Əsasməqsədprinsipi. Sistemli analiz aparmaq üçün ilk növbədə tədqiqatın məqsədi müəyyən edilməlidir. Yayğın, dəqiq olmayan məqsəd doğru olmayan nəticələrə gətirib çıxara bilər.
Ölçməprinsipi. Sistemin fəaliyyətinin effektivliyinin təyini üçün onu daha ümümi sistemin hissəsi kimi təsvir və analiz etmək lazımdır.
Dayanıqlıq prinsipi. Sistem əsas məqsədə zamandan asılı olmadan müəyyən başlanğıc şərtlərlə və müxtəlif yollarla çata bilər. Bu başlanğıc və sərhəd şərtləri üzrə dayanıqlıq formasıdır.
Yeganəlikprinsipi. Bu sistemə vahid tam kimi və elementlərin məcmusu kimi baxılmanı nəzərdə tutur. Prinsip dekompozisiyaya yönəlib.
Əlaqəlilikprinsipi. Bu prinsip sistemə başqa sistemin hissəsi kimi baxılmanı nəzərdə tutur.
Modulluluqprinsipi. Sistemi modullara ayırmaq və ona modullar məcmusu kimi baxmaq faydalıdır. Bu sistemin hissələri ilə birgə məcmu giriş-çıxışın analizini göstərir.
İyerarxiyaprinsipi. Bu prinsip sistemin hissələrinə baxış ardıcıllığını müəyyən edir.
Funksionalasılılqprinsipi. Istənilən struktur sistemin və onun hissəsinin funksiyası ilə sıx bağlıdır.
İnkişafprinsipi. Sistem dəyişməli və mühitlə əlaqəli olmalıdır.Bu prinsip tendensiyaların və əvvəlki inkişafın nəzərə alınmasına dəstəkləyir.
Desentralizasiyaprinsipi. Qarşıya qoyulan məqsədə çatma üçün mərkəzləşmə dərəcəsi minimal olmalıdır. Mərkəzləşməmiş idarəetmənin mənfi cəhəti sistemin adaptasiya müddətinin artmasıdır. Mərkəzləşmiş idarəetmənin mənfi cəhəti mürəkkəb informasiya axınlarının idarəedilməsidir.
Qeyri-müəyyənlikprinsipi. Bu qeyri-müəyyənliklərin və təsadüfiliyin sistemdə nəzərə alınmasını nəzərdə tutur.
Bu prinsiplər ümumiliyə çox yüksək dərəcədə malikdirlər. Sistemli analizin strukturu problemin həlli texnologiyası baxımından şəkil 1-də verilib.
Şəkil 1.Problemin həlli texnologiyası
Problemin həlli texnologiyası dövri prosesdir. Problemin həlli üçün sistemli analiz (dekompozisiya, analiz, sintez) aparılır və problem aradan qaldırılır. Sistem sintez edilərkən analiz edilən sistem qiymətləndirilir. Təklif olunan fiziki sistem kimi sintez edilən sistemin reallaşdırılması problemin aradan qaldırılması dərəcəsini təyin etməyə və yeni real sistem əsasında qərar qəbul etməyə imkan verir. Buradan belə nəticəyə gəlmək olar ki, sistem problemin həlli vasitəsidir.
Sistemli analizin əsasməsələlərivəfunksiyaları (sistemli analizin funksiyalar ağacı) aşağıda verilib. Sistemli analizin funksiyalar ağacı şəkil 2-dəki kimidir.
Sistemli analizin strukturu