Damar tutulmaları
Bu əlamətlər əsasən fosfolipid antiteli olan QQE-
də daha çox görünür. Embolların mənbəyi-
beyində işemik ocaqlardan, Libman-Saks
endoartritindən qopan tromblardan yarana bilər.
QQE-də sürətlənmiş aterosklerozun başlıca
əlaməti miokard infarktıdı.Sağlam qadınlara
nisbətən,QQE-də >45 yaşda 50 dəfə artıq
vaskulyar patologiyalar müşahidə edilir
Hematolojı dəyişikliklər.
Hemoqrammada bütün göstəricilər aşağı düşür. Ən
çox normoxrom anemiya olur. Bir çox xəstədə
qlükokortikoid müalicəsi ilə əlaqədar olaraq
hemoliz sürətlənir. 50% hallarda
leykopeniya,trombositopeniya, 20%limfopeniya
müşahidə edilir.Əgər trombositlərin sayı
40.000/ml-dən çoxdursa, lakin qanaxma
yoxdursa,müalicə tələb etmir. Hemolitik anemiya
da müşahidə edilə bilər.