Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə17/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
12-hecalı şeir. Əsasən 4-4-4, bəzən 6-6 və 7-5 bölgüsündə olur. Adətən sözlər bölgülərdə parçalanmır. Lakin 4-4-4 bölgülü şeirdə deyilişin normal səsləndiyi hallarda sözlər bölgülərdə parçalana bilər. Misal:
...Azərbaycan/4 yarı yadda/4, yarı bizdə/4,

Eşidən yox/4 bu harayı/4, hayı – dəhşət/4...

Bu günümüz/4 ağırdırsa/4, dəhşətdirsə/4,

Sabahımız/4 kaş olmaya/4 daha dəhşət/4...



C.Novruz
6-6 bölgülü variant o qədər də diləyatımlı olmadığın-dan çox az istifadə edilir. Misallar:
Çox gözəl bilirəm/6, qəlbimdə bircə an/6

Bu odu sönməyən/6 məhəbbət nədəndir/6!

Həyatım, varlığım/6, hər zaman, hər zaman /6–

Vətəndir, vətəndir/6, vətəndir, vətəndir/6!



S.Rüstəm
Hücum et kitaba/6, hücum et dəftərə/6,

Çalğıçı, gecikmə/6, nəğməni sən də çal/6!

Çal, havan yayılsın/6 yerlərə, göylərə/6,

Çünki, bu əsrimiz/6 istəyir qalmaqal/6!



M.Müşfiq
Göründüyü kimi 6-6 bölgülü, 12-hecalı şeirdə bir qayda olaraq sözlər nəinki 6-lıqlar, hətta 6-lıq tərkibindəki 3-lüklər arasında da parçalanmır. Sözlərin 6-lıqlar ara-sında parçalanmaması təbiidir. Belə ki, bu zaman şeir deyilişi çətinləşər və ahəng pozular. Lakin burada 6-lıq bölgülərin 11-hecalı (6-5 bölgülü) şeirdəki xüsusiyyətlərini (bax, səh.-31-32) daşıması mümkündür. Nədənsə 6-lıq bölgünün həmin xüsusiyyətləri daşıdığı 12-hecalı şeirlərə nadir hallarda rast gəlirik. Misal:

Milləti/ üzübdür/6 çəkişmək/, didişmək/6,

Bu da/ qanımızda/6 lap köhnə/ azarmış/6,

Nə qədər/ asanmış/6 əqidə/ dəyişmək/6,

Bir qurtum/ su içmək/6 qədər o/, asanmış/6

C.Novruz
Sözlərin 6-lıq daxilindəki kiçik bölgülərdə (üçlük-lərdə) parçalandığı hala şərti misal:
Aldanma/mışam mən/6 hər yalan/çı sözə/6,

Özüm/ qiymət/ verdim/6 əyriyə/ və düzə/6.


12-hecalı şeirin 7-5 bölgüsü də kifayət qədər diləya-tımlıdır:
...Bu gün təzə bir gülün/7 açdığı gündür/5,

Dünyadan yalnızlığın/7 qaçdığı gündür/5.

Dost еvində çəкilmiş/7 yеni nəfəslər/5,

Əкs еtmiş divarlara/7 işıqlı səslər/5...



M.Müşfiq
M.Müşfiq 12-hecalı, 7-5 bölgülənməli variantdan M.F.Axundzadənin M.S.Puşkinin ölümünə yazdığı “Şərq poeması”nın farscadan dilimizə tərcüməsində də istifadə etmişdir:
Gecə etdim uyğumu/7 gözümdən kənar/5,

Sordum: “Ey sirr çeşməsi/7 – ürəyim, nə var/5?

Nədən ötməz bağçanın/7 şeyda bülbülü/5,

Nədən qılmaz nitqinin/7 tutisi göftar/5?...


7-5 bölgülü variantda sözlər bölgülər arasında parçalanmır. Çünki, bu zaman deyiliş xeyli çətinləşər. Bölgülər özləri isə 7 və 5-hecalı şeirin xüsusiyyətlərini daşıyır. Kifayət qədər normal ahəngdə səslənməsinə baxmayaraq nədənsə bugünkü poeziyamızda 7-5 bölgülü şeirlərə rast gəlmirik.

13-hecalı şeir. Bir qayda olaraq 4-4-5 bölgüsündə olur. Sözlər adətən bölgülərdə parçalanmır. Lakin ilk iki 4-lük 8-hecalı şeirin xüsusiyyətinin daşıya bildiyindən (8-5 bölgülənməsi) sözlər həmin 4-lüklər arasında parçalana bilər. O qədər də az istifadə olunmur:
Bir taleyin/4 oyununda/4 cütlənmiş zərik/5,

Yüz il qoşa/4 atılsaq da/4 qoşa düşmərik/5.

Bir zərrənin/4 işığına/4 milyonlar şərik/5,

Dünya sənin/4, dünya mənim/4, dünya heç kimin/5.



M.Araz
6-7 variantı da kifayət qədər ahəngdardır. Lakin istifadəsinə hələlik rast gəlməmişik. Bu halda bölgülər uyğun olaraq 6 və 7-hecalı şeirin xüsusiyyətlərini daşıyır. Şərti misal:
Həyatda insana/6 yaxşı əməllər qalır/7,

İnsanın varlığı/6 yaxşı adla ucalır/7.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin