Dekompozisiya məqsədlər və funksiyalar ağacının qurulması ilə yerinə yetirilir.
Dekompozisiya 5-6 səviyyəyədək aparılır. Dekompozisiya prosesi movcud sistemi başqa sistemin alt sitemi kimi ifadə etmək mümkün olduqda sona çatır. Sonra bu proses altsistemlər üçün aparılır. Sistem nəzəriyyəsində isbat edilmişdir ki, sistemlərin əksəriyyəti altsistemlərin baza təsvirlərinə dekompozisiya oluna bilər. Onlara elementlərin ardıcıl, paralel və əks əlaqə ilə birləşməsi aiddir. Dekompozisiyanın aparılması problemi ondan ibarətdir ki, mürəkkəb sistemlərdə altsistemlərin fəaliyyət qanunları və alqoritmləri arasında birqiymətli uyğunluq yoxdur. Buna görə sistemin dekiompozisiyasının bir neçə variantı təklif olunur.
-Funksional dekompozisiya(sistemin funksiyalarının analizinə əsaslanır);
-Fəaliyyət dövrünün mərhələləri üzrə dekompozisiya(alt sistemin ayrılması əlamətinə əsaslanır);
-Fiziki proses üzrə dekompozisiya( mövcud proseslərin təsvirinə əsaslanır);
-Alt sistemlər üzrə dekompozisiya(alt sistemin ayrılması əlamətinə əsaslanır).
Analiz
İdarəetmə özündə bir proses kimi fasiləsiz qarşılıqlı əlaqədə olan fəaliyyətləri birləşdirir. Bu fəaliyyətlər də özü özlüyündə bir proses təşkil edir ki, onları idarəetmə funksiyası adlandırırlar. Bu funksiyaların hər biri proses olaraq öz növbəsində bir-biri ilə qarşılıqlı əlaqədə olan fəaliyyətlər seriyasıdır. İdarəetmə prosesi bütün funksiyaların ümumi cəmidir. Bu yanaşmanın ilk dəfə işlənib hazırlanması Anri Fayolun adı ilə bağlıdır. O hesab edirdi ki, ilkin olaraq menecmentin 5 funksiyası var. Onun fikrinə görə idarəetmək qabaqcadan demək (planlaşdırmaq), sərəncam vermək, əlaqələndirmək və nəzarət etməkdir. Faktiki olaraq idarəetmə ilə bağlı hər bir əsərdə idarəetmə funksiyalarının siyahısı verilmişdir. Bütün bu təsnifatlar bir-birindən az da olsa fərqlənməsinə baxmayaraq onların əsasında funksiyanın durduğunu görmək olar.
İdarəetmə funksiyaları idarəetmə fəaliyyətinin istiqamətinin xüsusiləşməsidir. İdarəetmə prosesi planlaşdırma, təşkiletmə, motivasiya (əlaqələndirmə) və nəzarət funksiyalarının qarşılıqlı əlaqəsini özündə birləşdirir. Bu proses kommunikasiya (Əsaslandırma) və qərarların qəbulu ilə tamamlanır.
Şəkil 3. İdarəetmə funksiyaları
Ayrı-ayrı işçilər və işçilər qrupuna təsirin mümkünlüyünü özündə cəmləşdirən rəhbərlik (liderlik) təşkilatı məqsədlərə çatılması istiqamətində fəaliyyət göstərməsini nəzərdə tutur.