Özüməm
Məni necə görmək istəsən də sən,
Bil ki,
başqa biri edə bilməzsən,
Sən nə görürsənsə
,
o da mənəm, mən,
Yaxşı bax
,
bu qaşım, bu da ki, gözüm,
Əmin ol, bu mənim özüməm, özüm!
Kim nə söyləyirsə, qoy özü bilsin,
Nə gərək bununçün qürur əyilsin,
Bu mənəm, xoşuna gəlirsə gəlsin,
Gəlmirsə yenə də yoxdur bir sözüm,
Bax,
gülüm, bu mənim özüməm, özüm!
Mən buyam, olmaram sabah başqa cür,
Ruhum ki
yarımçıq deyil, bütövdür,
Ancaq bir üzümlə sürərəm ömür,
Bil ki, yoxdur mənim ikinci üzüm,
Yaxşı bax
,
bu mənim özüməm, özüm!
Mart, 2000.
41
Günah özümdədir.
Eşqim bu sükuta dözəmməyəndə
Dərd verən deyirəm nahaqdan sənə,
Axı sənin məndən nə xəbərim var,
Mən ancaq baxıram qıraqdan sənə.
Sanıram sənə bu qəlbimi açsam,
Açaram bir böyük qəbahətimi,
Deyirəm qarşında qəbahətim tək
Gizlədim içimdə məhəbbətimi!
Bəlkə də bu namərd dilimi açsam
Bir anlıq sən gedib xəyala dərin
Y
enə də mehriban baxışlarınla
Baxarsan üzümə, qaçar ləblərin.
Səndən ki özgə şey görməyib gözüm
,
Bir kəlmə nədir ki, dəyişəsən sən,
Bir kəlmə nədir ki, nifrətə dönsün
İllərin dostluğu, sayğısı birdən!
Özgələr içində qıraqdan baxıb,
Nə salam söyləyib, nə söz deyərsən,
Təklikdə onun da əvəzin çıxıb
Hər sözünlə sanki, üzr istəyərsən!
Aşiq ki heç zaman
,
heç bir çətində
Eşqin yollarından çəkilməz geri,
Böyük bir sevginin həqiqətində
Yoxdur bir təkəbbür, təvazö yeri!
Fevral, 2000.
42
Tək bənd
Ayrılığın son qoyubdu
r
hər şeyə,
Sən getmisən, arzu gedib, kam gedib,
Kədər gəlib mənlə ömür etməyə,
Sevin
c mənə alışmamış xam gedib!
Noyabr, 1999.
Möhtacam
Bir ox olub, gəl sinəmə bat mənim,
Hər an sənin gəlişinə möhtacam.
İstəyirsən sevincimi qəm edib
Qəmimə gül, gülüşünə möhtacam!
Gəlib məndən əhvalımı soruşma,
Dərd
-
qəmimə şərik olma, qarışma,
Küsülü tək bir söz demə, danışma,
Baxışına, duruşuna möhtacam!
Qayıt gülüm, gözüm gürsün çöhrəni,
Xəyalına əsir etmə sən məni,
Həqiqətdə görəmməsəm mən səni,
Bir yuxuma girişinə möhtacam!
20. 11. 1999.
43
Səndədir
Gülüm, baş götürüb getsəm də hara,
Xoşbəxt həyatımın özü səndədir,
Çoxdur ürəyimə vurulan yara,
Hər ürək yaramın közü səndədir!
Yüz insan görsəm də tənhayam yenə,
Möhtacam sevincdə, kədərdə sənə,
Bu qəmli dünyada bir kərə mənə
Taleyin güləcək üzü səndədir!
Bərələr keçirəm, bəndlər yarıram,
Hara əl atıram, qəm qoparıram,
Hər şeyi “sən” görüb, “sən” axtarıram
Hər an bu könlümün gözü səndədir
17. 11. 1999.
44
Qəzəl
Yaxşı ki, eşq aləmimdə sən, gülüm var olmusan,
Heç zaman dönməz bu sevdama səbəbkar olmusan.
Səndən əvvəl də çox afət qəlbimə mehman olub,
Qəlbimi tərk etməyib tək sən vəfadar ol
musan.
Tək sənə oldum nədən aşiq, buna olmaz səbəb,
Sən mənə Xaliq yetirmiş sevgili yar olmusan.
Çatdım aləmdə səni sevməklə mən kamilliyə,
Qəlbimə zülmət qaranlıqdan xilaskar olmusan.
Səndə tapmışdır Ədilli ömrünün mənasını,
Sən sevincimdə səadət, qəmdə qəmxar olmusan!
17. 11. 1999.
45
Tək bənd
Sən tək bir gözəli görən bir insan
Ürəyi sinədə qoya bilərmi?
Lap yüz illik ömür sürən bir insan
Sən olan dünyadan doya bilərmi?
Aprel, 1999.
Gözəlliyin var
Gülüm, heç özündən varmı xəbərin?
Qəlbləri yandıran gözəlliyin var!
Ləbin çeşməsidir abı
-
kövsərin
,
Cənnəti andıran gözəlliyin var!
Sən tək bir gözəlin yox ki qiyməti,
Kim danar dünyada bu həqiqəti
?
Min bir gözəllikli bu təbiəti
Hərdən utandıran gözəlliyin var!
Gözəl olduğunu sən bilə
-
bilə,
Danışıb
-
gülürsən naz
-
qəmzə ilə,
Sən özün naz edə bilməzsən belə,
Səni nazlandıran gözəlliyi
n var!
Mart, 1999.
46
Nəyinə gərəyəm
Bütün bu təbiət heyranındısa,
Dünyanın nəyi var qurbanındısa
,
Görəni ram etmək imkanındısa,
Nəyinə gərəyəm axı mən sənin?
Mən bələd olaram eşqın dadına,
Şeirlər qoşaram sənin adına,
İstəsən
, ya
naram sənin oduna,
Nəyinə gərəyəm axı mən sənin?
Çəkərəm mən sənin eşqində zülüm,
Buna görə səni minnətdar bilim?
Yox, yox, mən özüm də bilirəm, gülüm,
Nəyinə gərəyəm axı mən sənin?
Nə fərqi, aşiqəm, aşiq deyiləm,
Eşqimə sadiqəm, sadiq deyiləm,
Bircə gülüşünə layiq deyiləm,
Nəyinə gərəyəm axı mən sənin?
Məni tanısan da
,
özünçün görmə,
Sənə “haqq” verilib, salam da vermə,
Mənə ürək verən eyham da vurma,
Nəyinə gərəyəm axı mən sənin?
Hərdən üzümə də gəlib gülərsən,
Bir sözünlə məni xoşbəxt elərsən,
Sən bunu sədəqə yəqın bilərsən
,
Nəyinə gərəyəm axı mən sənin?
47
Demərəm “bu dünya belədir
,
niyə?”
Tək tanrı sahibdir çünki, hər şeyə,
Varsa bir sədəqən, ver dilənçiyə,
Nəyinə gərəyəm axı mən sənin?
Fevral, 1999.
Qəzəl
Var vücudumda dərin yarası
naz etməyinin,
Vəsldir yarası
n
ın çarə
si
, naz etməyinin
Səndə bir başqa gözəllik də görünməz gözümə,
Olmuşam təkcə mən avvarəsi
naz etməyinin!
Məndə can qalmaz axır sən bu qədər naz eləsən,
Badına getdi canım parası, naz etməyinin.
Əl çəkim, baxmayım heç, bəlkə yumum gözlərimi?
Oduna yandı gözüm qarası, naz etməyinin.
Bu əsirlikdən Ədilli necə azad olsun?
Qəlbimi ovladı macərası naz etməyinin!
Yanvar, 1999.
48
Mənimçün yaranmamısan
Bəlkə qiyməti var sən
tək dilbərin
,
Bəlkə bu dünyada var bərabərin
?
Gözəlim, sən bütün gözəlliklərin
Bəlkə zirvəsində dayanmamısan?
Hər bir eyhamının sirri var dərin,
Görəsən özünün varmı xəbərin?
Səni
bu dünyada görməyənlərin
Hələ ki, qanına boyanmamısan!
Görəndə bu qədər gözəl çöhrəni
Sanki bir bədbinlik bürüyür məni,
Allah kiminçünsə yaradıb səni,
Bilirəm, mənimçün yaranmamısan
!
Yanvar, 1999.
49
Məni vəd gözləyən görməyəcəksən
Məni vəd gözləyən görməyəcəksən,
Tez-
tez gördüyün o əziz məkanda.
Bil ki, səbəbkarsan hicrana tək sən
,
Sonda da
rıxsan da, darıxmasan da!
Burda axı mənim nə günahım var
?
Hər şey istəyinlə olub hər zaman
.
İndi də sən özün verirsən qərar,
Qızın inadına nə deyər oğlan?
O ilk tanışlığın xoş xatirəsi
Başqa görüşlərdən üstün olubdur,
Hər günün olsa da eşqi
,
həvəsi,
İndi mənə qalan ilk gün olubdu
r!
Yəqin inciməzsən məndən heç zaman,
İncisən özündən inciyəcəksən,
Bəlkə də bir zaman olub peşıman
“Ayrılaq” sözündən inciyəcəksən!
14. 10. 1998.
50
Bilərəmmi mən
Gülüm, səni görüb ürəyim dolub,
Dilimlə danışa bilərəmmi mən?
Bu eşqli dünyada aşiqin olub
Məcnunla “yarışa”
bilərəmmi mən?
Baxanda gözünə sənin bir anlıq,
Həm nifrət görürəm, həm mehribanlıq,
Sonda qalmamaqçün mənə qaranlıq
Özündən soruşa bilərəmmi mən?
Bir gün olsam səni yolundan qoyan,
Çıxıb qənşərinə söyləsəm “
dayan
”
,
Qəlbimin bu sonsuz hissini əyan
Etməyə çalışa bilərəmmi mən?
Nakam aşiqinə sən gülə
-
gülə,
Gözəlliyin ilə, naz qəmzən ilə,
Hər gün ürəyimə od qoysan elə
Bir gün də alışa bilərəmmi mən?
G
zəlim, bu könlüm hər axşam
-
səhər,
Bil ki, təkcə sənin fikrini çəkər,
Sən məni bəxtimə düşməsən əgər
Bəxtimlə barışa bilərəmmi mən?
Sentyabr, 1998.
51
Qəzəl
Olub eşq aludəsi, bir gülərüz yar sevirəm,
Daha aləmdə nə bir dərdi
-
qəmim var, sevirəm!
Bir sevən qəlbə nə xiffət, nə kədər mail olar?
Sevgisiz başa fəqət dünya gələr dar, sevirəm!
Sevdıyımdən bəri biganəyəm hər yad gözələ,
Olub öz yarıma bir əhli
-
vəfadar, sevirəm.
Əsl aşiq gərək aşiqliyi ar eyləməsin,
Hətta məcnunluğu da eyləməyib ar, sevirəm.
Eşqimi yüz dəfə ərz
eyləmişəm mən o gülə,
Osa hey sevdiyini eyləyir inkar, sevirəm.
Onda sahibi-
cahan oldu ki, Şirvani, o yar
Dedi
–
öz sevdiyini eyləyib iqrar –
“sevirəm”
!
İ
yul, 1998.
52
Qəzəl
Səni sevən, gözəlim, təkcə bir nəfər kim olar?
Cahanda tək səni sevməklə bəxtəvər kim olar?
Bir
an görünməyının həsrətiylə bəs
gözəlim,
Məhəllənizdən ötən, söylə, hər səhər kim olar?
Bir az kobud yanaşıb, sonradan həyanı görüb,
Tez ar edi
b axıdan damla
-
damla tər kim olar?
Əgər həqiqi deyildirsə aşıqın, gözəlim,
O “yox” sözünlə edən dünyadan həzər kim olar?
Bu tale hər cürə saldıqca hey aralı bizi,
Bu intizarda çəkən qüssə, qəm, kədər kim olar?
Ədilli bəlkə də heç layiqin deyil, gözəlim,
Cahanda bəs sənə layiqli bir bəşər kim olar?
İyun,
1998.
53
Qəzəl
Hər yerdə, məkanda çıxan aşkara məhəbbət,
Hər yerdə də hər dərdimizə çarə
məhəbbət.
Könlüm deyəsən bir təzə sevdaya düşübdü,
Bəslər o mələk çöhrəli bir yara məhəbbət.
Gördükcə yarın üstəlik əxlaqını hər dəm
Qəlbimdə vurar şövq ilə fəvvarə
məhəbbət.
Aləmdə təki aşiq olub vəslə çataq biz,
Uğrunda qoy etsin bizi avvarə
məhəbbət.
Qoy biz yaşayaq ki, hər an eşq ilə, çıxartsın
Aləmdə bizi xoş günə, rüzgara məhəbbət.
Düş eşqə gözəl hislərinin möcüzəsin gör,
Malikdi müəmmalı min əsrara məhəbbət.
Şirvaniyə yoxdursa məhəbbət, nə gərək söz?
Baisdi bu könlümdə hər əş’ara məhəbbət!
İyun,
1998.
54
Qəzəl
Gözəlim, öylə gözəl, incə gəlirsən ki
,
mənə,
Bilmirəm mən nəyi layiq görüm aləmdə sənə!
Bir baxışda sənə qurban verirəm hər şeyimi,
Sən olursan bu gözümdə, gözəlim, bircə dənə.
Bəlkə də səndən uzaq sanmaram, ancaq görən an
Unudub hər şeyi, könlüm sənə təslimdi yenə.
Deyəsən axırı bu hiss məni məcnun edəcək,
Sənə bu eşqimin artır gücü gündən də günə.
Nə qədər vəslinə də çatmayıb öz dilbərinin
Bil ki, aşiqdə
də sığmaz gözəlim, ruh bədənə.
Gəlişindən bu təbiət də şərəf duydu sənin,
Səni mən qısqanıram, gül
-
çiçəyə, çöl
-
çəmənə.
Necə heyranın olub gör ki, bu Şirvani sənin
Qurbanam, sən kimi qızlar yetirən bir Vətənə!
09. 06. 1998.
55
Qızlar
Vüsal həsrətiylə, eşq həvəsiylə,
Vuran ürəklərin yarası qızlar.
Hər yerdə, məkanda bu eşq əhlinin
Hər zaman başının bəlası qızlar.
Gələndə qəmzəylə, nazla, eyhamla,
Dold
urar qəlbləri arzuyla, kamla,
Hər yeri düşəndə bircə məqamla,
Ən böyük bir sevda dünyası qızlar.
Bu qızlar qəlbləri sevdaya salıb
Gö
z
də zirvələrə qalxıb, ucalıb
.
Müqəddəs analıq yükünü alıb
Olar gələcəyin anası qızlar.
Qızlara yaraşır ola mehriban,
Olmay
a acıdil, yersiz danışqan,
Olanda özünə biganə
, nadan,
Olar xaliqinə də asi qızlar.
Bəzən bir namərdi həmdəmi sanıb,
Sadəlövh qəlblə hər sözə inanıb,
Bir özgə məqsədli “eşq”ə aldanıb
Sonradan peşiman olası qızlar.
Qızların qəlblərdə necə sehri var,
Bu nə
bir gözəllik, bu nə iqtidar,
Hansı bir məkanda peyda olsalar
O dəm həmin yerin səfası qızlar.
Aprel, 1998.
56
Qəzəl
Hər kimə sevdalı bu aləmdə sevda yetməyə,
Yəqin aləmdə o insançün dəyər vay etməyə.
Sanki bu aləm yaranmış eşq üçün, sevda üçün,
Can yaranmış yar üçün hər dəm onu pay etməyə.
Ey Ədilli, bil ki, nahəqdir, çalışma dünyada
Özgə bir zövqü bu eşqin zövqünə tay etməyə!
Mart, 1998.
57
Gözəl qız, sən nə gözəlsən.
Gözə
l
qız, sən
Nə gözəlsən? –
qaşı qara, gözü qara,
Özgə bi
r
zövq, bir gözəllik
bil yanında üzü
qara.
Nə gözəlsən, ay gözəl qız,
Saçı qara, üzü bəyaz,
Üstəlik də edəndə naz
Könül necə məftun olmaz?
Təbiətin gör bir necə
hökmü vardır
,
Hansı dahi,
bir ilahi
sənətkardır
,
Yaradıbdı sənin kimi bir əsəri,
Gözəlliyi fəth eləyibdi göyləri!
Kim çəkibdi ağ üzünə o xalını?
Sehrə salıb camalını.
El dilində bir söz yaşar,
Gözələ lap al da geysə,
şal da geysə
tez yaraşar.
Əslindəsə belə baxsan,
Geyim nədir? –
cansız əşya,
Sən geyimə yaraşıxsan!
Sən belə bir gözəlliklə
t
əbiətin eyhamısan,
Sənətkarlar ilhamısan,
Hər dəmində şairlərin
şeirisən, qəzəlisən,
Gözəlliklə bu dünyanın
yoxsa ki, bir axırısan,
əzəlisən?
58
Azərbaycan gözəlisən!
Kim ki, görər surətini,
Gözəllikdə qiymətini,
Üstəlik də ismətini
,
Tezcə tapar ülvi eşqi,
məhəbbəti,
Xoşbəxtliyi, səadəti
Gözlərinin, qaşlarının
saçlarının
qarəsində!
Kim ki, görər surətini,
Tez düşünər
kimin yarı olacağın barəsində.
Düşər bir eşq, bir sevdanın
xəyalına,
İstəyər ki, çata sənin vüsalına.
Qeyrisinə mail olsan
Coşar,
daşar
eşq qarışıq xudbinliyi,
Sonda yenə tapar qəmi bədbinliyi...
Kimin yarı olursan ol,
İstəmirəm eqoizmi, xudbinliyi,
bədbinliyi,
Həyat belə tələb edir.
Xudbinliklə bacarmayan
Eşq adıyla öz canını tələf edir!
Bu sözlərim bəlkə eşqə böhtan olar,
Yanlış olar, yalan olar,
Özüm üçün bəlkə də bir
s
üni, quru təsəllidir,
Fəqət yenə hikməti var,
y
əqin sənə də bəllidir
!
Noyabr, 1997.
59
Qəzəl
Kim sevsə bilər ki
,
necə hikmətdi məhəbbət,
Ən aliməqam dünyada nemətdi məhəbbət.
Asudə o kəsdir çatıb eşqində vüsala,
Arif olana əsl
a
səadətdi məhəbbət.
Aşiqliyə biganədi, cahildi yəqin ki,
Kim söyləsə ki, sadəcə şəhvətdi məhəbbət.
Eylərmi xəyanət yarına aşıq olan kəs
Daim qalan ülfətdi, sədaqətdi məhəbbət.
Sevdikcə də mənən durulub pak olar insan,
Zalımlığa
,
namərdliyə nifrətdi məhəbbət!
Bir ali ləyaqətdi, mərifətdi bəşərçün,
Kamilliyə yol, haqqa itaətdi
məhəbbət.
Kim eşqə inanmır, yanılır bilsin o əsla,
Aləmdə danılmaz bir həqiqətdi məhəbbət.
Şirvani, deyək qoy elə mənalı bu ömrün
Mənası məhəbbətdi, məhəbbətdi, məhəbbət!
Oktyabr, 1997.
Dostları ilə paylaş: |