Şirvani Ədilli


Min-min gizli/4 günah görsək/4



Yüklə 0,73 Mb.
səhifə21/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
Min-min gizli/4 günah görsək/4,

Üstünü ör/4tə bilsə/4,

Bu dünyanı/4 çılpaq görsək/4,

Başımıza/4 hava gələr/4,

mız ça/4şar bəlkə də/4.

Hamı birdən/4 baş götürüb/4



dünyadan qa/4çar bəldə/4...

R.Rövşən

Əruz vəzni və onun haqqında formalaşmış

yanlış təsəvvürlərə aydınlıq
Əruz – uzun və qısa hecaların müəyyən kombinasi-yalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının bütün misralarda dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəznidir. Uzun hecalara qapalı hecalar və saiti uzanan açıq hecalar, qısa hecalara isə saiti uzanmayan açıq hecalar aiddir.

Əruzda misraların uzunluğunu, ritmik quruluşunu (uzun və qısa hecaların düzülüşünü) və bölgülərini əvvəl-cədən tərtib olunmuş qəliblər müəyyən edir. Əruzun tarixə məlum ilk geniş nəzəriyyəçisi olan ərəb filoloqu Xəlil İbn Əhmədin (718-792) müəyyən etdiyi qəliblərdə bölgüləri təfilələr (ərəbcə “fə’ələ” feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilə-lərdəki uzun və qısa hecalar müəyyən edir.

X.İ.Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışın-dan (vahidindən) ən böyük anlayışına qədər olan inkişafı-nı sxem–2-dəki kimi təsvir etmək olar.

Sxemdən göründüyü kimi X.İ.Əhmədin nəzəriyyəsin-də ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur. Əslində əruzun ən kiçik ritmik vahidi olan uzunqısa heca anlayışları isə bu nəzəriyyədə yoxdur. Halbuki rükn kimi yalnız həmin iki növ hecanı qəbul etmək və elə ərəb qrafikası ilə onu asanlıqla ifadə etmək olardı. Belə ki, ərəb əlifbasında uzun hecaları birincisi hərəkəli, ikincisi hərəkəsiz olmaqla iki hərf (bu “yüngül səbəb” adlı rüknlə eynidir), qısa hecaları isə bir hərəkəli hərf (buna uyğun rükn yoxdur) kimi izah etmək olardı.

Nəzəriyyədə rüknlərdən qəliblərə qədər daha iki mürəkkəb mərhələ (əsli və törəmə təfilələr) keçilir. Hal-buki, ən kiçik vahid olan uzun və qısa heca anlayışından birbaşa qəliblərə də keçmək olardı.

Məlum araşdırmamızda (13) sadələşdirilmiş qəlibləri tərtib etməklə bu problemi artıq həll etmişik. Sadələş-dirilmiş qəliblərdə ən kiçik ritmik vahid kimi cəmi iki ünsürdən istifadə edilir: qısa hecalar – “da”, uzun hecalar isə “dah” ünsürü ilə ifadə olunur. Azərbaycan əruzunda işlənən qəliblərin variantlarının sayı yüzlərlədir. (Daha ətraflı məlumat üçün bax, 7 və 13). Azərbaycan əruzunda işlənən əsas qəliblərin sadələşdirilmiş variantlarının siyahısı 46-61-ci səhifələrdə verilmişdir.



Hərəkəsiz və hərəkəli ərəb hərfləri. Şərti işarələri uyğun olaraq: ا (əlif) və ه (hə)

Müxtəlif kombinasiyaları nəticəsində

6 rükn yaranır:





Rüknlər: yüngül səbəb (bir hərəkəli və bir hərəkəsiz hərf), ağır səbəb (iki hərəkəli hərf), yanaşı vətəd (iki hərəkəli və bir hərəkəsiz hərf), aralı vətəd (bir hərəkəli, bir hərəkəsiz və bir hərəkəli hərf), kiçik fasilə (üç hərəkəli və bir hərəkəsiz hərf), böyük fasilə (dörd hərəkəli və bir hərəkəsiz hərf).

Müxtəlif kombinasiyaları nəticəsində

8 əsli təfilə yaranır:





Əsli təfilələr: fə’Ulün, fA’ilün, məfA’İlün, fA’ilAtün, müstəf’ilün, müfA’ələtün, mütəfA’ilün, məf’UlAtü

Müxtəlif dəyişmələr zihaflar nəticəsində

60-dan çox törəmə təfilə yaranır:






Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin