Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə20/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
16-hecalı şeir. 8-8 bölgüsündə olur. Sözlər 8-liklər arasında parçalanmır. 8-liklər özləri isə ayrılıqda 8-hecalı şeirin xüsusiyyətlərini daşıyırlar. Yəni, 16-hecalı şeirin bölgülərini 4-4-4-4 kimi də qəbul etmək olar. Sözlər 8-liklər daxilindəki kiçik bölgülərdə (4-4) parçalana bilər:
...Kafiri də/4 sevən olsa/8, açar, gözəl/4/ləşər hələ/8,

Eşq, məhəbbət/4 yaşayırsa/8, tükənməyib/4 bəşər hələ/8.


...Bu dünyamı/4 dəyişərəm/8 səni unut/4/maqdan ötrü/8,

Ölümə el/4/çi düşərəm/8 səni unut/4/maqdan ötrü/8.



C.Novruz
Prof. Məmməd Əliyev (İracoğlu) 16-hecalı şeirin 7-9 bölgülənməsinə malik olduğunu da qəbul edərək buna misal kimi M.Şəhriyarın “Səhəndə məktub” şeirini göstər-mişdir (19, s. 203-204). Halbuki, həmin şeir heca vəznin-də yox, əruz vəzninin rəməl-5 qəlibində yazılmışdır:
Şahdağım, çal papağım, el dayağım, şanlı səhəndım,

Başı tufanlı səhəndim, ürəyi qanlı səhəndim...



M.Şəhriyar

İndiyədək heca vəzninin ritmik xüsusiyyəti yalnız bölgülənmə və heca sayı baxımından araşdırılmışdır. Başqa sözlə, heca vəzninin ritmik xüsusiyyətinin yalnız bölgülənmə və heca sayı ilə bağlı olduğu zənn edilmişdir. Halbuki, bu vəznin ritmik xüsusiyyətinin məhz uzun və qısa hecalar (metrik) baxımından da araşdırılmasına ehtiyac vardır. Yəni heca vəzni uzun və qısa hecalar baxımından da müəyyən qanu-nauyğunluqlara (qaydalara) malikdir. Əruz vəznində uzun və qısa hecaların dəyişməz ardıcıllığı tələb olun-duğu halda, heca vəznində uzun və qısa hecalarla bağlı başqa tələblər var.

Heca vəzninin uzun və qısa hecalar baxımından ritmik xüsusiyyəti (metro-ritmik xüsusiyyəti) ondan ibarətdir ki, bu vəzn misranın bölgüləri daxilində uzun və qısa hecaların bərabərliyini – balansını tələb edir. Belə ki, misraların bölgüləri daxilində uzun hecalar nəzərə çarpacaq dərəcədə azlıq təşkil etdikdə, qısa he-calarda saitlər məcburi uzadılır və bununla da bölgü daxi-lində uzun və qısa hecaların say fərqi minimuma endirilir. Yəni təqribi də olsa bərabərlik təmin edilir. Bu hal 7-hecalı şeirdə özünü daha çox göstərir. Misal (uzanan saitlər tünd rənglə verilmişdir):
Ba-ğa gir-di/4mü-zü-mə/3,

Ti-kan bat-dı/4 di-zi-mə/3.

Ə-yil-dim çı/4xart-ma-ğa/3,

Yar sa-taş-dı/4 gözü



Xalq bayatısı
Göründüyü kimi bayatının 1-ci misrasının 4-lük böl-güsündə üç qısa və cəmi bir uzun heca olduğundan bölgünün ikinci hecasının (“ğa”) saiti məcburi uzadılır. Həmin misranın 3-lük bölgüsündə isə hər üç heca qısa olduğundan bölgünün ikinci hecasının (“zü”) saiti məcburi uzadılır. Eyni hadisə 2-ci və 4-cü misraların 3-lük bölgü-lərində də baş verir. 2-ci, 3-cü və 4-ü misranın 4-lük böl-gülərində uzun və qısa hecaların sayları biri-birinə bəra-bər (2:2) olduğundan heç bir hecada saitin məcburi uzan-ması baş vermir. 3-cü misranın 3-lük bölgüsündə isə birinci heca uzun, qalan iki heca qısadır və üçüncü heca-nın saiti uzanır. 3-lük bölgülərdə bir hecanın uzun olması adətən təqribi balansı təmin edir. Lakin burada iki qısa heca dalbadal gəldiyindən bu hecalardan birində saitin məcburi uzanması baş verir.

Bölgülərdə uzun hecalar çoxluq təşkil etdikdə isə şeir deyilişi ləngləşir və çətinləşir. Misal (uzun hecalar tünd rənglə verilmişdir):


...Qəfil gün doğ/4sa bir gecə/4,


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin