Planlaşdırma məqsədlərin müəyyənləşdirilməsi və onlara çatılması yollarını özündə birləşdirən prosesdir. O bu və ya digər təşkilatın müxtəlif səviyyələrini əhatə etməklə uzun müddətli və ya qısa müddətli xarakter daşıyır.
Bir sıra iri təşkilat dövlət müəssisələri uzunmüddətli planlaşdırmadan istifadə edirlər. Müəssisənin fəaliyyət məqsədinin və onun inkişaf perspektivlərini, imkanlarının müəyyən edilməsi üçün istifadə edilən uzunmüddətli planlaşdırmanın sistematik prosesi strateji planlaşdırma adlanır. Strateji planlaşdırma peşəkar menecerlər tərəfindən həyata keçirilir. Yalnız onlar müəssisənin strateji məqsədini müəyyən və modifikasiya etmək səlahiyyətlərinə malikdirlər.
Təşkiletmə planların reallaşdırılması idarəetmənin digər funksiyasını əks etdirən təşkiletmənin olmasını tələb edir. Təşkilolunma dedikdə işçi heyyəti və ya əməkdaşlar qrupu arasında işlərin bölüşdürülməsi və onların fəaliyyətinin koordinasiya edilməsi başa düşülür. İstənilən fəaliyyət sahəsi onun həcmindən asılı olmayaraq yaxşı təşkil olunmalıdır. Bununla yanaşı müəssisənin bütün sahələrinin bir yerdə vahid tam kimi işləməsinə nail olmaq lazımdır. Təşkilatda işi insanlar həyata keçirir. Buna görə də təşkiletmə funksiyasının vacib aspekti müxtəlif tapşırıqlar çərçivəsində hər bir konkret tapşırığı məhz kimin yerinə yetirməli olduğunu müəyyən etməkdir.
Motivasiya. Motivasiya funksiyasının vəzifəsi təşkilatın nümayəndələri tərəfindən müəyyən işin onlara ötürülən səlahiyyətlərə və plana uyğun yerinə yetirilməsidir. İdarəetmə kimi motivasiya təşkilatın nümayəndələri də təşkilatın məqsədlərinə nail olmaq üçün onlara tapşırılan səlahiyyət və plana uyğun fəaliyyətlərində daxili maraq yaradılması prosesidir. Motivlər insanların fəaliyyətinə məqsəd və istiqamət verən psixoloji stimullardır. Bu stimullar bizim özümüzdən yaranır. Əgər biz başqalarını motivləşdirən rəhbərlərdən danışırıqsa onda biz təşkilatın məqsədinə nail olmaq üçün insan fəaliyyətinin motivləşdirilməsinə yönəldilmiş üsullarını başa düşürük.
Nəzarət işgüzar aləmdə istifadə olunan elə bir termindir ki, bu təşkilatın öz məqsədlərinin necə həyata keçirməsinin daimi yoxlanılması və əgər bu baş vermirsə onda düzəlişlər edilməsi deməkdir.
Nəzarət üç mərhələyə bölünür:
İcra üçün dəqiq tapşırıqların verilməsi;
Tapşırıqların real icrasının yoxlanılması;
Əgər icra qarşıya qoyulan tapşırıqlara uyğun deyilsə problemin həll edilməsi.
Beləliklə nəzarət təşkilatın öz məqsədlərini həyata keçirilməsinin yoxlanılması və onun mərhələdən ibarət olan fəaliyyətinin nizamlanması prosesi olaraq idarəetmənin funksiyalarından
biridir. Qarşıya qoyulan məqsədə uyğun olaraq həzarət nəticələri müəyyən olunur. Nəzarətin effektliyi əsasən onun informasiya bazasından asılıdır.