirazına baxmayaraq Raufun əlini bərk-bərk sıxdı və 

dedi ki, bu çıxışdan sonra onun necə igid, kişi adam olduğunu bir daha öz gözü ilə gördü. 

 

Bununla belə, əlbəttə, Raufun heç bir ümidi yox idi ki, qəfil üzə çıxmış bu natiqlik istedadı 



məhkəməyə təsir edə bilər və ona bəraət qazandırar. Lakin o, hələ də eyforiya vəziyyətində idi və 

arvadının ona necə mərhəmət qarışıq bir heyranlıqla baxdığını görəndə, bu halı daha da gücləndi. 

Rauf özünü saxlaya bilməyib Arifdən soruşdu ki, onun çıxışı hakimə təsir edə bilərmi? Ona 

təskinlik verməyə isə Arifin ürəyində zərrə qədər işıq tapılmadı. Rauf qəti qərara gəldi ki, dostu 

ya son dərəcə paxıl, ya da qanacaqsız adamdır; vəkillik də ki, onun heç yanından da keçməyib. 

Rauf bir də fikirləşdi ki, vaxtilə hüquq fakültəsindən getməkdə, görünür, səhv eləyib. 

 

Məhkəmə salona qayıdanda hamı ayağa durdu. Bu vaxt prokuror da hardansa, böyürdən çıxdı və 



sifətindəki pərtlikdən Rauf başa düşdü ki, onun sözü keçməyib. Hakim məhkəmənin hökmünü 

oxudu: 


 

hökmə əsasən Rauf əmək koloniyasında saxlanmaq şərti ilə iki il həbs cəzasına məhkum edilir və 

iki yüz manat məbləğində cərimə olunurdu. 

 

İlk günlər Raufa xüsusən ağır gəlirdi, amma yeni həyat tərzinə bir qədər alışandan sonra, oradakı 



münasibətlərə, qayda-qanuna başqa cür baxmağa öyrəşdi, hətta bir para şeyləri tədricən bəxtinin 

gətirməyi kimi qiymətləndirməyə başladı. Məsələn, bəxti elə onda gətirmişdi ki, onu 

qohumlarının yaşadığı şəhərin yaxınlığındakı islah əmək koloniyasına işə göndərmişdilər və hələ 

üstəlik bəxti ikiqat gətirmişdi ki, həbsxananın bağına qulluq eləməkçün baş bağbanın köməkçisi 

vəzifəsinə təzə dustaqların içində yaşına, 370 zahirinə və aqronomik təhsilinə görə müdiriyyətin 


 

202


tələblərinə uyğun gələn cəmi bircə adam tapıldı – bu da Rauf oldu. İş ağır deyildi, yaxşı 

havalarda hətta ləzzət eləyirdi adama və belə bir cəhəti də var idi ki, işləyə – işləyə bir də 

görürdün, özündən asılı olmayaraq dünya barədə, həyat barədə, hərdənbir də lap öz barəndə 

dərin düşüncələrə dalmısan. 

 

* * * O, Ariflə iki aydan sonra görüşdü: vəkili çox acıqlı idi və bunu gizlətməyə çalışmırdı da. 



 

Arifin qaş-qabağı əvvəlcə Raufun xoşuna gəlmədi, amma oturub ona qulaq asandan sonra, gördü 

ki, əsəbiləşməyə haqqı var. 

 

Arifin gətirdiyi xəbər, həqiqətən də, yaxşı xəbər deyildi; Raufa qarşı yeni cinayət işi 



qaldırılmışdı – “xalxın qəbrini təhqir eləməyi” üstə. İttihamçılar – Şeyda Qəzənfər oğlu 

Məmmədzadənin qohumları, dəlillərlə sübut eləyirlər ki, Rauf dostu Sabirlə pul qoyub adam 

tutublar və həmin adam da onların alçaq niyyətini həyata keçirib, götürüb rənglə və həkkak 

qələmi ilə qəbrin üstündəki yazını elə dəyişib ki, sağlığında özünün kişilik ləyaqəti ilə yalnız 

Şüvəlanda deyil, Bakının başqa kəndlərində də tanınan Şeyda Qəzənfər oğlu Məmmədzadə guya 

qadın olub, özü də o məşhur balıqçı Qəzənfər kişinin yox, hansısa bir Bəylərin övladı imiş. Bu, 

həm də Şeyda Qəzənfər oğlunun dinə, Allaha inanan, son dərəcə namuslu bir qadın olan 

rəhmətlik arvadı Almaz xanımın ləyaqətinə və nəhayət, sağ Məmmədzadələrin hamısına 

təhqirdir. 

 

Arif təəccüblə: 



 

– Bilmirəm, nə olub sənə, dalbadal bu nə hoqqadır çıxarırsan? 

 

– dedi. – Axı niyə belə eləmisən? 



 

– Bir dayan görüm, heç Şeydadan da kişi olar? – Rauf çaşıb qalmışdı. 

 

– Qabaqlar bu adla mən iki-üç nəfər tanıyırdım, hamısı da arvad idi. Yox, əzizim, bu arvad 



adıdır! 

 

– Sənin, heç demə, ən adi şeylərdən xəbərin yoxmuş. Hansı kənd adamından soruşsan sənə deyər 



ki, İzzət, Şövkət, Şeyda həm kişi adı ola bilər, həm də qadın adı. – Birdən Arif gözünü dostunun 

371 düz gözünə zillədi. – Olar, olmaz – bunlar bir yana, sənin axı, nəyinə lazımdır gedib özgənin 

qəbrini düzəltdirirsən? 

 

– Lazım idi mənə, – deyə Rauf könülsüz cavab verdi. – Sonra başa salaram səni. 



 

– “Sonra” – yəni nə vaxt? 

 

– Bir il doqquz aydan sonra. Burdan çıxanda, hər şeyi başa sallam sənə, onda özün görərsən ki, 



lazımım idi. 

 

– İndi daha məlum deyil, sən bir də nə vaxt çıxacaqsan burdan. 



 

– Arif burnunun altında donquldandı. – Bir iş almısan, ikinci məhkəmənin nəticəsi ona görə çox 

ağır ola bilər. Ondan xəbərin var? 

 

– Yaxşı, nə kömək eləyə bilərsən mənə? – Rauf lap ruhdan düşmüşdü və Arif bunu hiss elədi. 



 

 

203


– Deyəsən, bir şey düzəlir yavaş-yavaş. Çalışıram şüvəlanlı tanışlarımın vasitəsilə Şeydanın 

qohumlarını yola gətirim, gedib şikayətlərini geri götürsünlər. Əvvəl-əvvəl eşitmək istəmirdilər, 

heç yaxın buraxmırdılar, az qalmışdı üstümə yumruq qaldırsınlar, amma indi yumşalıblar bir 

balaca. Deyəsən, inandıra bilmişəm onları ki, burda heç bir qərəz, düşmənçilik ola bilməz... 

Sənin indiki vəziyyətini də danışdım onlara: onun da təsiri oldu. Odur ki, sən çox fikir eləmə, 

Allah kərimdir, axırı yaxşı olar. 

 

Qalan vaxtı onlar iş barədə danışmadılar, oturub cavanlıqlarını xatırladılar və birdən Raufun 



bugünkü söhbətin təsirindən kövrəlmiş qəlbinə qəribə, anlaşılmaz bir narahatlıq, həzin bir kədər 

çökdü. 


 

Arif lap axırda, çıxıb gedəndə, qapıda ayaq saxlayıb: 

 

– Sən mənə bir sual verəydin gərək, – dedi, – amma vermədin. 



 

Sabir haqqında sən heç nə soruşmadın. Yazığı möhkəm sıxmışdılar. 

 

O özünü kişi kimi aparırdı. Bütün günahı öz üstünə götürürdü, amma gec idi, iş işdən keçmişdi, 



hamı bilirdi ki, Sabir dostu Raufun arzusunu yerinə yetirməkçün qəbri bərpa elətdirib. 

 

Rauf qıpqırmızı qızardı: 



 

– Mənim heç ağlıma da gəlmədi ki, onun vəziyyəti pis ola bilər. 

 

Sən axı Sabirin adını elə belə, ötəri çəkdin... 



 

Günlər yaman ləng keçib gedirdi. Bunun da əsas səbəbi, görünür, qayğıların yeknəsəqliyi idi: 

ağacların, kolların dibini yumşalt, su ver, alaq vur və sairə, nə bilim, bu cürə xırda-para işlər. 

Rauf bağbanlığın bir neçə əsas şərtini tezliklə öyrəndi və artıq üç ayı 372 tamam olanda ona 

ayrıca sahə verdilər, o da qazandığı təcrübəni bu sahədə vicdanla tətbiq eləməyə başladı; səriştəsi 

o qədər artmışdı ki, hətta təkbaşına əncir ağaclarının bəhrəsiz budaqlarını kəsirdi. 

 

Niyəsə o, birdən-birə zirəyə düşmən kəsildi, səlahiyyətdən istifadə eləyib onu da zərərli alaq 



otlarının cərgəsinə saldı və bağı zəhləsi gedən bu bitkinin kollarından təmizləməyə girişdi. 

 

Kökündən dartıb çıxartdığı kolları əvvəlcə sərib qurudar, sonra bir yerə toplayıb axşamüstü işin 



axırında yandırardı. Gur ocağın göyə qalxan dil-dil alovu və tüstüsünün iyi onda xoş xatirələr 

oyadır. 


 

Raufun fikrini dağıdırdı... 

 

Rauf özünün düzəltdiyi balaca skamyada oturub qıvrıla-qıvrıla alışıb yanan quru kollara baxıb 



özü üçün həzz alanda nəzarətçi Həsən ona yaxınlaşdı. Həsən sağlam kəndli balası idi, milis 

məktəbini əla qiymətlə bitirib Raufdan il yarım əvvəl bura gəlmişdi. 

 

Cavanlığına baxmayaraq, Həsən öz işinə çox ciddi yanaşırdı; heç nədə, heç kimə – hətta özünə 



də güzəştə getmirdi və elə ona görə də köhnə, təcrübəli işçilərdən olan, daxili xidmət 

nizamnaməsini əzbər bilər böyük nəzarətçi Cəfər Məmmədzadənin az bir vaxtda etimadını 

qazanmışdı. Belə deyirlər ki, südlə gələn sümüklə çıxar, odur ki, yetkin kamil adamlar belə öz 

xasiyyətinin zəif cəhətlərindən heç də həmişə yaxa qurtara bilmirlər və bu məlum həqiqət Həsən 

kimi perspektivli mütəxəssisin Raufla rəsmi tanışlığından sonra bir daha aydın oldu. Onun zəif 

damarı, ilk baxışdan sezilməsə də, o saat gözə çarpırdı. Cəfər Məmmədzadə növbətçi iclasların 



 

204


birindən sonra Həsəni kabinetində saxlayıb, nizamnamənin mühüm maddələrindən birini 

əzbərdən dedi və bununla da ona xatırlatdı ki, vəzifə başında olan adam şəxsi rəğbətindən və ya 

nifrətindən asılı olmayaraq, ayrıseçkilik etməməli, hamıya bir gözlə baxmalıdır. 

 

Həsən öz taqsırını atmadı boynundan, amma kabinetdən çıxandan sonra Raufa da münasibətini 



qətiyyən dəyişmədi. Yenə də əvvəlki kimi, onu görəndə yerindən dik qalxıb ədəb-ərkanla salam 

verir, söhbət əsnasında ona müraciət eləyəndə adının yanında “dayı” sözünü işlətməyi heç vaxt 

yadından çıxartmırdı. Raufun özü də Həsənin onunla belə rəftarına şübhə ilə baxır, bunu 

dolamaq kimi başa düşür və imkanı daxilində onunla az-az görüşməyə çalışırdı. Amma xeyli 

sonra o, inandı ki, bu, yalnız və yalnız Həsənin ona ehtiramından irəli gəlir və bunu da Rauf öz 

aləmində gənc nəzarətçinin sanballı, ləyaqətli 373 adamları tanımaq bacarığı ilə izah elədi. Rauf 

özü də yavaş-yavaş Həsənə mehr salırdı; imkan düşəndə görüşürdü, bir böyük kimi haləhval 

tuturdu. Rauf, ümumiyyətlə, söhbətcil adam deyildi, amma onun da öz üstünlükləri var idi, 

danışanda həmsöhbətinin rəğbətini qazana bilirdi. O, əvvəlcə söhbətin mövzusunu 

müəyyənləşdirir və heç vaxt da bu mövzudan kənara çıxmırdı, yeri düşəndə isə ehtiyatda olan 

hazır zarafatları ilə onu bəzəyirdi. Bir cəhətə Rauf xüsusi fikir verirdi; bəzən yerlərdə, məsələn, 

qayınatasıgildə acıdil, bədxah adamlar olurdu, çalışırdı ki, belələri ilə söhbətdə mücərrəd 

mühakimələrə, fəlsəfi mübahisələrə keçməsin, necə deyərlər: “Arığın qoruqda nə işi var, vurub 

qıçın sındırsınlar”. 

 

O, həftədə iki-üç dəfə Həsənlə söhbət eləyirdi, onda da öz danışıq tərzini əsasən gözləyirdi, 



amma hərdən görürdün olmurdu, çünki gənc nəzarətçi ağıllı sözə, müdrik kəlama qiymət verən 

dinləyicilərdən idi və Rauf da yavaş-yavaş onun bu ehtiyacının təsiri altına düşüb yüksək bəşəri 

məsələlərdən dəm vururdu. 

 

Adətən o, Həsənin suallarına o saat düzgün cavab tapırdı, bu cavablarını da hər dəfə öz şəxsi 



həyatından gətirdiyi misallarla əsaslandırırdı, amma hərdən də elə olurdu ki, bir məsləhətə neçə 

gün vaxt sərf eləyirdi, çünki başdansovdu olmazdı, onun verdiyi məsləhət gərək cavan oğlanı 

büdrəməyə qoymayaydı, işində, ailə həyatında ona yol göstərəydi. Rauf danışdıqca hiss eləyirdi 

ki, onun hər sözü, hər kəlməsi Həsənin beyninə həkk olunur və o, bundan həzz alırdı. Belə bir 

hissi o, ilk dəfə məhkəmədə keçirmişdi, amma heç o zaman qəzəbin, incikliyin və ilahidən gələn 

gücün təsiri ilə elədiyi o dahiyanə çıxışından Rauf bu qədər məmnun qalmamışdı. 

 

– Axşamınız xeyir, Rauf dayı. Sizinlə xudahafizləşməyə gəlmişəm. 



 

– Həsən niyəsə kədərli idi. – Lənkərana ezamiyyətə gedirəm. 

 

– Mən heç vaxt Lənkəranda olmamışam, amma hamı deyir ki, gözəl yerdir. Sitrus meyvələrinin 



məskənidir: limon, mandarin, feyxoa... 

 

Sənə yaxşı yol. İnsan gərək çox gəzsin, xüsusən cavanlığında. 



 

Neçə günlüyə gedirsən? 

 

– İki həftəyə qayıdıram. 



 

– Yaxşı eləyirsən, get. Deyirlər aləmdir oralar. 

 

– Bəli, gözəl yerlərdir. Azərbaycanda tayı-bərabəri yoxdur. – Hiss olunurdu ki, o sevinir səfərinə 



və bu, niyəsə Raufa pis təsir elədi. O gülümsəyib: 

 


 

205


– O baxır kimin gözündə, – dedi. – Birinə Lənkəran xoş gəlir, o birinə Bakı, ya da Astara. 

Hərənin öz zövqü var. 

 

–Əlbəttə, düz deyirsiz, – Həsən razılaşdı onunla, – doğma yerlər adama hər yerdən əzizdir, 



amma Lənkəran, mən bilirəm, sizin də xoşunuza gələr. Mən xahiş eləyirəm sizdən... Allah 

qoysa, nə vaxt xətriniz istədi, ailənizi də götürün yay aylarında gəlin bir biz tərəfə. Mənim burda 

xidmətimə cəmi bir il qalıb, sonra çıxıb gedəcəyəm ora. Əməlli-başlı böyük, qəşəng evimiz var, 

özü də bu saat evdə bir anamdır, bir də kiçik qardaşım. Hərə bir tərəfə uçub gedib – bacılarım 

ərdədirlər: biri Bakıdadı, o biri hələlik Lənkəranda, amma o da əriylə Bakıya köçməyə hazırlaşır, 

böyük qardaşım Kalininqradda qulluq eləyir, həkimdir, ildə bir dəfə uçub gəlir, görüşürük. Yəni 

deyirəm ki, yerimiz gen-boldur, hamıya çatar! 

 

– Çox sağ ol! – Rauf təklifdən imtina eləmədi. – Sən də hərdən gəl, get, telefonumu da, ünvanımı 



da yazıb verərəm sənə. Oğlanlarımla tanış olarsan. Bilmək olmaz, bir də gördün hardasa bir 

köməyim dəydi sənə. 

 

Raufun ürəyindən yaman keçirdi ki, bu kəndli balasına nə isə yaxşı bir şey vəd eləsin, amma 



kooperativ evə düzəltməkdən başqa ağlına heç nə gəlmədi. 

 

– Uzun sözün qısası, o barədə yüz faiz arxayın ola bilərsən, bir şey düzəldərəm səninçün... 



Rəhmətlik kişi – atanı deyirəm – nə işə baxırdı? Mən üzr istəyirəm, əgər sualım sənə yersiz 

göründüsə... 

 

Həsən bir an fikirləşib: 



 

– Mən atamı yada salmağı xoşlayıram, – dedi. – Onu yuxuda görəndə sevinirəm, həmişə elə 

mehriban danışır mənimlə; sağlığındakı kimi. Çoxlu sual verir, hər şeylə maraqlanır, ya da 

görürsən, o danışır, mən qulaq asıram. Amma hayıf ki, axır vaxtlar, demək olar, yuxuma girmir. 

Balıqçı idi o, seynerdə işləyirdi. Bütün ili balıq tuturdu: qızıl balıqdan tutmuş kilkəyə qədər, hər 

cürün – fəslinə baxırdı. Mən də balıqçı olmaq istəyirdim, amma atam dənizdə itəndən sonra 

anam qoymadı. Anam hələ də inanmır onun ölməyinə, elə danışır onun haqqında, elə bil ki, o 

sağdır, çünki seynerin batmağını heç kim görməyib. Heç kimi də dəniz sahilə atmayıb... 

 

O vaxtdan anam danışığını da bir az itirib, hələ də gözləyir ki, kişi qayıdacaq! Hətta biz də – 



bacılarım da, balaca qardaşımla mən də 375 – ona inanırdıq ki, bir gün atamız qayıdacaq, onu 

yenə görəcəyik. 

 

Ağlınıza başqa şey gəlməsin, anamın ağlı üstündədir, konserv zavodunda işləyir, özü də yaxşı 



işçidir. 

 

– Sənin heç yadına gəlir atan? 



 

– Əlbəttə, indiki kimi gözümün qabağındadır. Onda mənim on iki yaşım var idi. Hava elə bil 

dayanıb durmuşdu, aydın, sakit bir axşam idi, nə duman, nə külək vardı. Biz sahilə onu yola 

salmağa gəlmişdik, o da seynerdən bizə əl eləyirdi... Gecə fırtına başladı. 

 

Ayıldıq yuxudan, gördük evimiz silkələnir. Qonşunun damını külək qoparıb apardı: onlar sonra 



bir ay bizim evdə yaşadılar. O evin kişisi də qayıtmadı... Mən atamı tez-tez xatırlayıram. 

 

– Bəs necə... – Rauf köks ötürdü: – Ata insançün dünyada ən əziz adamdır. Ana kimi. Fikir 



eləmə, gələcək barədə düşünmək lazımdır... Tez qayıt, sənsiz mən darıxacam burda. Yaxşı yol. 

 


 

206


Həsən onun əlini bərk-bərk sıxdı. 

 

– Rauf dayı, sizin haqqınızda mən evdə hamıya danışacağam. 



 

Mən bələdəm özümə, sizsiz mənə də çətin olacaq. 

 

* * * Həsən gedəndən sonra, daha Raufu işindən və düşüncələrindən heç nə, heç kim ayırmırdı. 



Fikrində, xəyalında isə elə hey gələcək həyatla bağlı planlar yer tuturdu. Raufun bu günlə 

gələcəyin arasında bir sədd kimi duran dumanlardan, buludlardan keçə bilmiş xəyalı, baxışı 

qarşısında bəzən hələ yaşanmamış sevinclərin sirli bir cazibəsi dururdu. Özü də belə məlum 

olurdu ki, real aləmdən uzaq olan xəyallara dalmaq yalnız əyləncə deyil, həm də insançün 

faydalı bir məşğuliyyətdir; ona görə faydalıdır ki, bu məşğuliyyət, işə-gücə maneəçilik 

törətmədən, hədərə gedən vaxtın, heç olmasa, bir hissəsini azaldır. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin